Oralarda kimlər var: MURATHAN MUNQAN-2
AŞİQ OLMAQ DA İŞƏ ADAM ALMAQ KİMİ...
MURATHAN MUNQAN kimdir
1955-ci ildə İstanbulda
doğuldu.Orta məktəbi Mardin Liseyində oxudu. Ali təhsili
Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakultəsində
Teatr Bölümündə tamamladı.Dövlət
teatrlarında dramaturq olaraq çalışdı. İlk
tamaşası “Mahmud ilə Yezidə” Türkiyə İş
Bankasının keçirdiyi yarışmada ikincilik
mükafatını alan Murathan Munqan “Şahtiyan” adlı bir
şeirilə də “Göstəri” dərgisinin 1981-ci il
yarışma mükafatını qazandı.Və bir sıra
başqa mükafatları da var.
Əsərləri: “Mahmud ilə
Yezidə” (1980), “Başsağlığı” (1982), “Bir qərib
Orxan Vəli” (1993)
Hekayələri: “Son
İstanbul” (1995), “Qırx otaq” (1987), “Lal Nağıllar”
(1989), “Qaf dağının önü” (1994)
Şeir kitabları: “Osmanlıya
dair hekayət” (1981), “Qum saatı” (1984), “Yaz kinotetrları”
(1989), “Əski 45-lik vallar” (1989), “Yaz keçər” (1992),
“Başqaların gecəsi” (1997), “Muradxan-95”, seçmə
şeirlər
– Əslində iki sənə
öncə çox xoşbəxtdim, çünki
sabahları erkən qalxırdım, öncə ispanca dərs
alırdım, sonra yoq dərslərinə gedirdim.Həyatda ən
çox qibtə etdiyim şeydir sabah erkən qalxmaq. Bir az
sağlıqla bağlı sıxıntılarım da oldu,
şəkər tapdılar məndə, ona görə həyatımı
qururam.Belə olduğu zaman bədəninizlə bir sözləşmə
bağlayırsınız, sadəcə gənclik, gözəllik
dərdindən deyil. Təbii bir də genetik bağların da
sizə ərmağan etdiyi şeylər var.Anam da,atam da xərçəngdən
öldülər. Buna görə içinizdə həmişə
bir təlaş var. Mənim də başımda bu
olarmı-olmazmı...
– Son çap etdirdiyiniz “Yeddi
Qapılı Qırx Oda” kitabını hazırlayana qədər
çox yorulduğunuzu və əziyyət çəkdiyinizi
söyləmişdiniz.
– Bəli, inşallah oxucu da
eyni şeyi hiss etməz (gülür). Kitab üzərində
çox çalışdım. Çıxmazdan bir neçə
ay qabaq kitabın son hekayəsini dəyişdirdim, çünki
bir rahatsızlığım vardı, son hekayəylə
bağlı, amma nə olduğunu bilmirdim. Bir kitabla
yaşamaq, əslində birisiylə eşq yaşamaq
kimi.Aranızda nələr olduğunu da heç başa
düşə bilmirsən.Onun haqqında tələsik bir nəticəyə
gəlmək yanlış yerlərə apara bilər, özünüzü
də, başqalarını da incidə bilərsiniz.Son hekayə
mənim narahatçılığımdır.
– Murathan Munqan
kitablarının hər zaman alıcısı var, çox
oxunur. Burada tərəddüdünüz varmı?
– Tərəddüd etməyək,
oxumaq üçün oxucudan diqqət və əmək istəyən
bir kitab bu!
– “Yeddi Qapılı Qırx
Oda” necə bir kitab?
– Bu 40 hekayə olacaq, 40
otağı tamamlayacağam və günün birində
bunları Qırx Otaq adıyla tək cilddə toplayacam, belə
bir məqsədim var.Nağıllarla olan
bağlılığm da mənim özümün Min bir Gecəm.
Hər kəs dünyada var olmaq üçün bir qapı
arar, mən də bu kitabda, hələ tam sümükləşmiş
bir tərzi olmayan yazar olaraq,öz yazımın var
olmasının qapılarını açmaq istəyirəm.
– Murathan Munqan dilinin
şovuyla məşğuldur deyə bilirikmi?
– Şov sözü burada
yerində səslənmir, məni nəticə
maraqlandırır!
– Kitabın
tanıtımı da diqqət çəkiciydi. Yeddi
ünlü insan yeddi ayrı pasaj oxudu kitabdan. Bu üsul
kitabların populyar olmasınamı dəlalət edir?
– İstədim ki, kitab həm
görülsün, həm eşidilsin, həm
ifaçıların səsi və bədən diliylə ifadə
edilsin və orada olanlar sadəcə kitabın
varlığından deyil, içindən də xəbərdar
olsun. Bir də axır zamanlarda çox kitab
çıxır.Bir kitab sadəcə başqa kitabı oxuma
zamanınızla rəqabətə girmir.O kitaba ayrılan
zamanın qarşısında internet, DVD, TV var! Bir şəkildə
kitab özünü göstərmək üçün bir
yol tapmalıdır.
– Türkiyə çətin
günlər keçirir. Sağlam fikrə, şairlərimizə,
yazarlarımıza ehtiyacımız var. Amma bir səssizlik var
o cəbhədə, nədən?
– Çox böyük bir
dağıntı var, ümidsizlik var, müxalifət
dalğası arxadan gələn nəsil tərəfindən
kifayət qədər bəslənmədi. Mən həyatın
heç bir dönəmində bu qədər ümidsiz
olmamışdım! Kimsə çox fağır görsənməyə
çalışmasın, bu zorluqda hər kəs daha çox
işlər görməlidir.Bu qədər özündən
çıxarılmış bir toplumdan sağlam bir şey
gözləmək çox çətindir.Əslində
sözünü etdiyiniz aydınlar və sənətçilər
hiss eləyirlər, onlar heç bir şey eləyə bilməzlər.
– İntellektual vicdan
qalmadı deyəsən ?
– Çünki bir qismi
başlarını itirdilər,bir qismi zatən günün,
dönəmin əyrilərinə görə solçuyudu ,
aydındı, iqtidar heyranları vardı, başqa yerə
keçdilər... Bir dönəmin vurğunlarını
çoxu yeni sağın təmsilçisi... Məsələn,
adam əslində faşist, amma özü bunu bilmir sanki!
– Nədən sağlam fikir
insanları susurlar,ancaq düşmənçilik salanlar
danışırlar?
– Türkiyə üç dəfə
ciddi hərbi çevriliş keçirmiş, gerçək
savaş tərbiyəsindən keçməmiş bir toplum. Əsas
düşüncəsi qadağa, gizlətmə,
üstünü örtmə. İçində olduğumuz
çağ isə onun qabığını soymaq istəyir.
Türkiyə bu sancılı dövrdə toplumu tərbiyə
etmək yerinə toplumu sürəkli sakitləşdirir,
topluma sürəkli yalan söylədi. Dediyinizi anlayıram,
bir qəhrəman ehtiyacı var, amma məsələlər qəhrəmanlarla
bitmir, toplumun özünün əliylə yollar tapılacaq.
Yəni intellektual vicdanı anlayıram, amma daha geniş
anlamda bu qədər vicdanını itirmiş bir toplumdan fərqli
bir şey gözləmək olmaz.
– Sizcə biz vicdanını
itirmiş bir toplumuz?
– Bəli,eləyik.Ayrıca
ciddi anlamda bilgisi olmayan, təhsili olmayan, amma qabaqcadan hökm
çıxaran, dəhşətlər törədən,intiqam
hissi ilə coşan bir toplumuz.Bu anlamda başqa bir yerdən
danışmaq lazım.Bu anda Türkiyənin ən çox
ehtiyacı olan şey, ciddi anlamda təşkilatlanmış
bir qeyri-hökumət etiraz platformudur. Müxalifət zəminli
bir platform.
– Sən özünü
qorumasan başqası səni qorumur – deyəmi
düşünürsünüz?
– Qorumur təbii!
Ağzından çıxan hər söz başqa mənada dəyərləndirilir.Danışdığımız
şeylər çox insafsızcasına dəyişdirilir. Az
danışıramsa,bu heç də bir çox şeyləri
az bildiyimdən və ya bilmədiyimdən deyil.Buradan
çıxan bir mübahisənin səni götürəcəyi
yer bir daha çıxa bilməyəcəyin bir bataqlıq.
– Yəni 301-ci maddə?
– Bəli!
– Hələ bir
ayağım əski meydanlarda, sol yumruğum havada deyirsiniz,
amma...
– Amma bunlar yazılarımla
və sənətimlə bağlı şeylər, mən
aktivist deyiləm. Bunu deyə bilərəm : Türkiyənin
son 30 ili üzərinə çox şeylər
yazdım.Bütün bu vaxtı daha geniş, daha əhatəli,
güclü, qalıcı kitablar düşünürəm, əsl
barıtımı və silahlarımı deyəsən geriyə
saxlayıram.
MURATHAN MUNQANIN ƏN ÇOX SEVDİKLƏRİ:
– Türkiyədə?
– Buna toxunmayaq.
– Ən sevdiyiniz şəhər?
– Madrid! 2008-ci ildə bir
neçə illiyinə Madridə yerləşməyi
düşünürəm, ispanca öyrənirəm.
Önümüzdəki ay ev baxmağa gedirəm.
– Həyatda ən nifrət
etdiyiniz şey nədir?
– Məncə xəyanət.
– Ən böyük
peşmanlığınız?
– Bax, əskidən
“Yaşadığım heç bir şeydən peşman
deyiləm”- deyə bir şeylər deyərdilər, onu
zamanında biz də dedik, amma indi isə deyirik: “Nə
çox peşmanlığım varmış” (gülür).
– Məsələn?
– “O əlaqə o qədər
uzun çəkərmiydi,ona necə inandım, yalanını
necə görmədim” – kimi... Mənə insanları nə qədər
yaxşı analiz etdiyim söylənir, amma mən şəxsi
həyatımda çox insan tanımadım. Gözümə
soxulmadıqca, xoş bir şəkildə insanlara inanan,
bağlanan yanım daha güclüdür.
MURATHAN MUNQANdan İKİ ŞEİR
Bu nə biçim hayat
Bu nə biçim
poçtalyon
Üç dəfə
çalır qapıyı
Bu nə biçim keçəl
Həm mərhəmi var
Həm sürtmür
başına
Bu nə biçim
biçimlər
İstədiyiniz qədər
çoxalda bilirik biçimləri
Məmləkət də lap
hazırdır buna
Məsələn: yəni
bir qonşu köçdü qarşıya
Kim olsa yaxşı
baxdım Fəxriyyə
bacı
Qırx illik bir qatardır
Ərzincan qatarı
Mən gəlmişəm bu
yaşıma
O isə şeirdəki
yaşında ilişib qalmış
Mənimki nə biçim həyat
Heç oxşamır nə
gördüklərimə
Nə duyduqlarıma
Nə oxuduqlarıma
Mən nə biçim mənəm
Nə özümə bənzəyirəm
Nə başqalarına
sözlər, yarpaqlar
bəzi sözlər
qaranlıqda deyilir,
deyirəm, yuxularımın
birində
bəzi sözlər
heç bir zaman,
deyirəm, oyanandan sonra
özüm-özümə
bəzi sözlər
qaranlıqda deyilir
bəzi sözlər
heç bir zaman
deyirəm, gəmi yelkənlərinin
altında
deyirəm ki,iki yanı
ağaclı yollar arasından
keçib getməkdir
şeir
ağacla, yolla hansı tərəfə
və nə zaman
küləyin şiddətiylə
çoxalır anlam
parçalana-parçalana
keçdimiz yollarda
onlarla yarpaq düşər
bir neçə şeir qalar
ancaq
o dərin ağaclardan
öz səsimizə
oyandığımız yuxularda
Qırmızı film
Yaradıcı ruhun
dırnaqları
Qırmızı film
Vamp bir vampir
Qaynaq edilir
Ruhların keçmişinə
Oksigen maska
Qorxunun alt yazısı
Əski biletlər
Dəridən bir corab
bağı Siyah
kitabçılara
düşmüş
Toppuş topuqlar çevrilər
Dərinləşmədən
istifadə edin
Bütün qorxuları
Fil dişi vampirin
Və gecə yüz
ölçümü jaketin
Olmayan şeylər
yazılan roman
Şərtlər belə dəyişmiş
Necə öldürüləcəklərinin
Hər kəsə bir dənə
qırmızı film
Şahmatın 64 xanəsi
var
Vurulan saysız oyun kimi
Eyni qan fərqli qurular
Təbiətdəki
üç ana rəng
Yalnızca səkkiz nota
Nə qədər az və nə
qədər çox
Atomdan bombaya gedən
Qan qaranlığı yollar
Uydurmalara filmi
Dişlərindəyik
vampirin
Şirin Severden uyğulama
Biz daha oxumağa macal
tapmamış o bir-birinin ardınca kitab yazır. 2007-ci ildə
çıxardığı dördüncü kitabını
– “YEDDİ QAPILI QIRX ODA”nı əlüstü də
tanıtdı! Bu kitab vəsiləsiylə evində
görüşdük Murathan Munqanla kitabını, həyatını,
Türkiyənin keçirdiyi çətin günləri və
əlbəttə Eşqi danışdıq.
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 25 sentyabr.- S.27.