Rəssam Həlimə Ələsgərovanın təqdimatında “Mənim Şuşam” sərgisi

 

Sentyabrın 30-da gənc rəssam Həlimə Ələsgərovanın rəsm əsərlərindən ibarətMənim Şuşamadlı sərginin aşılış mərasimi keçiriləcək. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimi S.Bəhlulzadə adına qalereyada gerçəkləşəcək. Sərgidə Azərbaycan muğamları da səslənəcək. Sərgi 3 gün davam edəcək. Həlimə Ələsgərova təxminən 10 il öz yaradıcılığını Qarabağ tematikasına həsr edib. QarabağAmerika fondu tərəfindən təşkil olunan sərgi yaxın günlərdə ABŞ –ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 29 sentyabr.- S.7.