Azərbaycanın ilk
peşəkar qadın rəngkarı haqqında film çəkilib
Sentyabrın
29-da Beynəlxalq Muğam Mərkəzində
“Azərbaycan rəngkarlıq sənətinin
kraliçası” filminin premyerası
keçiriləcək. Bu barədə Mədəniyyət
və Turizm Nazirliyinin
mətbuat xidmətindən verilən məlumatda deyilir. Azərbaycanın görkəmli rəssamı
Vəcihə Səmədovanın həyat və
yaradıcılığını əks etdirən bu filmin rejissoru
Nicat Feyzullayevdir. Qeyd edək ki, Vəcihə
Səmədova görkəmli azərbaycan rəssamı, əməkdar
incəsənət xadimidir. 1939-1944-cü
illərdə Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Texnikumunda təhsil
alan Vəcihə xanım, sonradan
V. İ. Surikov adına Moskva
Dövlət Rəssamlıq İnstitutunun
rəngkarlıq fakültəsinə – tanınmış rus rəssamı Pavel Korinin emalatxanasına daxil
olur. O, 1951-ci ildə “Üzeyir
Hacıbəyov tələbələri arasında” adlı diplom işini müvəffəqiyyətlə
müdafiə edir. Müəllimlərinin
təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs
demək təklifi alan Vəcihə Səmədova
vətənə qayıtmağı üstün
tutaraq, müstəqil
yaradıcılığa başlayır. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarıdır.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 15 sentyabr.- S.7.