Gəncədə Cavad xanın xatirəsinə həsr olunmuş açıq tamaşa nümayiş etdirilib

 

Dünən Gəncədə Gəncə xanlığının sonuncu hakimi Cavad xan Ziyadxan oğlu Qacarın xatirəsinə həsr olunmuş bədii səhnə nümayiş etdirilib. Cavad xanın məqbərəsi önündə təşkil olunan kompozisiyada Gəncə Dövlət Dram Teatrının aktyorları iştirak ediblər. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tamaşada 1786-cı ildən Gəncə xanlığını idarə edən Cavad xanın rus işğalçılarına qarşı qeyri-bərabər döyüşlərdə göstərdiyi qəhrəmanlıq səhnələri yer alıb. Yazıçı Məmməd AliminCavad xanəsərinin motivləri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Vaqif Şərifovdur. Tamaşa Cavad xanın xatirəsinə ehtiram olaraq, xanlıq dövründə istifadə edilən simvolik toplardan avtomatlardan açılan yaylım atəşləri ilə başa çatıb. Bundan sonra hərbi marş sədaları altında simvolik Cavad xan ordusunun, “N” saylı hərbi hissə əsgərlərinin hərbi texnikanın təntənəli keçidi olub.

 

 

525-ci qəzet.- 2010.- 13 yanvar.- S.7.