Azərbaycan diasporuna dövlət qayğısıkitabı nəşr olunub

 

Bu günlərdəAzərbaycan diasporuna dövlət qayğısıadlı kitab işıq üzü görüb. Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı bu nəşr Azərbaycan dövlətinin diasporumuzun inkişafına göstərdiyi diqqət qayğıdan bəhs edən üçüncü nəşrdir. Burada Azərbaycan prezidenti İlham Əliyevin diaspor quruculuğu işinin təkmilləşdirilməsinə, xarici ölkələrdə yaşayan soydaşlarımızın problem qayğılarının həllinə xidmət edən fərman sərəncamları, dünya azərbaycanlılarına, həmçinin diaspor təşkilatlarının toplantılarına müraciətləri digər mühüm sənədlər, habelə forum qurultaylardakı çıxışları, diaspor nümayəndələri ilə görüşlərinə dair məlumatlar toplanıb. “Azərbaycan diasporuna dövlət qayğısıkitabı Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsindəki dövlət siyasəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Eyni zamanda bu topludan dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq doğma Vətənə, dövlətçiliyimizə bağlı olan hər bir azərbaycanlı stolüstü kitabı kimi istifadə edə bilər.

 

 

 P.SULTANOVA

 

525-ci qəzet.- 2010.- 8 yanvar.- S.2.