Gənc rəssamların “Gümüş maska”sı açılıb
Dövlət Gənc Tamaşaçılar
Teatrının binasında
gənc rəssamların
“Gümüş maska”
adlı sərgisinin açılış mərasimi
gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının
birgə təşkilatçılığı
ilə keçirilən
sərgi “Yeni adlar, yeni simalar”
layihəsi çərçivəsində
həyata keçirilib.
Sərgini giriş sözü
ilə adıçəkilən
nazirliyin incəsənət
şöbəsinin müdiri
Fərəh Əliyeva
açıb. F.Əliyeva
təşkil olunan sərginin keçirilməsinin
əhəmiyyətindən danışıb: “Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
mədəniyyət və
incəsənətin müxtəlif
sahələrində gənc
istedadların dəstəklənməsi,
onların təbliği
və geniş tamaşaçı auditoriyalarına
təqdim olunması məqsədilə bir sıra əhəmiyyətli
tədbirlər keçirir.
Həyata keçirilən bu tipli tədbirlər
gənclərə yaradıcılıq
stimulu verərək, yeni maraqlı əsərlərin ərsəyə
gəlməsinə şərait
yaradır”. Azərbaycan Rəssamlar
İttifaqının katibi,
xalq rəssamı Ağaəli İbrahimov sərgidə nümayiş
olunan əsərlərin
tamaşaçılar tərəfindən
bəyəniləcəyinə əminliyini dilə gətirib. Sənətşünas, əməkdar incəsənət
xadimi Ziyadxan Əliyev mədəniyyətimizin
və incəsənətimizin
müxtəlif sahələrində
gənclərin istedadının
üzə çıxması
üçün yaradılan
şəraiti təqdirəlayiq
hal kimi qiymətləndirərək belə
tədbirlərin gənclərin
yaradıcılığına göstərdiyi müsbət
təsirdən danışıb.
Əsərləri nümayiş olunan
rəssamlar adından
çıxış edən
Gündüz Ağayev
layihədə iştirakının
məmnunluğunu dilə
gətirərək belə
layihələrin gənclər
üçün ruh yüksəkliyi, maraqlı
əsərlər yaratmaq
həvəsi yaratdığını
bildirib və gənclər adından sərginin təşkilində
əməyi keçənlərə
təşəkkürünü çatdırıb. Sərgidə
gənc rəssamlardan
Gündüz Ağayev,
Təkin Əfəndiyev,
İnarə Rəsul və heykəltəraş
Məmməd Rəşidovun
əsərləri (rəngkarlıq,
kiçik həcmli heykəltəraşlıq, installyasiya...)
nümayiş etdirilib.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 30 oktyabr.- S.17.