Bircə mavilər
qalmışdı...
Vaxtilə kəndin böyüyü sayılan kolxoz sədrinin doxsan yaşlı anası ölür. Günlər keçir, amma ağlaşma ara vermir. Qarının yeddisinə gələn bir ağsaqqal kolxoz sədrinə təskinlik verir: “Anan doxsan il yaşadı, sən buna şükür eləməlisən, bu ağlaşma nədir? Heç cavanlar öləndə bu qədər ağlamırlar!” Kolxoz sədri: “Vallah, biz çoxdan sakitləşmişik. Amma qonşu kənddən gələnləri ovutmaq olmur” deyir.
İşin əsl sahibi qala-qala başqası yaxa cıranda bu misalı çəkərdilər.
Ermənistan Azərbaycana qarşı düşmənçilik edir, buna görə də ermənilərin yazılarına təəccüblənmirsən, aldıqları birtərəfli tərbiyə, torpaq iddiası, uydurma tarix illiuziyaları başlarını xarab edib. 1905-1907-ci və 1918-1920-ci illərdə olduğu kimi... İllər uzunu mütəşəkkil bir şəkildə öz yalanlarını dünyaya sırımaq və türkün-müsəlmanın “vəhşi”, “köçəri”, “mədəniyyətsiz”, “dağıdıcı”, “adamətiyeyən” obrazını yaratmaqla məşğuldurlar. Onlar bu işi öz rəsmi dövlət ideologiyalarına çeviriblər. Amma mən erməni dəyirmanına su tökən, onları gecə-gündüz qızışdıran, savaş və yalan meydanlarına itələyən araqızışdıranları – ələkçinin qıl verənlərini anlaya bilmirəm. Sual yaranır ki, bunlara nə düşüb? Belə ermənipərəstliyin uzun tarixi, geniş coğrafiyası var: I Pyotrun və II Yekaterinanın layihə və təlimatları, XIX yüzildə Anadoluda açılan amerikan məktəbləri, XX yüzilin əvvəllərində türk düşmənçiliyinə liderlik etmiş ABŞ prezidenti Vilson, Böyük Britaniyanın baş naziri Lloyd Corc, Vatikanda, Qərbin bir sıra başqa din mərkəzlərində cızılan gizlin planlar, erməni diasporunun təbliğat mexanizmləri və terror təşkilatları, erməni lobbiçiliyi yapan onlarla, yüzlərlə yazar, tarixçi, jurnalist və s.
Təbii ki, bu
savaş da bitəcək. Ermənilərlə
yenə yanaşı yaşayacağıq. Onda bəs bu “qonşu arvadlarının” halı necə
olacaq? Bu qədər uydurma və
yalanın məsuliyyəti kimin boynunda qalacaq?
Bir neçə il öncə Difai hərəkatı ilə
bağlı material toplarkən ermənilərin “Armenian house.
Org” saytında Pavel Şextman adlı bir müəllifin “Uzaq
yanğınların alovu” adlı “oçerki” ilə
rastlaşmış və surətini
çıxartmışdım. Heç bir reallığa əsaslanmayan
bu hayasız cızma-qaraya cavab verməyi artıq iş sayaraq
düşünmüşdüm ki, ermənilər yeyib
doyublar, qoy indi də Pavel Şextman onların
ağzını yalasın.
Eyni zamanda,
Rusiyada yazılan bu cəfəngiyyatlara o mühiti daha
yaxşı bilən və Rusiyada yaşayan azərbaycanlı
ziyalıların cavab verməsi daha məntiqli
görünür. Allaha şükür, sayları da az
deyil... Rusiya mətbuatındakı yazılara
ilk növbədə onlar münasibət bildirməlidirlər.
Difailərlə
bağlı işim yekunlaşandan və kitabım
çıxandan sonra, köhnə qeydlərimi sahmana salanda
Şextmanın həmin yazısı yenidən əlimə
keçdi. Onun kimliyi və digər yazıları ilə
maraqlandım. Məlum oldu ki, təxminən
70 səhifəlik bu səfsəfə hələ
1992-1993-cü illərdə Moskvada “Pro Armeniya” jurnalında dərc
edilibmiş. Şəklinə baxan kimi onun normal adam olmadığını hiss etdim. Sonra məlumatları
oxuyanda gördüm hissim məni aldatmayıb, öz cinsi təyinatını
bilməyən adam vicdan və ağıl
təyinatını hardan biləcək...
İnternet səhifələrində
verilən məlumatlardan bəlli olur ki, Şextman rus
vikipediyaları, internet forumları və çeşidli
İnternet konfranslarının fəal
iştirakçılarındandır. Yəhudidir. Bilgisayar ilişgilərində istifadəçi
adı Sifrantzidir. Onun vəhşi və qəddar
nifrətinin obyektləri Stalin, Rusiyanın indiki rejimi və
şəxsən Putin, Türkiyə və Atatürk, Azərbaycan
və bütün Azərbaycan xalqıdır. Əksinə, Ermənistana və PKK-ya, İsrailə,
uşaqbazlara və qomoseksuallara dəli bir eşqi var. 1967-ci
ildə Moskvada anadan olmuşdur. Tarix–arxiv
institutunu bitirərək “Dobroye slovo” nəşriyyatında
çalışmış və “Pro Armeniya” jurnalı ilə
əməkdaşlıq etmişdir. Hazırda
Aşot Ayrapetyan adlı birisinin rəhbərliyi altında
Uluslararası Əməkdaşlıq Mərkəzində
işləyir. Rusiya rəhbərliyi və
Azərbaycan haqqındakı yazıları iyrənc tərbiyəsizlik
nümunələridir və təhqirlərlə doludur.
Erməni separatçılarına və
terroruna haqq qazandırır.
Sadaladığım məlumatları
oxuyarkən “gey-skin Sıfrantzi”nin
Xocalı ilə bağlı bir yazısına da rast gəldim.
Hətta Xocalı soyqırımı kimi
ağır faciə də onun Azərbaycana münasibətini
dəyişdirə bilməmişdir və o da faciənin
günahını tərəddüd etmədən azərbaycanlılarda
və Xalq Cəbhəsində görür. Təbii ki, bunu yazarkən başları hakimiyyət
davalarına qarışanda məsuliyyətsiz bəyanatlar verən,
dərilərini qorumaq üçün həqiqəti,
vicdanı və milli maraqları ayaq altına atan bizimkilərə
də əsaslanır.
Şextman elə
hesab edir ki, 1918-1920-ci illərdə ermənilər daha
çox azərbaycanlını qırmalı idilər. Otuz min azdır... O, azərbaycanlılara
qarşı bütün terror və vəhşiliklərdən,
qırğın və işğaldan əbləhcəsinə
zövq alır. Çəkinmədən “mənim
işim gizli işdir, əsas istəyim Azərbaycanın
tamamilə məhvindən ibarətdir” deyir. Söz yox, bu nifrət və iddia
açıq-aşkar bir şizafreniya və gicbəsərlik əlamətidir.
Amma bəla burasındadır ki, dünyada belə
gicbəsərlər çoxdur və onlar bəzən Azərbaycana
qarşı düşmən münasibəti bəsləyən
dövlətlərin rəhbər vəzifələrinə qədər
yüksələ bilirlər. Bizə
qarşı yalan və böhtan maşını dayanmaq bilmir
və antitürk təbliğat seli dünyanın
ayrı-ayrı ölkələrində çeşidli
yollarla yayılır və təsəvvür edə bilməyəcəyimiz
nəhəng bir çirkab axınına çevrilir.
Yoxsa bir xəstəyə nə düşmüşdü ki,
birdən-birə “Qafqazşünas” olsun, 1905-1907-cı illərdə
iki qonşu xalq arasında törədilmiş qanlı
savaşın “tədqiqatçı”sına çevrilsin və
qaysaqlanmış yaraları qanatmaqla 1988-ci ildən
başlanan yeni savaşı daha da alovlandırmaq eşqinə
düşsün.
Haqqında
söhbət gedən oçerk 1905-1907-ci illər erməni-türk
müharibəsinin səbəblərini
aydınlaşdırmaq iddiası ilə başlanır. “Bakı, fevral”,
“Naxçıvan, may”, “Şuşa”, “Bakı, avqust”, “Tatar
anarxiyası”, “Bakı, oktyabr”, “Yelizavetpol, noyabr”, “Tiflis,
noybar”, “Qırğının sonu”, “Erməni-tatar
qırğını və ictimai rəy”, “Yekun və nəticələr”
bölmələrinə ayrılan oçerk Silva
Kaputikyanın, Zori Balayanın sərsəmləmələrindən
az seçilir və şübhə yoxdur ki, Şextmanın
öz başının məhsulu olmaqdan daha çox erməni
təbliğat maşının məhsuludur.
İndiyə qədər
heç bir ciddi yazısını oxumadığım bu
böhtançını sözlə qandırmağın mənasız
bir iş olduğunu bilirəm. Çünki o
bu mövzuya girişərkən, yaxud Azərbaycana
qarşı nifrət ifrazatına imza atarkən artıq şərəfsizliyi
boynuna almışdır. Çünki
heç bir hətta zəif qələm adamı da tarixi dəqiq
bilmədən, yalnız bir tərəfin qəzəblə
dolu uydurmalarına əsaslanaraq belə namussuzluq etməz və
tarixi baş-ayaq göstərən qarayaxmalara imza atmaz.
Oçerk 1905-ci ilin yayında Bakı küçələrində
divalara yapışdırılmış
çağırışın mətni ilə
başlanır: “Siz yüz illərlə dostcasına bir yerdə
yaşayanlar, indi bir-birinizin üstünə cumursunuz,
ayılın, siz nə edirsiniz, hara gedirsiniz? ...Siz bir-birinizə
sevgiylə, bağışlamaqla qalib gəlin, silah və atəşlə
yox”.
Bu
çağrışın Azərbaycan ziyalıları tərəfindən
yazıldığına əhəmiyyət verməyən
“müəllif” bir neçə cümlə sonra
“filosofluğ”a başlayır. Guya azərbaycanlılar ermənilərlə
dinc qonşuluq şəraitində yaşasalar da, bu dincliyin
arxasında əsrlərlə davam edən bir düşmənçilik
zehniyyəti dayanmışdı və bunun da səbəbi iki
qonşunun bir-birindən köklü şəkildə fərqlənməsidir:
guya azərbaycanlılar yarıköçəri, patriarxal
xalq oluduğu halda ermənilər ticarət-sənaye xalqı
(?) imiş. Birincisi, görəsən bu “sənaye”
ortaya çıxana kimi ermənilər nə işlə məşğuldular?
Yoxsa bütöv bir xalq kiçikdən
böyüyə alverçi imiş? Bəlkə
Şextman hesab edir ki, ermənilərin ayağı heç
torpaq görməyib, onlar ticarət karvanlarında doğulub və
piştaxta arxasında ölüblər. Müəllifin
öz ifadəsi olan “düşmənçilik zehniyyəti”, əslində,
burdan başlanır. Onun azərbaycanlıları
partriarxal və yarımköçəri
saydığını anladıq. Amma nədənsə
bu “geriqalmış” xalq, onun sözləri ilə desək, XI əsrdən
başlayaraq hətta çar hakimiyyəti dövründə
də bölgədə hakim xalq olub, bütün torpaqlar
onların müdlkiyyəti imiş, yerli idarəçilik də
onların əlində cəmləşibmiş və s.
Anlamaq olmur “savadsız, geriqalmış” xalq necə hakim olur və
öz əlinin altındakı torpaqsız, gücsüz,
hüquqsuz alverçilərə niyə düşmənçilik
duyğusuyla yaşayır? Axı, həmişə tərsinə
olur!..
Əslində
Şextman özü istəməyərəkdən bu həqiqətə
toxunub. Doğrudan da, Cənubi Qafqazın Rusiya tərəfindən
işğalınadək burda ermənilərin torpağı
olmayıb. Onlar yüzillər boyu böyük paralar,
qızıllarla Azərbaycan sahibkarlarından, bəylərindən
Allah evi tikmək adına torpaqlar alaraq tədricən
həmin torpaqları iblis ocaqlarına çeviriblər. Bunu təsdiq edən minlərlə əvraq-qaimə
yaxın vaxtlaradək Matenadaranda saxlanılırdı.
Tarixçi alimimiz, professor Süleyman Məmmədlinin
dəyərli araşdırmaları həmin sənədlərin
bir qismini üzə çıxarmışdı. Bu, təxminən X1X yüzilin ortalarından
başlayaraq yəhudilərin Fələstində, indiki
İsrail ərazilərində torpaq almalarına bənzər
bir hadisə idi. O ki qaldi ermənilərin
tüccarlıq, satmaq bacarığına... bunu qədim Azərbaycan-türk
hökmdarları yaxşı bilirdilər. Təsadüfi
deyil ki, Şirvanşahlar da, Səfəvilər də Rusiya və
Qərblə ipək ticarətini ermənilərə
tapşırmışdılar. Azərbaycan
ipəyi və sərvətləri sayəsində
dünyanın çeşidli yerlərində yüzillərlə
antitürk təbliğatı aparan şər və fitnə
yuvaları belə yaranmışdı.
Elə buradaca
Şextmanın daha bir “kəşfi” ortaya çıxır. Guya azərbaycanlılar elmə,
biliyə qiymət vermirdilər və alman Qaksqauzenə “əsaslanaraq”
iddia edir ki, xanlar və bəylər oxuyub-yazmağı
ayıb iş sayırmışlar.
Bu
oxuyub-yazmağı sevməyən xalqın son minillikdə
yetişdiriyi elm, sənət, mədəniyyət, ədəbiyyat
dahilərinin adlarını yazıb tərəzinin bir
gözünə qoysan Şextman kimi əlli dələduzdan
ağır gələr.
Türk-azərbaycanlı
xanlar, hakimlər elmi, savadı necə sevmirdilər ki, bir
sıra qərb elmlərinin özülü onların
saraylarında qoyulub; İbn Sinalar, Fərabilər, Yəsəvilər,
Buxarailər, Uluqbəylər, Nəsrəddin Tusilər, nəhayət,
böyük Alman şairi Göte demiş, neçə-neçə
ədəbiyyat günəşi bu mühittə
yetişmişdir. Marağa rəsədxanası
yarananda Şextmanın, “Brekqauzen və Yefronun
ensiklopediyasına əsaslanaraq” təriflədiyi erməni
tacirlər “spekulyativ ruh”larını – yəni tacir bicliklərini
və ya sərvət fəndgirliklərini inkişaf etdirməklə
məşğul idilər. Uzaqbaşı kilsə
künclərində sadəlövhcəsinə onlara inanan,
torpaq verən, qayğısına qalan türkün əleyhinə
saxta “erməni tarixləri” uydururdular...
Azərbaycanlıların
Çar Rusiyasında orduya
çağırılmadığını, SSRİ
dövründə də əsas silah-sursatdan uzaq tutulduğunu
hər kəs bilir. Ermənilərsə hər vəchlə
hərb sənətinə yiyələndirilirdi. Hər kəsin bildiyi bu qəsdi Şextman
özünəməxsus bir şəkildə, ermənisayağı
yozur. Güya uzun əsrlər şərait erməniləri
silahdan uzaq saxlayıb, bu yolla onların “döyüş ruhu”
(“spekulyativ rur” unuduldu!) öldürülüb, məhz buna
görə də onlar ticarətə qurşanıblar, ancaq
buna baxmayaraq “silahlı” azərbaycanlılar bu silahsız,
ancaq pullu ermənilərdən qorxurmuşlar; yəni bəy
öz köləsinə paxıllıq edirmiş və bütün
münaqişələrin səbəbi də bu olub. Belə
yerdə adam özunu saxlaya bilmir. Dədə-babalar belələrinə “ağlına
tüpürüm, ay bunu yazan!” deyərdilər.
Guya biz həm
erməniləri öz hakimiyyətimiz altında
saxlamışıq, həm də “ermənilər hər
şeyi öz əllərinə alıblar!” deyə gileylənmişik
və gözləmişik ki, rus hökuməti
üzünü kənara çevirsin ki, bir anda bütün
erməniləri qırıb qurtaraq. Bu ovqatı “dərviş”
libasında Azərbaycana gələn Turkiyə xəfiyyələri
daha da gücləndirirmiş... Öz yalanını əsaslandırmaq
üçün “Tiflistskiy listok” qəzetindən sitat da gətirir:
“...azərbaycanlı varlılar kütləni əllərində
oynadır, onun inkişafını, təhsil alıb tərəqqi
etməsini, daha yaxşı yaşamasını istəmirlər”.
Bu böhtana təkcə Zeynəlabidin Tağıyevin
açdığı iş yerləri, fabrik və zavodlar, mədəniyyət
müəssisələri, məktəblər, qəzetlər
və nəhayət, oxutdurduğu adamları saymaqla cavab vermək
olar. Ancaq Şextmana həqiqət lazım deyil! Yarımçıq, xəstə zehniyyət və
ya erməniyə yaltaqlıq istəyi onu o qədər
sarıb ki, nə danışdığını, hansı məntiqə
söykəndiyini bilmir. Bütöv bir
xalq haqqında bu cür danışmaq olar, ya olmaz? – sualını bir kənara qoyub yalnız bir məqsəd
güdür: hansı yolla olur-olsun azərbaycanlını
aşağılayıb ermənini şişirtmək... Nədənsə
onun qələmində tacir, varlı, “hər şeyi ələ
keçirmiş”, amma bununla belə məzlum olaraq qalan erməni
birdən birə dönüb inqilabçı olur: “Qafqazda hər
bir erməni inqilabçı sayılır”. Bunun
ardınca müəllif o vaxtkı rus mətbuatından
misallar çəkməklə guya çar hökumətinin
azərbaycanlıları müdafiə etdiyi haqda saxta mülahizələrinə
haqq qazandırmağa çalışır. Halbuki, o
vaxtın mətbuatı tam tərsini sübut edən başqa
yazılarla da doludur...
Tarix
haqqında azacıq məlumatı olan hər kəs
1905-1907-ci illərdəki qanlı toqquşmalara Bakıda 18
yaşlı azərbaycanlı məhbus Balağa Rza oğlunun
erməni keşikçiləri tərəfindən
öldürülməsindən başlandığını
bilir.
Çar hökumətinin bu
hadisələrdəki birtərəfli mövqeyi Bakıdan
daha çox İrəvanda, Zəngəzurda, Şuşada
müşahidə olunmuşdu: rus silahının ermənilərə
verilməsi, rus kazaklarının açıq və gizli
şəkildə erməniləri müdafiə etməsi, hətta
paltarlarını dəyişib onlarla birgə dinc müsəlman-türk
əhaliyə qarşı vuruşması haqda o vaxtın sənədlərində,
nə qədər məhv edilsə də, yenə təkzibedilməz
faktlar qalır. Mərkəzi hakimiyyət bu
savaşın uzanmasında və hər iki tərəfin zəif
düşərək müqavimət gücünü itirməsində
maraqlı idi.
Şextmanın
Qafqazda əhalinin təhsili haqqında “Baku” qəzetinə əsaslanan
məlumatı da haqiqəti əks elətdirmir. Çünki 1903-cu ilin bu
statistikasında yalnız rus təhsili alan
azərbaycanlıların sayı göstərilir. Halbuki, azərbaycanlıların böyük əksəriyyəti
rus-tatar məktəblərinə getməsələr də, mədrəsələrdə,
dini məktəblərdə, şərq ölkələrinin
təhsil müəssisələrində oxuyurdular. Belə ənənəvi təhsil alanların
statistikadan kənar saxlanılması guya “cahil və vəhşi”
olduqlarını sübut edərək azərbaycanlıların
aşağılanmasına haqq qazandırmaq niyyəti
güdürdü.
70 səhifəlik
oçerkin ruhu budur: guya həmin qanlı hadisələrdə
məzlum ermənilərin heç bir günahı
olmamışdır, tökülən qanların məsuliyyəti
yalnız qaniçən, vəhşi azərbaycanlıların
üzərindədir. Müəllifin həyasızlığı
o yerə çatır ki, o, hətta erməni
“Daşnaksütyun” partiyasının terror hərəkətlərinə
də haqq qazandırır: “Terror yetərincə səmərəli
oldu!”
Yazıdakı erməni dəsti-xəttini
görmək çətin deyil: erməni – məzlum,
günahsız, yalnız müdafiə olunan, sılahsız...
Azərbaycan türkü – qaniçən, ermənini adam yerinə qoymayan, təpədən-dırnağa
silahlanmış, rus məmurları tərəfindən
müdafiə olunan, hərbi təlim görməmiş
kütlə (başqa yerdə tam tərsini deyir)... Türkiyədən
öz qardaşlarının harayına gələnlər –
xilafət agentləri, dərvişlər... amma erməniyə
yardıma gələn müdafiəçi komandirlər – xalq
qəhrəmanı... Bu “müdafiəçi”lərin
Naxçıvanda, İrəvanda, Zəngəzurda törətdiyi
misli görünməmiş vəhşiliklər, İrəvanın
əsas əhalisi olan türklərin yüzlərlə itki
verməsi və şəhərin erməniləşdirilməsinin
əsasının qoyulması, Naxçıvanda, Zəngəzurda
yüzlərlə kəndimizin yandırılıb yer
üzündən silinməsi, bütün bu faciələrin əsl
səbəbkarının erməni komitələri olması
müəllifi qətiyyən maraqlandırmır.
Müəllifə
görə, Azərbaycan türkü, müsəlman olaraq,
gavur ermənilərə həmişə nifrət etmiş, əlinə
ilk imkan düşən kimi onun kökünü kəsmişdir. Başını işlədib
özündən soruşmur ki, belədirsə bəs ruslar gələnədək
ermənilər Qafqazda necə yaşayırdılar,
Bakıya, Azərbaycanın ən iç vilayətlərinə,
Şirvana, Gəncəyə, Qarabağa, Zəngəzura,
Naxçıvana, İrəvana, Təbrizə necə
doluşmuşdular və yüzillər boyu niyə onlara
“gözün üstə qaşın var” deyən yox idi, niyə
bu vəhşi müsəlmanlari sevə-sevə
yamsılayır, yeməyindən, geyməyindən tutmuş
musiqisinə, məişətinə qədər hər
şeyini ona bənzətməyə
çalışırdılar?
P.Şextmanın
gözündə bütün azərbaycanlılar birdir. İstəyir
kəndçi olsun, istəyir polismeyster. Hamısı
panislamistdir və ən yüksək səviyyələrdə
də ermənilərin əleyhinə təbliğat aparmaqdan
başqa işləri yoxdur. Erməni quldurları isə
ayrı məsələ! Amazaspdan başlayaraq
Andranikə kimi hamısını qəhrəman, onların
quldur dəstələrini isə xalq millisi adlandırır.
Şuşada qanlı hadisələrin
əsas səbəblərindən biri ətraf kəndlərdə
bir-birinin dalınca azərbaycanlıların
öldürülməsindən əlavə, şəhərdə
işləyən və Şuşa məktəbində
gecələyən İran əsilli iyirmi işçinin bir
gecədə qətlə yetirilməsi, onların cənazələrinin
təhqir edilməsi, burun və qulaqlarının kəsilməsi
olmuşdu. O dövrün tarixiylə məşğul olan hər
kəs bu hadisəni şuşalıların səbr
kasasına tökülən son damla hesab edirlər. Lakin
Şextman bu hadisəni özünəməxsus şəkildə
sadəcə bir şayiə adlandırır: “Buna baxmayaraq
tatar ideoloqları öz əməllərindən əl
çəkmir və şayiə yayırdılar ki, guya
Şuşada ermənilər müsəlman məktəblərinə
soxularaq iyirmi iranlı uşağı doğramış,
onların qulaq və burunlarını kəsmişdilər. Bu hadisəni xüsusi bir nümayəndə heyəti
Cənubi Qafqazdan keçən İran şahına
çatdırsalar da, general Şirinkin rəsmən bu
faktı inkar etmişdi”.
Şextmana
görə, Qafqaz müsəlmanlarının
qaçaqçılıq hərəkatı adi quldurluqdan
başqa bir şey deyildir. Yerdə qalan müsəlmanların
da beşdə biri adam öldürən,
quldur və cinayətkardır. Guya həmin illərdə
müsəlman kəndləri nə qədər səliqəsiz,
qanunsuzluğa meylliydisə, erməni kəndləri bir o qədər
səliqə-səhmanlı idi.
Bir sözlə,
bütün tarix boyu türklərə şöhrət gətirən
nə qədər gözəl mənəvi keyfiyyətlər
varsa, Şextmanın qələmində əyri güzgüdə
göstərilir, yaxud bu xüsusiyyətlər ermənilərə
şamil edilir.
Halbuki XIX əsrdə Cənubi Qafqaz xalqları
haqqında yazılan kitabların böyük əksəriyyətində
azərbaycanlıların mənəvi cəhətdən nə
qədər yüksək, münasibətlərdə nə qədər
düz olduqları, qanunpərəstlikləri dəfələrlə
qeyd olunmuşdur. Bu cəhətdən
haqqında söhbət gedən dövrdə Sankt-Peretrburqda
baş vermiş bir hadisəni xatırlatmaq yerinə
düşər. Əlibəy Hüseynzadə,
Əhməd Ağaoğlu və Əlmərdan bəy
Topçubaşov Sankt-Peterburqda Rusiyanın xarici işlər
nazirliyində bir görüş keçirərək Azərbaycanın
haqlarını müdafiə edirdilər.
Qızğın mübahisələrin sonunda həmişə
erməni təbliğatının təsiri altında olan və
görməzə-bilməzə Azərbaycan türkləri
haqqında yanlış düşünən səfirlərdən
biri demişdi: “bu türkləri bizə sivilizasiyadan uzaq
adamlar kimi qələmə verirdilər. Amma bu gün dinlədiyimiz
bu üç adam hər biri bir neçə
Avropa dili bilir, şərq dilləri də üstəlik və
bütün başqa cəhətləri ilə də bizdən
əskik yox, bəlkə üstün adamlardır”.
Şextman qeyd
edir ki, 1905-ci ilə qədər rus cəmiyyəti erməni məsələsinə
biganə idi.
Yalnız Veliçko və Menşikov kimi müəlliflər
dünya yəhudiliyinin təsiri altında diqqəti bu məsələlərə
yönəldirdilər. Guya erməniləri
müdafiə eləyənlər mütərəqqi
düşüncə sahibləri idi və humanizm prinsiplərindən
çıxış edirdilər, ermənilərə
qarşı çıxanlar isə
araqızışdıranlar və mühafizəkarlar,
panslavistlər və ruspərəstlərdir. Gürcüstan-Azərbaycan münasibətlərinin
gözəl ənənələri də müəllifi
qıcıqlandırır və hesab edir ki, erməni
düşmənçiliyi Gürcüstan üçün də
ənənəvi bir haldır. Buna görə
də onlar həmişə “kin-kidurətli” erməniləri
yox, “xeyirxah” azərbaycanlıları müdafiə etmişlər.
Bizə məlum
olan ədəbiyyatlardan oçerkdə yalnız o sitatlar gətirilir
ki, orda ermənilərin yüksək mədəniyyətindən,
müsəlmanın cahilliyindən danışılır. Kim 1905-1907-ci il
hadisələrini obyektiv təsvir etmişdirsə, ermənilərin
törətdikləri vəhşilikləri və
qırğınları faktlar əsasında qələmə
almışdırsa, o, Şextmanın düşmənidir,
belələri haqqında istehzayla danışır, fikirlərinə
şübhə doğurur, əksinə, azərbaycanlıların
əleyhinə yazılanları bəh-bəhlə xüsusi
vurğuyla qabardır.
1905-1907-ci illərdə
Cənubi Qafqazı bürüyən alov həm türkün,
həm də erməninin ürəyini yandırdı. Bu, dəhşətli
bir faciə idi. Bu barədə çox yazılıb; təbii
ki, ermənilər öz mövqeylərindən, özlərini
haqlı sayaraq, biz də öz mövqeyimizdən... Həqiqəti görmək və obyektiv söz demək
üçün ən azı iki tərəfin də fikrini
bilmək, tutuşdurmaq, hadisələrin mahiyyətini dərk
etmək lazımdır. İnsanlıq və
ədalət bunu tələb edir. Yalnız
bu cür yazılar ortaya çıxanda onu erməninin də,
türkün də ağrılı adamları sayqı ilə
qarşılar və yazarın xoş niyyət
daşıdığına inanarlar. İndiki halda
Şextmanın oçerki ondan əvvəl yazmış
onlarla erməni müəllifinin birtərəfli, xəstə
şüurun nəticəsi olan “biz yaxşıyıq,
türk pis”, “türk erməninin düşmənidir” prinsipindən
seçilməyən cızmaqaralardan heç nə ilə fərqlənmir,
onların zəif təkrarı, davamı və ya onlardan
parça-parça kəsilib götürülmüş bir
quramadır.
1905-1907-ci illərədək
türk mühitində erməni düşmənçiliyindən
danışmaq gülünc bir iftiradır. Çünki
Azərbaycanın hər yerində ermənilər bizimlə
yan-yana yaşayır, torpağımızın sərvətlərindən
bizdən artıq yararlanırdılar. Ucqar əyalətlərdən
gəlmiş və şəhər mədəniyyətindən
xəbərsiz ermənilər (bunu o vaxtkı Bakı qəzetlərində
rus müəllifləri yazırdılar) az
sonra aldıqları torpaqlardan vuran fontanlar sayəsində
Bakının neft milyonçularına çevrilirdilər.
İstanbulda isə Əhməd
bəy Ağaoğlunun yazdığı kimi, Osmanlı
sultanı “Əziz və möhtərəm” erməni
dostlarını hər gün sarayında sayqıyla qəbul
edərək dövlət işlərini əllərinə əmanət
edir”di... Bakıda, Gəncədə, Tiflisdə münaqişənin
ən gərgin çağlarında Azərbaycan və erməni
ziyalıları savaşın qarşısını almaq
üçün, bir növ boğazlarına kəfən geyərək,
üz-üzə dayanmış silahlıların arasına
girirdilər. Erməni ziyalılarının
öz “milli iştahlarını” qoruya bilməyib daşnaklara
qoşulduğunu görəndə Azərbaycan
ziyallıları bu cahilliyə təəssüflənirdilər.
Əli bəy Hüseynzadə “Hardadır bu ermənilərin
ağıllıları, ziyalıları?” deyə dad çəkirdi.
Deməli, bu olaylar sadə
türkün, sadə erməninin bir-birinə düşmənçiliyindən doğmurdu; bu, Rusiyanın Cənubi
Qafqazın işğalından başlanan siyasətinin kulminasiya nöqtəsi idi... 1828-ci ildə əzəli türk torpaqları olan İrəvan
çevrəsində balaca erməni vilayətinin
yaradılmasınäan başlamışdı; niyyət Naxçıvanı,
Zəngəzuru, Qarabağı da tədricən erməniləşdirib, türklərdən təmizləmək və bu
vilayətə qoşmaqla erməniləri öz mifik dövlət arzularına qovuşdurmaq idi. Lakin ermənilər sahiblənmək istədikləri yerlərin hamısında yerli əhalidən dörd-beş dəfə az
idilər. “Çıxış
yolu” ya erməniləri köçürüb gətirərək
saylarını artırmaq, ya da yerli əhalini qırmaq, qorxudub qovmaq idi. Rusiyanın yüz
illik köç siyasəti nəticəsində ermənilərin sayını
türklərə yaxınlaşdırmaq mümkün olmayanda ikinci yola əl atdılar:
İrəvanın, Zəngəzurun, Göyçənin
boşaldılması və
işğalının əsası da həmin savaşda, yəni
1905-1907-ci illərdə
qoyulmuşdu.
Rusiyanın ermənipərəst
siyasəti bu gün də davam edir və Dağlıq Qarabağın işğalı da həmin siyasətin ardıdır. Fərq cüzidir. O vaxt Zəngəzur boşaldılanda, Azərbaycan türklərinə qarşı kütləvi
qırğınlar törədiləndə ermənilərə kazak süvari dəstələri kömək edirdi. Qarabağın
işğalının və Xocalı soyqırımın
başında
isə 366-cı rus-sovet hərbi hissəsi dayanırdı.
Hər millət bir okeana bənzəyir
və öz təbii qanunauyğunluqları ilə
yaşayır, yetirir, böyüdür, qabarır, çəkilir... Beş-üç
içki həvəskarına görə rus xalqına
“alkaş millət” demək nə
qədər yanlışdırsa, çörək dərdindən bazara
sığınan bir ovuc azərbaycanlıya görə də bütöv Azərbaycan-türk
millətini “bazar milləti” saymaq o qədər qəbahət, təhqir və cinayətdir. Bu da mənəvi terrordur...
Şextman kimilər
bu antiislam və antitürk terrorunun başında dayanarkən
gərək öz millətlərinin kütləviləşdirilmiş antisemitizmdən nələr çəkdiyini yaddan çıxarmasın. İşin başqa bir tərəfi
də var: bir fərd və ya bir millət haqqında həp hansı bir ağıllı
adam
əsaslandırılmış söz
deyəndə bu, narahatçılıq doğurur və düşündürür. Amma
Şextman kimilərinin öz mühitlərində o qədər eybəcər
obrazları var ki, hətta Rusiyada da
beş-altı “müştərisindən” başqa kimsə
onların dalınca
getməz. Fikir orientasiyasını, yəni
təyinatını səhv salmaq da cinsi təyinatını səhv
salmaq qədər
böyük bir faciədir. Şextmanın
timsalında
bu faciələr birləşir.
Sabir RÜSTƏMXANLI
525-ci qəzet.- 2010.- 24 sentyabr.- S.4.