Milli Elmlər Akademiyasında akademik Bəkir Nəbiyevin 80 illiyi
qeyd olunub
Dünən Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət
Heyətində görkəmli
ədəbiyyatşünas alim, akademik, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
direktoruBəkir Nəbiyevin
80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə
AMEA-nın vitse-prezidenti Arif Həşimov, Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Hacı
Allahşükür Paşazadə, millət vəkilləri,
elm xadimləri, ziyalılar iştirak ediblər. Tədbiri
giriş sözü ilə açan Arif Həşimov B.Nəbiyevin
həyat və yaradıcılığı haqqında
geniş məlumat verib. O bildirib ki, B.Nəbiyev həm ədəbiyyatşünas,
həm də filologiya elmləri doktoru kimi ölkə ədəbiyyatında
mühüm izlər salıb: “Bəkir Nəbiyev 1930-cu il
avqustun 21-də Ağdaş rayonu Üçqovaq kəndində
ziyalı ailəsində doğulub. ADU-nun filologiya fakültəsini
bitirən B.Nəbiyev bir müddət qəzet redaksiyasında
çalışıb. Sonra “Kommunist” qəzetinin Mədəniyyət
şöbəsinin müdiri işləyib. 1060-cı ildə
namizədlik, 1070-ci ildə doktorluq dissertasiyası müdafiə
edib. Hazırda Bəkir müəllim AMEA Rəyasət
Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun
direktorudur. “Çoxmillətli sovet ədəbiyyatı tarixi”nin, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin müəlliflərindən və
redaktorlarından biri, çoxcildlik
“Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktorudur.
1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1960-cı ildən Azərbaycan
Jurnalistlər Birliyinin üzvüdür.
Ədəbiyyatşünaslıq elminin və
ədəbi fikrin inkişafındakı
xidmətlərinə görə “İstiqlal”,
“Şöhrət” ordenləri və prezidentin
Fəxri Diplomu ilə təltif edilib. O həmçinin müxtəlif illərdə
“Hacı Zeynalabdin Tağıyev”, “Məmməd
Araz” mükafatlarına, “Ustad”
Ali mükafatına, Beynəlxalq TİKA
mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Mükafatı və “Qızıl qələm”
mükafatı laureatıdır”. A.Haşımovun sözlərinə
görə, Bəkir Nəbiyev fitri tədqiqatçı
istedadına malikdir: “Alimin
yaradıcılığı ilə maraqlananlar,
müxtəlif elmi forumlarda
onun çıxışlarını dinləmiş,
məqalələrini oxumuş insanlar bunu yaxşı
bilirlər. Belələri az deyil, amma hər halda, onun çoxcəhətli
fəaliyyəti ilə, xüsusən çox
mürəkkəb, ədəbiyyatın həmişə birinci dərəcəli rol
oynadığı həyat yolu ilə
tanış olmayanlar və ya az tanış olanlar daha çoxdur”.
Tədbirin davamında
çıxış edən akademik İsa Həbibbəyli səbəbkarın
yaradıcılığı onun ölkə ədəbiyyatında
yaratdığı əsərlərini əks etdirən məruzə
ilə çıxış edib. İ.Həbibbəyli bildirib
ki, B.Nəbiyev klassik və müasir Azərbaycan ədəbiyyatının,
ədəbi əlaqələrin tədqiqinə həsr olunan
50 kitab və bir neçə dərsliyin, 800-dən artıq məqalə,
resenziyanın müəllifidir: “Bəkir müəllim 110 elmi
və bədii kitabın redaktorudur. Akademik 30 cildlik “Türk
Dünyası ədəbiyyatı”nın Azərbaycan üzrə
əlaqələndiricisi və müəlliflərindən
biri, 6 cildlik “Çoxmillətli sovet ədəbiyyatı tarixi”nin
baş redaktorudur. Bəkir Nəbiyev müxtəlif illərdə
Yunanıstan, Danimarka, İran, İraq, Türkiyə, Suriya, Səudiyyə
Ərəbistanı, Rusiya, ABŞ, Çin, Yaponiya və sair
ölkələrdə keçirilən beynəlxalq elmi
konqreslərdə, ədəbi məclislərdə məruzə
və çıxışlar edib. Onun kitab və məqalələri
türk, rus, fars, ingilis, gürcü, çin dillərində
nəşr edilib. Bəkir Nəbiyev Azərbaycanın birinci ədəbiyyat
tarixçisi və peşəkar tənqidçisi Firidun bəy
Köçərli haqqında ilk və hələlik yeganə
mükəmməl monoqrafiya yazıb. Azərbaycan bədii
fikrinin İkinci dünya müharibəsilə ilgili çox zəngin
qaynaqları ilk dəfə onun kitablarında sistemə
salınıb geniş elmi təhlilə cəlb edilib. Klassik
irs, qarşılıqlı ədəbi əlaqələr, bədii
yaradıcılığın özəl xüsusiyyətləri,
poeziyada sənətkarlıq, fərdi üslub məsələləri
alimin ardıcıl surətdə
araşdırdığı, klassik irsin və canlı ədəbi
prosesin zəngin faktları əsasında ümumiləşdirdiyi
problemlərdəndir”. İ.Həbibbəylinin fikrincə, B.Nəbiyevin
ən sanballı əsəri “Böyük Vətən
müharibəsi və Azərbaycan ədəbiyyatı” monoqrafiyasıdır.
Müharibə dövrü Azərbaycan ədəbiyyatı
haqqında dəfələrlə söhbət
açılıb. Bəkir Nəbiyev isə ondan milli bədii
düşüncənin xüsusi mərhələsi kimi bəhs
edir. Başqa tədqiqatçılardan fərqli olaraq, B.Nəbiyevin
monoqrafiyasında bu mərhələnin ədəbiyyatı
“bütün əsas tərəfləri və meylləri, ədəbi
prosesin ümdə janrları ilə tədqiqini tapıb.
Dövrün ədəbiyyatı janrlar üzrə – poeziya, nəsr
və dramaturgiya üzrə təsnif və təhlil edilir:
“Kitabda “Böyük Vətən müharibəsi və Azərbaycan
ədəbiyyatı” monoqrafiyasının elmi məziyyətləri
incəliklə araşdırılır. Məlumdur ki, bu
monoqrafiyada müharibə dövründə yaranmış əsərlərlə
bir sırada müharibədən sonra yaranıb, müharibəni
əks etdirən əsərlər də geniş təhlil
olunur. Həm müharibə dövründə, həm də
müharibədən sonra yaranan lirik, epik və dramatik əsərlərin
ideya-fəlsəfi məzmunu, bədii qəhrəmanı, sənətkarlıq
xüsusiyyətləri haqqında Bəkir Nəbiyevin fikir və
mülahizələrini sadəcə xatırlatmır,
onların daxili mahiyyətini, elmi sanbalını və
müasir əhəmiyyətini şərh edir. Bu şərhlər
haqqında danışılan monoqrafiyanın ümumi məziyyətləri
ilə bərabər onun müəllifinin ayrı-ayrı bədii
nümunələrə dair orijinal mülahizələrini də
aydınlaşdırır”.
Tədbirin davamında
söz alan Qafqaz Müsəlmanlar İdarəsinin sədri,
şeyxülislam Hacı Allahşükür Paşazadə
yubilyarla bağlı fikir və arzularını söyləyib.
Tədbir Bəkir Nəbiyevin fəaliyyətinə dair məruzələrlə
davam etdirilib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2010.- 23 sentyabr.- S.7.