Turan Cavidə həsr olunmuş sərgi açılıb

 

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyində Turan Cavidin vəfatının növbəti ildönümünə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə muzeyin sabiq direktoru, Hüseyn Cavidin qızı Turan Cavidin həyat yaradıcılığını əks etdirən eksponatlarfotoşəkillər, muzeyşünaslıq teatrşünaslıqla əlaqədar məqalələri, şəxsi əşyaları, muzeyin açılışını göstərən sənədlər təqdim olunur. Muzeyin direktoru Gülbəniz Babaxanlı muzeyin yaradılmasında, onun eksponatlarla zənginləşdirilməsində, Hüseyn Cavid irsinin təbliğində Turan Cavidin xidmətlərindən danışıb. Sərgi oktyabrın 2-dək davam edəcək.

 

 

HÜSNİYYƏ 

 

525-ci qəzet.- 2010.- 15 sentyabr.- S.7.