Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında uğurla təmsil olunub

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan tanınmış sənətçi, əməkdar artist Şövqi Hüseynov bu günlərdə Belarusun Brest şəhərində keçirilən ənənəvi XV “Belaya Veja” Beynəlxalq Teatr festivalından qayıdıb. Bu festival miqyas baxımından və təqdim olunan tamaşalar etibarilə önəmli tədbirlərdən sayılır. Festivalda iştirakı barədə söhbətləşdiyimiz Ş.Hüseynovun bildirdiyinə görə, tədbir sentyabr ayının 11-dən 18-dək davam edib: “Artıq iki ildir ki, kollektivimiz bu festivala qatılır. Hər il festivalda 15-16 ölkə təmsil olunur. Bu ölkələrdən Polşa, İran, Venesuela, İngiltərə, Belarus, UkraynaRusiya ənənəvi qaydada hər il bu festivalın iştirakçısı olur, bu il isə Hindistan, Pakistan, İtaliya da festivala qatılan ölkələr arasında idi. Mən festivalda Patrik ZüskindinKontrabasəsərinin mono-tamaşası ilə çıxış etdim. Gün ərzində 4-5 tamaşa göstərilirdi ertəsi gün tamaşaların müzakirəsi keçirilirdi. Bu müzakirələrə münsiflər heyəti iştirak edən hər kəs qoşulurdu. Münsiflər heyətinə Rusiya, İtaliya, Belarusun məşhur teatrşünasları daxil idi. Təqdim etdiyim tamaşa bir çox ölkələrin teatrlarının repertuarına daxildir münsiflər heyətinin üzvləri müqayisəli şəkildə bizim tamaşa haqqında fikirlərini bölüşdülər, bəyəndiklərini bildirdilər. Görkəmli teatrşünaslardan belə fikirlər eşitmək özü artıq böyük uğur sayıla bilər”. Qeyd edək ki, festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrınınKontrabastamaşasıƏn yaxşı mono-tamaşamükafatına layiq görülüb. Ş.Hüseynov bildirib ki, sözügedən yaradıcı kollektiv birinci dəfə böyük yazıçı QoqolunDəlinin qeydləriəsəri ilə festivalda təmsil olunub: “Keçən il festival bütünlükdə Qoqola həsr olunmuşdu. Bu il isə festival Çexovun yaradıcılığını əhatə edirdi. Lakin bu o demək deyildi ki, festivalda göstərilən tamaşalar yalnız Çexovun əsərləri olmalı idi. Bu festival müxtəlif janrları özündə əks etdirən yaradıcılıq tədbiridir”. Ş.Hüseynov festivalda bir sıra nüfuzlu fəal heyətlərin iştirak etdiyini xüsusi vurğulayıb: “Festivalda Rusiyanın Perm şəhərini təmsil edən yaradıcı kollektiv Martin Maqdonaxınİnişman adasından olan əliləsərini göstərdi. Bu əsər dünyanın 10-15 ölkəsinin aparıcı teatrlarının repertuarında yer alıb. Tamaşada heç bir musiqidən, kənar effektdən istifadə olunmamışdı, yekunda bu əsər, haqlı olaraq, festivalınQran pri”sinə layiq görüldü. Bundan başqa, Polşadan olanKrakov küçə teatrı”nın təqdim etdiyiKorlarəsəri BerlininRusskaya ssenateatrının tamaşası bəyəndiyim səhnə işlərindən oldu. Festivalda zəif tamaşalar da vardı bunlar ilk növbədə Brest şəhərindən, İran İtaliyadan olan sənətçilərin təqdim etdiyi tamaşalar idi”. Sözügedən festivalda başqa tamaşalar da təqdim edən Gənc Tamaşaçılar Teatrı hazırda Səudiyyə Ərəbistanı, Sloveniya Almaniyada keçiriləcək festivallarda da iştirakı gündəmdədir. Bu kimi tədbirlərdə iştirakla əlaqədar Gənc Tamaşaçılar Teatrına Mədəniyyət Turizm Nazirliyi tərəfindən müvafiq qaydada dəstək verilir.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 23 sentyabr.- S.7.