Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb

 

Ankaradakı Nurol sənət qalereyasında azərbaycanlı rəssam Sənan Eynullayevin fərdi sərgisi təşkil edilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə sənətkarın son dövrlərdə işlədiyi yağlı boya tabloları nümayiş etdirilir. Türkiyənin sənət dairələri media sərgiyə maraq göstərib. Sənan Eynullayev APA-ya bildirib ki, 2009-cu ildə İstanbulun Zeytinburnu rayonundakı Polis təhsil toplantı mərkəzində bal mumu heykəllərini sərgiləyib, sentyabrın əvvəlində isə Bodrumda fərdi sərgisi açılıb. Qeyd edək ki, 1956-cı ildə Bakıda anadan olan Sənan Eynullayev Əzim Əzimzadə adına Rəssamlıq məktəbini İncəsənət Universitetini bitirib. Yaradıcılıq işlərini 1992-ci ildən İstanbulda davam etdirir. O, Türkiyənin ən prestijli sənət qalereyalarında əsərlərini nümayiş etdirib. S. Eynullayev 2007-ci ildə Çingiz Aytmatovun İstanbulda rus dilində çıxan 8 cildliyinin illüstrasiyalarını çəkib.

 

 

525-ci qəzet.- 2010.- 8 yanvar.- S.7.