Natəvan Hacıyevaya həsr olunmuş ədəbi-bədii gecə keçirilib
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
əməkdar artist Natəvan
Hacıyevanın milli
televiziyadakı fəaliyyətinin
50 illiyinə həsr olunmuş ədəbi-bədii
gecə keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən
tədbirdə çıxış
edənlər N.Hacıyevanın
mənalı həyat
yolundan və çoxşaxəli yaradıcılığından
danışıblar. Bakıda
ziyalı ailəsində
dünyaya göz açmış Natəvan
Hacıyeva orta məktəbi bitirdikdən
sonra o vaxtkı M.F.Axundov adına
Azərbaycan Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutuna
daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara
sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü
və qəlbə yatan məlahətli səsi olub. Mərasimdə o da qeyd olunub ki, N.Hacıyeva
mənalı ömrünün
50 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolunu sənətdə ilk debütü
sayır. Onun 2000-ci ildə
çapdan çıxmış
“Mən o günləri
yaşamışam” kitabında
Azərbaycan televiziyasında
çalışdığı illərlə bağlı
unudulmaz xatirələri
öz əksini tapıb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 29 sentyabr.- S.7.