AŞİQ OLMAQ DA İŞƏ ADAM ALMAQ KİMİ...
MURATHAN MUNQAN kimdir
1955-ci ildə
İstanbulda doğuldu.Orta məktəbi Mardin Liseyində
oxudu. Ali təhsili Ankara Universiteti Dil və
Tarix-Coğrafiya fakultəsində Teatr Bölümündə
tamamladı.Dövlət teatrlarında dramaturq olaraq
çalışdı. İlk tamaşası “Mahmud ilə
Yezidə” Türkiyə İş Bankasının
keçirdiyi yarışmada ikincilik mükafatını alan Murathan Munqan “Şahtiyan” adlı bir
şeirilə də “Göstəri” dərgisinin 1981-ci il
yarışma mükafatını qazandı.Və bir sıra
başqa mükafatları da var.
Əsərləri: “Mahmud ilə
Yezidə” (1980), “Başsağlığı” (1982), “Bir qərib
Orxan Vəli” (1993)
Hekayələri: “Son
İstanbul” (1995), “Qırx otaq” (1987), “Lal Nağıllar”
(1989), “Qaf dağının önü” (1994)
Şeir kitabları:
“Osmanlıya dair hekayət” (1981), “Qum saatı” (1984), “Yaz
kinotetrları” (1989), “Əski 45-lik vallar” (1989), “Yaz keçər”
(1992), “Başqaların gecəsi” (1997), “Muradxan-95”, seçmə
şeirlər
– Sürəkli
yazırsınız, bir ildə dörd kitab çap
etdirmisiniz.Xeyir olsun,hara belə tələsirsiniz?
– Bir kərə
özümü saxlaya bilmirəm! Bir tərəfdən
də insanın özünə elədiyi yatırım deyə
bir şey var. Türkiyədə və dünyada nə
olursa-olsun, bunların qeydini tutub,
duyarlılığını yaşayıb, işimi görərkən
heç bir şey olmayırmış kimi öz içimə
qapanmaq kimi bir xasiyyət qazandım. Şəxsi
həyatımda, ya da cəmiyyətdə nə
yaşanırsa yaşansın, mən işimlə məşğulam,
işimlə, yəni sənətlə, mədəniyyətlə
və ədəbiyyatla. Bunlarla qurduğum
bağlılıqda ən kiçik bir axsama-maxsama,azalma duyğusu yaşamıram. Bu
tərəfimi də sevirəm.Yəni hələ yeni
başlamış bir insan kimi dünyanı izləyir, təqib
edirəm.
– Neçə ildi yazıyla
məşğulsunuz?
– İlk imzamla
bir qəzetdə yazımın çıxma tarixi 1975-dir.
– Və heç bir
yorğunluq, bezikmək yox, eləmi?
– Sifətimdən belə bir
şey görünürmü?
– Xeyr, amma maraqlıdır!Bir tərəfdən şeir, bir tərəfdən
hekayə, digər yandan roman, hətta mahnı sözü
yazmaq, albomlar buraxmaq ... Bunlar nədir belə?
– Bir iç enerjisi, bəlkə
bir ruhi yetkinlik... Yəni bu qədər illər
keçəndən sonra desəm məncə ayıb olmaz,
istedad deyə bir şey var, bunu danmaq olmaz.Bir də
istedadsız elədiyiniz işlər var.Mən bunu həm
yazdım, həm söylədim, Türkiyə istedadlar məzarlığı,
Türkiyə insan qorumayan bir ölkə. Bir insanın,
bir sənətçinin,bir elm
adamının yetişməsi bir çiçək kimi. Çox çörək, çox oksigen, çox
su istəyir.Açıq desək, mədəni həyatımızda
da, sənət həyatımızda da artıq adamlar
çoxdur.Hər kəs eyni gücdə deyil.
– Bəs bu qədər
yazmağa nə ehtiyac var?
– Bu hər zaman baş vermir
və hər il beş kitab çap etdirmək
olmaz.Ulduzun parladığı anlar vardır. Ədəbiyyatla,
sənətlə, mədəni sosiologiya ilə bağlı hər
gün əsas qidamı alıram.Və kənara bir şeylər
də qoyuram.Hər gün kənara bir quruş qoysanız ilin
sonunda 365 quruş eləyir.Çox zaman belə bir mənzərə
düşünürəm: “Titanik”dəyəm, gəmi ortadan
yarılmış, batmaq üzrə və mən hələ
yazı masasında çalışıram! Bu
rəsm mənə güç verir.
– Bu qədər məşğul
olduğunuz halda düşünmürsünüzmü
yaşamaq yaddan çıxıb?
– Zatən həyat nə
zamansa bitən bir şeydir.(gülür),
nə eləyirsən elə onu tutub saxlamaq olmaz.Öncə həyatla
doğru müqavilə bağlamalısan.
– Yaxşı, həyatda
zövq ala bildiyiniz şey elə yazmaqmı?
– Güman ki...elədi...
– Başqa heç bir şey
yoxmu? Məsələn, eşq?
– Eşq vardı da... (gülür) Sahibini gözləyir.
Türkiyədə eşqin Oxsfordu varmı,mən
getmirəm ? Əslində hər yaşın
eşqləri, gözlədikləri, dünyayla qurduğu
bağ çox fərqli. Həyatınızı
gəlişmə üzərinə qurduğunuz zaman daxili zənginlik,
gözlənilənlər, insan varlığı
ortalığa girir. Bir işə adam almaq necə
çətindirsə, yəni sizi təmin edəcək birini
axtarıb tapmaq nə qədər zordursa,eşq
işi də bax eləcə : aşiq olmaq üçün də
o həssaslıqda, o ayrıcalıqda insanlar gedərək
azalır.
– Nədəndir bu?
– Zamanla
özünüzün, duyğularınızın qiymətini
daha çox bilirsiniz, əskisi qədər
özünüzü xərcləmirsiniz.İkincisi də,
keçmiş təcrübələrinizin sizə öyrətdikləri
istər-istəməz həm bir süzgəcdən keçir,həm də bir az içinizi kilidləyir.Dönüb
baxdığınız zaman da sizə sürprizlər bəxş
edir,sonra da arxası gəlmir.
– Yəni indi siz heç kimi
sevmirsiniz?
– İndi təkəm,yalnızam, təkliflərə
açığım. (qəhqəhələr)
Səviyyəli bərabərlik və normal bir
münasibət istəyirəm.Amma ikisini birdən. (qəhqəhələr) Burada başqa cür də
ola bilərsən bu qədər səviyyəsizkən
səviyyəli münasibəti necə qura bilərsən ki!
– Pulu səviyyəmi hesab
edirsiniz?
– Söyləmək istədiyim
də elə bu!
– O zaman belə de... Möhkəm
tip sizin anlamınızda kimdir?
– Türkiyədə
çox ağır bir şüur itkisi yaşanır.
– Yaxşı, sizin
yaşadığınız hansı? İnsan
varlığının əksikliyimi? O qədər
çalışırsınız ki,insanları
tanımağa vaxt ayıra bilmirsinizmi?
– Bir dəli, divanə
olmağı çox arzuladım! YEDDİ QAPILI QIRX ODA”da
sevdiyim bir cümlə var: Hansı dünyada aşiq
olduğunuza bağlıdır eşq. Türkiyənin
bu andakı varlığını düşünün.
Bu varlıq içində, uyğun birini tapsanız belə,
bu dekor dünyada nə yaşayacaqsınız?
– Eşq bütün
bunları yox etməzmi? Dekor çox vacib bir şeymi?
– Hər qapının
altından dünyanın məlumatı daxil olur.Romantik səhnələrlə
həyat keçmir ki! Məlum həqiqətləri
sevirsiniz. Orta məktəbdəki
dünyanı unudan gözləriniz artıq çox şey
görmüş olur. Eşq əslində
Türkiyədə gənclərin deyil, artıq yaşa
dolmuş insanlar üçün bir problem.
– Nə demək istəyirsiniz?
– Belə
düşünün; 70-ci və 80-ci illərdə söylənmiş
şərqiləri alıb cövhər kimi istifadə edirlər.
Hansı cövhər içinizə toxunar
sizin? Hansıların səsində həqiqətən
eşqin titrəyişini hiss edirsiniz? Sadəcə, içindəki
ritmlə o şərqinin necə populyar olacağını
hesablayaraq yaranan gurultulu bir dünya.Bir kluba, diskotekaya, bara
getdiyinizdə dingildəyəcəyiniz mahnılar oxunur ancaq,ya da duyğusal, romantik bir əsər dedikləri,
bayağı duyğularla radioda çalınanlar. Əskidən insanlar musiqi dinlərdi, indi musiqi dinləyən
yox.Bu anlamda musiqi sektorlarını sadəcə MP3-lər,
internet, qaçaq yazılar batırmadı.
– Nə batırdı?
– İnsanların
ruhlarının və qəlblərinin bu kasadlaşması
batırdı! 70-ci və 80-ci illəri
düşünün; gitaraçıların, qrupların
hamısının adı bilinir, vallar alınır,
üstü oxunur. Musiqi eyni zamanda mədəni bir vasitə
idi.İndi iki dəfə atılıb düşə bilirsə,
musiqi yaratdım düşünür!
BİZİM KİMİLƏRİN HƏYATIMI VAR, CANIM!
– Yaşlanmaq sizi qorxudurmu?
– Yəni, bu suala yox deyə
cavab versəm yalan demiş olaram.Önəmli olan təbiəti
qəbul etmək, təbiətlə nə qədər
didişə bilərsəni qəbul etmək... Texnologiyanın, tibbin sənə verdiyi imkanları əlbətdə
dəyərləndir, amma təbiətlə kor bir
yarışa girmək doğru deyil. Yəni
hər yaşı, hər zamanı geyinmək lazım.
– Yaşınızı
soruşanda çətinlik çəkmirsiniz?
– Niyə çətinlik
çəkim ki, onsuz da yaşımdan cavan görünürəm!
Bütün kitablarımın arxasında
doğum tarixim var. Mən bir gün gileylənirkən Sezen
Aksu, “Bizim kimilərin yaşımı olur canım,”-
demişdi. Çox xoşuma gəldi, bunun
üzərinə qurdum fəlsəfəmi.
– Yaş irəlilədikcə
iç dünyanızda, ruhunuzda nə dəyişir,
yaxşı?
– Əslində
gəncliyin fetişləşdirildiyi bir çağda
yaşayırıq. İnsanlar bədənləriylə sanki alt
paltarlarının reklamına çıxacaqmış kimi
maraqlanırlar.Mənim üçün gənclik həyatiliklə,canlanmayla
bir şey, indi mən ağzıma, gözümə nə eləsəm
eləyim 20 yaşındakı birisi kimi görünə bilmərəm.
– Bir şeylər eləmədinizmi?
– Düşünürəm
(qəhqəhələr). Əskidən 40-50 yaşında bir
adama ölü adam kimi baxırdılar, indi belə deyil,
çünki geyiminiz, geyim-geçiminiz, yaşam tərziniz
belə deyil.Demək olar ki,çox dərd
ediləsi bir şey yox. Amma, təbii, insan diri
qalmaq, şux qalmaq istəyir, bunları başa
düşürəm.
– Şux qalmaq
üçün nə eləyirsiniz?
MURATHAN MUNQANIN ƏN ÇOX SEVDİKLƏRİ:
–Ən
çox sevdiyiniz şeyləri soruşacam sizdən.
– Mən belə şeylərə
siz deyən çox inanan birisi deyiləm...
– Ən son
oxuduğunuz kitab?
– Eyni anda bir neçə
kitab oxuyuram.Biri Elsa Morantenin Likola di Arturo (Arturonun Adası)
adlı kitabı...
– Səhər
qalxdığınızda ən birinci
gördüyünüz iş?
– Heç dəyişməz,
otaq istiliyində saxlanmış bir stəkan suya yarım limon sıxıb içirəm.15 dəqiqə
sonra sabah yeməyini yeyirəm.
– Ən öncə
oxuduğunuz qəzet və yazar?
– Hər gün yazıram.Həm
zehninizi təmizlər, həm sizi günə hazırlar.
Çoxdandır qəzet almıram.Xüsusiylə bir yazı
başlarkən heç bir qəzetə
baxmıram.İnternetdən istifadə edirəm, amma
bütöv yazı oxumuram, başlıqlara baxıram...
– Ən son
baxdığınız film?
– “Son ultimatum”. Matt Damonu sevirəm,amma bu dəfə alınmayıb.
– Ən
sevdiyiniz yemək?
– Zeytunyağlı dolmanı
sevirəm.
– Ən
sevdiyiniz məkan?
– Bu məsələdə ‘ən’
seçməkdə çətinlik çəkəcəm.İstanbulda
20 kvadrat metrlik bir evdə yaşayıram.Öküz
bürcündənəm, tənbələm, hara
bağlandımsa orada da qalanam.Getdiyim məkanda mütləq
daha öncə oturduğum yerdə oturmağı sevirəm.Ən
çox İstkafeyə gedirəm.
– Ən bəyəndiyiniz kişi?
– Kolin Farrell!
– Ən bəyəndiyiniz
qadın?
– Kate Blankett.
Şirin Severden uyğulama
Biz daha oxumağa macal
tapmamış o bir-birinin ardınca kitab yazır.2007-ci ildə
çıxardığı dördüncü kitabını
– YEDDİ QAPILI QIRX ODAnı əlüstü də
tanıtdı! Bu kitab vəsiləsiylə evində
görüşdük Murathan Munqanla; kitabını, həyatını,
Türkiyənin keçirdiyi çətin günləri və
əlbəttə eşqi danışdıq.
(davamı olacaq)
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 18 sentyabr.- S.27.