Azərbaycan ədiblərinin
əsərlərindən ibarət
“Ləçəklər”
Rusiyanın
Perm şəhərində Azərbaycan ədiblərinin
seçilmiş əsərlərindən ibarət “Lepestki”
(“Ləçəklər”) antologiyası işıq
üzü görüb. Bu barədə
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətindən
məlumat verilib. Kitabda ensiklopedik məlumat xarakterli yazılar və rusdilli oxucu üçün zəruri
şərhlər də
yer alıb. Rusiya və Azərbaycanın dövlət himnləri ilə açılan kitabda “Koroğlu” və “Qaçaq Nəbi” dastanlarından parçalar, “Küçələrə
su səpmişəm”
xalq mahnısı, Nizami Gəncəvi, Məhsəti Gəncəvi,
Həsənoğlu, İmadəddin
Nəsimi, Şah İsmayıl Xətai və başqa Azərbaycan ədiblərinin yaradıcılıqları
yer alıb. Oxucu auditoriyası nəzərə alınaraq,
mətnlər Azərbaycan,
rus və qismən ingilis dilində verilib. Həmyerlimiz İ.Əliyevin
hazırladığı kitabın
tərtibatçısı Azərbaycanın tanınmış
xalçaçı rəssamı
D.Eynullaqızı, redaktoru
E.Rzazadədir.
SARA
525-ci qəzet.-
2010.- 13 yanvar.- S.7.