“Azərbaycan rəssamlarının avtoportretləri” sərgilənir

 

Sentyabrın 21-dən 25-dək Muzey MərkəzindəAzərbaycan rəssamlarının avtoportretləriadlı sərgi reallaşacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə Azərbaycan rəssamlarının Dövlət Rəsm Qalereyası və Dövlət İncəsənət Muzeyində saxlanılan avtoportret əsərləri ilə yanaşı digər rəssamların da avtoportret əsərləri nümayiş etdiriləcək. Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan rəssamlarının yaradıcılığının təbliği və avtoportret əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim etməkdir. İstedadlı azərbaycan rəssamları bir-birindən maraqlı avtoportret əsərləri yaradıblar. Vaxtaşırı keçirilən sərgilərdə bu əsərlər qismən nümayiş etdirilsə də, onların böyük bir hissəsi uzun illər rəssamların emalatxanalarında saxlanılıb, sərgilərə çıxarılmayıb. Portret, mənzərə, tarixi, batal, natürmort və məişət janrlarında yaradılmış əsərlər sənətsevərlərə daha tez-tez təqdim edilib. Respublikada tematik avtoportret sərgisi də keçirilməyib. Bu mənada sözügedən sərgi Azərbaycanda ilk tədbir hesab olunur.

 

 

 HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 22 sentyabr.- S.7.