Şuşa Teatrı yeni mövsümü “Gözəlləri necə qaçırırlar”la açıb

 

Şuşa Dövlət Musiqili Dram Teatrı növbəti mövsümə Bilal AppayevinGözəlləri necə qaçırırlaradlı komediyasının tamaşası ilə start verib. TamaşaAzərsun Holding”in Mədəniyyət Mərkəzində nümayiş olunub. Bu əsər 2 hissə, 8 şəkildən ibarət məişət komediyasıdır. Hadisələr dağ kəndlərindən birindəaulda cərəyan edir. Atası ilə birlikdə aula köçmüş dul qadın Roza qonşu kişilərin diqqətini cəlb edir. Bəşir Ruslan həmin qadınla tanış olmaq yolunda gülməli vəziyyətlərə düşürlər. Onların arvadları bu işdən xəbər tutduqda ərlərini evdən qovurlar. Lakin kişilər Rozadan əl çəkmirlər. Vaxtilə altı qardaşın bacısınıMəkkəni dostu üçün qaçırdığına görə kənddən qaçaq düşən Hopay bu işdən xəbərdar olub, qızı ilə birlikdə plan hazırlayır. Bu plana əsasən, Roza Bəşir Ruslanın hər birinə ayrılıqda sevgisini bildirir. Şəhərdən Rozanın dalınca gələn keçmiş əri Sapar təsadüf nəticəsində onları görür. Lakin əvvəlcədən qurulmuş oyun nəticəsində Bəşirlə Ruslan ailə üzvlərinin Saparın gözü qarşısında ifşa olunur. Bundan sonra Sapar səhvini anlayıb, Roza ilə barışır.

Tamaşada Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları – Rauf Şahsuvarov, Aybəniz Əhmədova, İlqar Salamov, Püstəxanım Zeynalova, Şükufə Musayeva, Zəhra Baxşəliyeva, Etibar Cəfərov, Azad Məmmədov və Tərlan Məmmədli iştirak ediblər. Səhnə əsərinin quruluşçu rejissoru Kəmalə Məcidova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Leyla Qarayevadır. Teatrın direktoru Yadigar Muradov imkanlarının məhdudluğuna, xüsusən yer probleminə baxmayaraq, səviyyəli iş ortaya qoymağa çalışdıqlarını bildirib: “Təbii ki, bütün gördüyümüz işlərə əla demək olmaz. Nəzərə alaq ki, bizim öz binamız yoxdur. Nə qədər ki, Gənc Tamaşaçılar Teatrında məskunlaşmışdıq, şəraitimiz yaxşı idi. Lakin teatr 2005-ci ildən təmirə dayanandan sonra biz “Savalan” kinoteatrına köçdük. İndi işimiz bir qədər çətinləşib. Amma bütün bunlara baxmayaraq, biz tamaşalarla bağlı planımızı artıqlaması ilə yerinə yetiririk. Mütəmadi olaraq yeni tamaşalar hazırlayırıq”. Ötən il Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Teatr Festivalına Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” tamaşası ilə qatıldıqlarını qeyd edən Y.Muradov qarşıdakı illərdə də belə yarışmalarda iştirak əzmində olduqlarını söyləyib.

 Yeni mövsümdə teatrın repertuarında “Cəhənnəm sakinləri”, “Cinayətkar”, “Fırıldaqçılar” və “Pis oğlan” əsərlərinin yer alacağını deyən teatrın baş rejissoru, əməkdar artist Loğman Kərimov hazırda “Cəhənnəm sakinləri”nin məşq prosesinin getdiyini açıqlayıb.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2010.- 30 sentyabr.- S.7.