Mənəvi ucalığa səsləyən
dəyərlər
MİLLİ
MENTALİTETİMİZLƏ BİRGƏ XALQIMIZIN MƏNƏVİ
DÜNYASINI HƏM DƏ İSLAM DƏYƏRLƏRİ TƏŞKİL
EDİR
Din insanların həyat tərzini nizamlayan sosial-iqtisadi, hüquqi-etik, mədəni-əxlaq qaydalarını əhatə edən bütöv bir elmi sistemdir. Ən yüksək mənəvi dəyərləri özündə birləşdirən müqəddəs İslam dinimiz insanların mənən yeniləşməsində və saflaşmasında, cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır, hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır.
Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn sosial, tarixi hadisə olan islam dini ümumbəşəri dəyərləri özündə ehtiva etdiyi, insanları sülhə, əmin-amanlığa, həmrəyliyə, kamilliyə, düzgünlüyə çağırdığı üçün xalqımızın mental baxışları ilə uzlaşaraq milli-mənəvi özünüdərkimizin mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Xalqımız həmişə Uca Tanrıya tapınmış, qəlbində iman və inam gəzdirmişdir.
Düzdür, biz islam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özümüzə məxsus adət-ənənələrə malik olmuşuq. Ümumiyyətlə, adət-ənənələr milli-mənəvi irsin bir qolu kimi hər bir xalqın özünəməxsus keyfiyyətlərini özündə əks etdirir. Ona görə hər bir xalqın mənəviyyatından, mədəniyyətindən söz düşdükdə onun adət-ənənələrinin, elliklə keçirdiyi mərasimlərinin xatırlanması təsadüfi deyil. Bəşər sivilizasiyasına böyük töhfələr vermiş Azərbaycan xalqının zəngin mədəni irsindən söz düşdükdə ilk növbədə milli-mənəvi dəyərlərimiz və bu dəyərlərə söykənən mədəni-əxlaqi normalar göz önünə gəlir. Xalqımızın milli düşüncə tərzinin formalaşmasında, insanlarımızın yüksək əxlaqi normalar çərçivəsində tərbiyə olunmasında böyük rol oynayan adət-ənənələrimizin hər biri özündə ali mənəvi və insani dəyərləri tərənnüm edir. Zaman, dövr dəyişsə də həyatımızı şüurumuza, məişətimizə dərin və möhkəm kök salmış adət-ənənələrsiz, mərasimlərsiz təsəvvür etmək mümkün deyildir. Xalqımızın hər zaman başda ağsaqqalları olmaqla şad gününü də, kədərli gününü də elliklə qeyd etmişdir. İnsanın həyata gəlməsi, ailə qurması, dünyasını dəyişməsi kimi həyati proseslərin məhz kollektiv surətdə qeyd olunması bizi bir çox xalqlardan fərqləndirən ən gözəl ənənələrimizdir.
Müqəddəs kitabımız Qurani-Kərimdən gələn dəyərlər isə milli ənənələrimizlə birgə min üç yüz ildən artıqdır ki, xalqımızın yüksək mənəvi dünyasını təşkil etməkdədir. Məhz bu xüsusiyyətlərinə görə islam tariximizin müxtəlif dövrlərində mədəni inkişafımıza, intibahımıza gözəl töhfələr vermişdir. Azərbaycanın islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insanları – Nizami, Füzuli, Nəsimi və digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr vermiş və islam mədəniyyətini və fəlsəfəsini öz yaradıcılıqları ilə zənginləşdirmişlər. Buna görə biz islam dininə, islam mədəniyyətinə mənsub olmağımızla fəxr edirik.
İslamın da daxil olduğu milli-mənəvi dəyərlər əsrlər boyu həm də Azərbaycan xalqının formalaşmasında, dövlətçiliyimizin yaranmasında, yaşamasında və möhkəmlənməsində böyük rol oynamışdır. İstər orta əsrlərdəki hürufilik kimi təlimlər, istərsə də Azərbaycanın siyasi yüksəlişini təmin etmiş qızılbaş hərəkatı kimi cərəyanlar məhz islamdan qaynaqlanmış, ondan ilham almışlar. Öz azadlığımız uğrunda apardığımız mübarizələrdə, tarixi kökünə, keçmişinə sadiq olan xalqımızın mərdliyinin, vətənə, torpağa bağlılığının, milli-azadlıq uğrunda sarsılmaz mübarizə əzminin və tarixən milli məfkurəmizin formalaşmasında islam amili mühüm rol oynamışdır. XIX əsrin ortalarından etibarən Azərbaycanda başlayan maarifçilik hərəkatında, müxtəlif siyasi cərəyanlarda, nəhayət, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında islamın mütərəqqi ideyaları aparıcı xətt təşkil etmişdir. Həm XX əsrin əvvəllərində, həm sonlarında Azərbaycanda meydana gələn milli-azadlıq hərəkatlarında islam ideyalarının təsiri böyük olmuşdur. Bu xüsusiyyətlərinə görə islam dini tariximizin bütün dövrlərində xalqımızın inkişafının əsas leytmotivi rolunu oynamışdır. Azərbaycan, həmçinin Qafqazda islam dəyərlərinin, islam dininin, islam sivilizasiyasının yayılması və inkişaf etməsində xüsusi rol oynamışdır. Qafqazın digər xalqlarının islama yolu məhz Azərbaycandan keçib.
Tarixi təcrübə göstərir ki, yalnız dərin mənəvi köklərə, qədim milli adət-ənənələrə arxalanan mədəniyyətlər ardıcıl surətdə inkişaf edib və özünəməxsus xüsusiyyətlərini qoruyub saxlaya bilirlər. Hər hansı xalqı birdəfəlik yox etmək, assimilyasiyaya məruz qoymaq üçün isə onun dili ilə yanaşı, mənəvi dəyərlərini əlindən almaq kifayət edər. Xalqımıza qarşı qənim kəsilənlər tarix boyu dəfələrlə bu məkrli siyasəti həyata keçirməyə çalışmışlar. Ən azından vaxtilə sovet-kommunist ideologiyasının ilk növbədə məhz mənəvi və dini dəyərlərimizə qarşı hücuma keçdiyini tarixdən çox gözəl bilirik.
Lakin əsrlərin sərt sınaqlarından üzüağ çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə, insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dəyərlərdən, o cümlədən dini dəyərlərdən dönməyib, onları daim uca tutub. Çətinliklərə, məhrumiyyətlərə baxmayaraq biz tarix boyu mənəvi dəyərlərimizə, islama sadiq olmuş, heç bir quruluş yad təsirlər bunu qəlbimizdən çıxara bilməmişdir. Müqəddəs etiqada, yüksək daxili inam və ruhi saflığa tapınan Azərbaycan xalqının uzun əsrlər boyu islami dəyərlərə sadiq müsəlman hümməti kimi tanınması da məhz bu həqiqətin bariz təcəssümüdür.
Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzində onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinə qarşı çox kəskin mübarizə aparılmış, dini inkar etmək o illərdə kommunist ideologiyasının əsasını təşkil etmişdir.
Fəqət məqsədyönlü addımlar, repressiyalar, şüurlu şəkildə insanlarımızı öz inanclarından, adət-ənənələrindən uzaqlaşdırmaq, mental baxışlarında dəyişikliyə edilən cəhdlər səmərəsiz qalmışdır. Sovet imperiyası xalqımızı tarixi keçmişindən, dini və milli mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna əsla nail ola bilmədi. Azərbaycanlılar bütün çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən, zillətlərdən keçərək öz dininə, mənəvi dəyərlərinə daim sadiq olmuşdur və heç kim bunların məhv edilməsinə nail ola bilməmişdir. Milli ruhumuzun tapdalandığı illərdə Ulu Yaradana inamını itirməyən xalqımız islamı yaşatmış, gələcək nəsillərə ötürmüş, yaddaşlardan silinməsinə imkan verməmişdir. Çünki islami dəyərlərə sadiqlik bizim daxilimizdən gələn bir hissdir.
İslam
insanları yüksək mənəvi dəyərlər
ruhunda tərbiyə edən, paklığa çağıran
bir dindir. Amma təəssüflə qeyd etməliyik ki, bəzən
müqəddəs dinimizlə bağlı olmayan fikirlər
eşidirik. Müqəddəs kitabımız Qurani-Şərif
heç vaxt fundamentalizmin əsasını qoymayıbdır.
Fundamentalizm və ekstremizm meyillərini islam dinindən istifadə
edərək yaradan və inkişaf etdirənlər islamın
ən əsas prinsiplərindən uzaqlaşırlar. Biz islam mədəniyyətini,
islami dəyərləri müqəddəs kitabımız
Qurani-Kərimdə olduğu kimi qəbul edirik. Onların təhrif
olunması böyük günahdır.
Heydər Əliyev sağlam təməl üzərində
dövlət-din münasibətlərini yaratdı
Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsi kimi qəbul edilən islami dəyərlərimiz yenidən canlandı, hər bir azərbaycanlının həyatının mənəvi qanunu oldu. Xalqımızın onilliklər boyu ürəyində gəzdirdiyi ən müqəddəs dəyərlər cəmiyyətdə özünün layiqli yerini tutmağa başladı. Bunlar xalqımızın islamın mənəvi dəyərlərinə olan hörmət və ehtiramının nəticəsi idi. Bu gün mütərəqqi islami dəyərlərə qayıdış, milli-dini ənənələrin dirçəldilməsi cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişində, xalqımızın bütövlüyü və birliyində misilsiz rol oynayan amillərdəndir. Müstəqillik illərində islam dini bütövlükdə xalqımıza qayıtdı. Milli bayramlarla yanaşı, dini bayramlar da dövlət səviyyəsində qeyd olunmağa başladı.
Azərbaycanda Prezidentin andiçmə mərasimində Konstitusiya ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə and içməsi Azərbaycan xalqının İslama bağlılığını ən ali səviyyədə təsdiqləyir. Xalqımızın islami dəyərlərə bağlılığı dövlət rəmzlərində də özünü bariz təcəssüm etdirir. Respublikamızın üçrəngli bayrağında yaşıl rəngin islamçılıq rəmzi kimi yer alması da xalqımzın yüzilliklər boyu etiqad göstərdiyi dini dəyərlərə həssas münasibətinin ifadəsidir.
Bu gün Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətlə din arasında münasibətlər çox möhkəmdir. Bu möhkəmliyin də əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev hüquqi, dünyəvi və demokratik dövlət quruculuğuna başlamaqla yanaşı, sağlam təməllər üzərində dövlət-din münasibətlərini də yaratdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra respublikamızda dini dəyərlərin dirçəldilməsində, məscidlərin və digər müqəddəs ocaqların yenidən qurulmasında xidmətləri misilsizdir. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın inkişafının məhz dərin tarixi, mədəni və dini köklərlə sıx vəhdətdə olduğunu ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi sovet illərində də ciddi nəzərə almış, kommunist ideologiyasının “səlib yürüşü” illərində dini-mənəvi dəyərlərə çox böyük diqqət və ehtiramla yanaşmışdır. Heydər Əliyev çox gözəl bilirdi ki, dini dəyərlərin məhv edilməsi, mental baxışların dəyişdirilməsi yönündə həyata keçirilən tədbirlər yalnız və yalnız xalqımızın mənəvi məhvinə hesablanmış məkrli siyasətdir. Xalqın mənəvi məhvi isə onun ən böyük faciəsi ola bilərdi. Siyasi fəaliyyətinin əsas hissəsi sovet dövrü ilə bağlı olan xalqımızın ümummilli lideri kommunizm ideologiyasının şüurlara yeridildiyi bir vaxtda belə qəlbində uca Allaha olan inamını yaşatmış, islamın və xalqımızın bir-biri ilə uzlaşan mənəvi dəyərləri onun həyat amalı olmuşdur.
1994-cü ildə Səudiyyə Ərəbistanına səfər edən Heydər Əliyev, özünün də qeyd etdiyi kimi, uzun illər qəlbində yaşatdığı müqəddəs niyyətini reallaşdırdı. Hər bir müsəlmanın arzusunda olduğu müqəddəs bir ziyarət etdi. Həmin ziyarət zamanı Mədinə şəhərindəki Peyğəmbər məscidinin şərəf kitabında ulu öndər özünün mənəvi duyğularını belə ifadə etmişdir: “Müqəddəs Mədinə şəhərini, islamın müqəddəs abidələrini, həzrəti Məhəmməd peyğəmbərin məqbərəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm. Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı. Bir daha islam mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk etdim. Allahın böyüklüyünü dərk etdim”.
Fəxarət hissi ilə qeyd etmək istərdim ki, həmin vaxt Heydər Əliyevi müşayiət edən Azərbaycan nümayəndə heyətinin tərkibində mən də var idim.
Heydər Əliyev ölkəmizdə hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoymaqla yanaşı, müqəddəs dinimizə, bütün mənəvi dəyərlərə çox həssaslıqla yanaşır, xalqımızın mental keyfiyyətlərini daha uca tuturdu. Ulu öndər insanlara cürbəcür fanatizm əhvali-ruhiyyəsinə qapılmamağı, tarixin sınaqlarından keçmiş, yüksək mədəniyyəti və mənəviyyatı əks etdirən bəşəri dəyərləri tövsiyə edir, Qurani-Kərimin yüksək mənəvi amallarını hər bir insanın əsas götürməsini vacib bilirdi.
İslam dininin əlamətdar günləri
münasibətilə xalqa ünvanladığı təbrik məktublarında,
din xadimləri ilə görüşlərində, müqəddəs
ocaqlarda tövsiyələrini çatdıran Heydər Əliyev
islamın bütün azərbaycanlıların mənəvi
sərvəti olduğunu və islam dəyərlərinin
daim yaşayacağını bildirirdi: “Biz müsəlmanlar
Allah-təalanın buyurduğu, peyğəmbər Məhəmməd
əleyhissəlamın bizə göstərdiyi yolla, müqəddəs
kitabımız Qurani-Şərifin verdiyi tövsiyələr
yolu ilə əsrlər boyu getmişik, bu gün də gedirik.
Bu yol sülh yoludur, bu yol mehribanlıq, dostluq, əmin-amanlıq
yoludur. Bu yol insanlara səadət gətirən yoldur. Mən fəxr
edirəm ki, Azərbaycan müsəlmanları öz müqəddəs
dininə itaət etmək, dini ayinlərə, qanunlara-qaydalara
riayət etmək üçün indi geniş imkanlar əldə
ediblər”.
Ulu öndərin nəcib əməlləri
layiqincə yaşadılır
Fərəhləndirici haldır ki, ulu öndər Heydər Əliyevin mənəvi-dini dəyərlərin qorunması və dövlət-din münasibətləri ilə bağlı müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezident İlham Əliyev ulu öndərin nəcib əməllərini, əsasını qoyduğu mütərəqqi ənənələri layiqincə yaşadır, cəmiyyətimizdə dini-mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Təbii ki, bütün bunlar dövlətimizin başçısının müqəddəs dini dəyərlərimizə son dərəcə bağlılığından irəli gəlir.
2005-ci ilin martında Səudiyyə Ərəbistanında rəsmi səfərdə olarkən xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə islam dünyasının müqəddəs şəhəri olan Məkkədə Kəbəni ziyarət edən Prezident İlham Əliyevin bölüşdüyü təəssüratlarla xalqımız öz rəhbərinin müqəddəs dəyərlərimizə həssas münasibətinin bir daha şahidi oldu: “Bu mənim həyatımda çox əlamətdar, tarixi bir gündür. Mən ikinci dəfədir ki, buranı – Məkkəni ziyarət edirəm və müqəddəs Kəbənin içərisində dualar edirəm. Birinci dəfə 1994-cü ildə Prezident Heydər Əliyev burada olarkən onunla bərabər olmuşam. Bu gün isə yenə də buradayam. Bu hissləri ifadə etmək çox çətindir. Bunu yaşamaq lazımdır. Mən hər bir müsəlmana bu gözəl hissləri yaşamağı arzulayıram. Mən bu gün çox xoşbəxtəm. Çox şadam ki, ürəyimdə olan niyyətlərimi ifadə etdim, dua etdim. Hesab edirəm ki, mənim həyatımda bu, çox böyük bir hadisədir”.
Azərbaycan Prezidenti İlham Əliyevin dini-mənəvi dəyərlərin möhkəmlənməsinə xüsusi diqqət və qayğı ilə yanaşması xalqımız tərəfindən razılıqla qarşılanır. Dini mərasimlərdə iştirak etməsi, dindarlarla mütəmadi görüşləri, o cümlədən hər il Ramazan bayramı münasibətilə iftar mərasiminə getməsi, müsəlman dövlətlərinin səfirlərini qəbul etməsi, insanları təbrik etməsi dövlətimizin başçısının mənəvi dəyərlərimizə nə qədər bağlı olmasının təcəssümüdür.
Azərbaycan Prezidentinin 2009-cu il avqustun 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin təşkil etdiyi iftar mərasimində iştirakı dövlət başçısının milli-mənəvi və dini dəyərlərə həssas münasibətini bir daha təcəssüm etdirdi. Həmin görüşdə “Mübarək Ramazan ayında bizim görüşlərimiz gözəl ənənəyə çevrilibdir. Bu görüşlərdə biz öz ürək sözlərimizi deyirik, fikir mübadiləsi aparırıq. Bu görüşlər əslində Azərbaycan cəmiyyətində hökm sürən inkişafdan xəbər verir, Azərbaycan cəmiyyətinin nə qədər vahid cəmiyyət olduğunu bir daha göstərir. Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq, eyni zamanda, dövlət və din arasında möhkəm birlik vardır. Bu birliyin təməlini müasir dövrdə ulu öndər Heydər Əliyev və hörmətli şeyx həzrətləri qoymuşlar. Onların dostluğu, onların bir-birinə olan münasibəti və Azərbaycan naminə gördükləri işlər bu gün də gözəl ənənə olaraq şeyx həzrətləri və mənim tərəfimdən davam etdirilir” – deyə Prezident İlham Əliyev bildirmişdir.
Bu gün ölkəmizin dörd bir yanında həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri müqəddəs dini ocaqlarımızdan da yan ötməmişdir. VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybət ziyarətgah kompleksində, Əjdərbəy və Təzəpir məscidlərində aparılan tikinti, təmir və yenidənqurma işləri deyilənlərin əyani təsdiqidir.
Ötən il iyulun 12-də isə Bibiheybət ziyarətgah kompleksi təmir və yenidənqurma işlərindən sonra yenidən istifadəyə verilmişdir. Bu il iyulun 6-da isə Təzəpir məscid kompleksi əsaslı yenidənqurma və təmir işlərindən sonra istifadəyə verildi. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev dövlətimizin dini və milli ənənələrə sadiqliyini bir daha bəyan etmişdir: “Baxmayaraq ki, Azərbaycanda din dövlətdən ayrıdır, Təzəpir məscid kompleksinin yenidən qurulması üçün vəsait dövlət tərəfindən ayrılıbdır. Bir il bundan əvvəl əsaslı təmirdən və genişləndirmə işlərinin aparılmasından sonra yenidən istifadəyə verilmiş Bibiheybət məscid-ziyarətgah kompleksinin qurulmasına yenə də Azərbaycan dövləti eyni qaydada vəsait ayırmışdı. Əjdərbəy məscidinin yenidən qurulması üçün yenə Azərbaycan dövləti, Azərbaycan hökuməti vəsait ayırmışdı. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan öz dini və milli ənənələrinə çox sadiqdir, islam dinini yaşatmaq, islam həmrəyliyini genişləndirmək üçün əlindən gələni edir. Biz bunu etməliyik və edəcəyik. İslam dini böyük bir dindir. İslam dini dostluq dinidir, qardaşlıq dinidir, həmrəylik dinidir”.
Əsaslı təmirdən və yenidənqurma işlərinin aparılmasından sonra hər iki məscidin ərazisi genişləndirilib, milli və dini dəyərlərimizi əks etdirən gözəl komplekslər, eyni zamanda, ən müasir standartlara cavab verən yeni gözəl şərait yaradılıb. Komplekslərdə ibadətlərlə yanaşı, konfransların, simpoziumların keçirilməsi də mümkündür.
Xalqımızın tarixi mədəniyyət abidələrinin, müqəddəs məscid və ziyarətgahların bərpası və təmiri, yenidən qurulması ölkədə Azərbaycan hakimyyətinin mütərəqqi baxışlarını tam qabarıqlığı ilə əks etdirən sağlam dini-mənəvi durumun təzahürüdür. Demokratik prinsiplərin bərqərar olunduğu Azərbaycanda bütün dini ocaqlarda yüksək səviyyədə təmir və yenidənqurma işlərinin aparılmasını bütün ölkə ictimaiyyəti təqdir edir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı hesab edir ki, müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda fantastik nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin mədəni və dini-mənəvi irsə müəyyən təhlükə meyilləri də özünü qabarıq göstərir. Azərbaycan Prezidenti bu fikirdədir ki, müasir dünyada qloballaşma prosesinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli və dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir.
Bu gün
xalqımız cənab İlham Əliyevə etimad göstərir.
Etimad isə sınaqlardan uğurla çıxan
qarşılıqlı münasibətlərdən irəli gələn
etibardır. O, özündə müsbət xüsusiyyətlərlə
xarakterizə olunan sabit davranış formasının əlamətlərini
təcəssüm etdirir. Məhz bu cür etimadın nəticəsi
olaraq Azərbaycanın dövlət başçısı səviyyəsində
dini dəyərlərə verilən önəm yüksək
qiymətləndirilir.
Heydər Əliyev Fondu islam həmrəyliyinə
layiqli töhfələr verir
Öz vətəndaşlarına tarixin sınaqlarından keçmiş və yüksək mədəniyyəti, mənəviyyatı əks etdirən ümumbəşəri dəyərləri aşılayan Azərbaycan dövlətinin həyata keçirdiyi işlər həm də islamın müqəddəs dəyərlərini bütün dünyada təbliğ edir, real vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırır. Əlbəttə, bu məsələdə müsəlman dövlətləri arasında sıx əməkdaşlığın olması da vacib şərtlərdəndir. Əsas məqsədləri ulu öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin təbliğinə və ümummilli liderin ideyalarının həyata keçirilməsinə dəstək vermək olan Heydər Əliyev Fondunun bu istiqamətdə göstərdiyi fəaliyyət bütün dünyaya bir nümunədir.
Öncə qeyd etmək istərdim ki, 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondunu ölkəmizdə islam dininin nəzəriyyəsindən çıxış edərək xeyirxahlıq ocağı da adlandırırlar. Çünki humanizm prinsipinə söykənən praktik fəaliyyəti ilə cəmiyyətdə böyük ictimai nüfuz qazanmış Heydər Əliyev Fondu bu gün köməyə ehtiyacı olan kimsəsiz insanların maddi-mənəvi hamisi rolunda çıxış edir, xalqın sosial müdafiəsi sahəsində çox geniş və təsirli tədbirlər həyata keçirir. Heydər Əliyev Fondu insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışır. Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, Fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var – insanlara təmənnasız yaxşılıq!
Fondun prezidenti məhz bu amalla ona üz tutmuş insanların himayədarı, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların problemlərinin həllinə çalışır. Müxtəlif strukturların laqeydliyinə və biganəliyinə dözməyib Heydər Əliyev Fonduna üz tutmuş hər bir vətəndaşın müraciətinə böyük həssaslıq və diqqətlə yanaşılır, imkan daxilində onun problemlərinin həllinə yardım göstərilir. Bu həm də Fondun insan hüquq və azadlıqlarının müdafiəsində layiqincə dayanan ictimai təşkilat olduğunu göstərir.
Ümummilli liderimizin humanist ideyalarını rəhbər tutan Fondun hər bir vətəndaşın müraciətinə fərdi qaydada baxması və ona cavab göndərməsi respublikamızda fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün də örnək sayılmalıdır. YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşacağını əminliklə vurğulayır. “Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda o, üzünü bizim Fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq”.
Bu fikirlər YUNESKO-nun xoşməramlı səfirinin yüksək humanizminin və insanpərvərliyinin əyani təcəssümüdür.
Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir istiqamətini də məhz islam dəyərlərinin dünyada təbliği və islam həmrəyliyinin möhkəmləndirilməsi təşkil edir. Bu məqsədlə fondun təşəbbüsü və təşkilatçılığı ilə indiyədək bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi orta məktəbin yenidən qurulması layihəsi də məhz islam həmrəyliyinə xidmət edir.
Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün bütün dünyanı düşündürən aktual məsələlərdən biridir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2008-ci ildə Bakıda Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.
Məhz sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, islam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva hələ 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.
Son illərdə Heydər Əliyev Fondunun səyləri ilə Azərbaycanla İslam Konfransı Təşkilatı ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır. İKT-da daim fəallığı ilə fərqlənən ölkəmiz bu məsələdə müsəlman dövlətlərini həmrəyliyə səsləməklə yanaşı, praktik fəaliyyətini də uğurla həyata keçirir. Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, müqəddəs dinimizi dünyada layiqincə təbliğ etdiyinə və islam dəyərlərinə sadiqliyinə görə bütün müsəlman dünyasının dərin hörmətini qazanmışdır. İKT-nin 2009-cu ildə Bakı şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan etməsi də bunu təsdiqləyir.
Xalqı milli-mənəvi və dini dəyərlər qədər birləşdirən ikinci qüvvə yoxdur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Bütün bunların dəyərləndirildiyi dövlətimizdə funksional imkanların işə salınaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımların atılması ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi Prezident İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.
Din insanların həyat tərzini
nizamlayan sosial-iqtisadi, hüquqi-etik, mədəni-əxlaq
qaydalarını əhatə edən bütöv bir elmi
sistemdir. Ən yüksək mənəvi dəyərləri
özündə birləşdirən müqəddəs
İslam dinimiz insanların mənən yeniləşməsində
və saflaşmasında, cəmiyyətdə əxlaqi
meyarların, dostluq və humanizm prinsiplərinin
formalaşmasında müstəsna rol oynayır, hər bir cəmiyyətin
siyasi, iqtisadi, sosial və mədəni inkişafı
üçün möhkəm zəmin yaradan mənəvi
keyfiyyətlər formalaşdırır.
Şərqdə
sivilizasiyanın inkişafının, insan təfəkkürü
və onun təkamülünün müəyyən mərhələsində
meydana gələn sosial, tarixi hadisə olan islam dini ümumbəşəri
dəyərləri özündə ehtiva etdiyi, insanları
sülhə, əmin-amanlığa, həmrəyliyə,
kamilliyə, düzgünlüyə
çağırdığı üçün
xalqımızın mental baxışları ilə
uzlaşaraq milli-mənəvi özünüdərkimizin
mühüm tərkib hissələrindən birinə
çevrilmişdir. Xalqımız həmişə
Uca Tanrıya tapınmış, qəlbində iman və inam
gəzdirmişdir.
Düzdür, biz islam dinini qəbul edənə qədər də
böyük mədəniyyətə, tarixə və
özümüzə məxsus adət-ənənələrə
malik olmuşuq. Ümumiyyətlə, adət-ənənələr
milli-mənəvi irsin bir qolu kimi hər bir xalqın
özünəməxsus keyfiyyətlərini özündə
əks etdirir. Ona görə hər bir
xalqın mənəviyyatından, mədəniyyətindən
söz düşdükdə onun adət-ənənələrinin,
elliklə keçirdiyi mərasimlərinin xatırlanması təsadüfi
deyil. Bəşər sivilizasiyasına
böyük töhfələr vermiş Azərbaycan
xalqının zəngin mədəni irsindən söz
düşdükdə ilk növbədə milli-mənəvi
dəyərlərimiz və bu dəyərlərə söykənən
mədəni-əxlaqi normalar göz önünə gəlir.
Xalqımızın milli düşüncə tərzinin
formalaşmasında, insanlarımızın yüksək əxlaqi
normalar çərçivəsində tərbiyə
olunmasında böyük rol oynayan adət-ənənələrimizin
hər biri özündə ali mənəvi
və insani dəyərləri tərənnüm edir. Zaman, dövr dəyişsə də həyatımızı
şüurumuza, məişətimizə dərin və
möhkəm kök salmış adət-ənənələrsiz,
mərasimlərsiz təsəvvür etmək mümkün
deyildir. Xalqımızın hər zaman
başda ağsaqqalları olmaqla şad gününü də,
kədərli gününü də elliklə qeyd
etmişdir. İnsanın həyata gəlməsi,
ailə qurması, dünyasını dəyişməsi kimi
həyati proseslərin məhz kollektiv surətdə qeyd
olunması bizi bir çox xalqlardan fərqləndirən ən
gözəl ənənələrimizdir.
Müqəddəs
kitabımız Qurani-Kərimdən gələn dəyərlər
isə milli ənənələrimizlə birgə min
üç yüz ildən artıqdır ki,
xalqımızın yüksək mənəvi
dünyasını təşkil etməkdədir. Məhz bu xüsusiyyətlərinə
görə islam tariximizin müxtəlif
dövrlərində mədəni inkişafımıza,
intibahımıza gözəl töhfələr vermişdir.
Azərbaycanın islam mədəniyyəti,
islam dini ilə bağlı olan dahi insanları – Nizami,
Füzuli, Nəsimi və digər böyük şəxsiyyətləri
dünya sivilizasiyasına böyük töhfələr
vermiş və islam mədəniyyətini və fəlsəfəsini
öz yaradıcılıqları ilə zənginləşdirmişlər.
Buna görə biz islam dininə, islam mədəniyyətinə
mənsub olmağımızla fəxr edirik.
İslamın
da daxil olduğu milli-mənəvi dəyərlər əsrlər
boyu həm də Azərbaycan xalqının
formalaşmasında, dövlətçiliyimizin
yaranmasında, yaşamasında və möhkəmlənməsində
böyük rol oynamışdır. İstər orta əsrlərdəki
hürufilik kimi təlimlər, istərsə də Azərbaycanın
siyasi yüksəlişini təmin etmiş qızılbaş
hərəkatı kimi cərəyanlar məhz islamdan
qaynaqlanmış, ondan ilham almışlar. Öz
azadlığımız uğrunda apardığımız
mübarizələrdə, tarixi kökünə,
keçmişinə sadiq olan xalqımızın mərdliyinin,
vətənə, torpağa bağlılığının,
milli-azadlıq uğrunda sarsılmaz mübarizə əzminin
və tarixən milli məfkurəmizin formalaşmasında islam amili mühüm rol oynamışdır. XIX əsrin ortalarından etibarən Azərbaycanda
başlayan maarifçilik hərəkatında, müxtəlif
siyasi cərəyanlarda, nəhayət, Şərqdə ilk
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında
islamın mütərəqqi ideyaları aparıcı xətt
təşkil etmişdir. Həm XX əsrin əvvəllərində,
həm sonlarında Azərbaycanda meydana gələn
milli-azadlıq hərəkatlarında islam
ideyalarının təsiri böyük olmuşdur. Bu
xüsusiyyətlərinə görə islam
dini tariximizin bütün dövrlərində
xalqımızın inkişafının əsas leytmotivi
rolunu oynamışdır. Azərbaycan, həmçinin
Qafqazda islam dəyərlərinin, islam
dininin, islam sivilizasiyasının yayılması və
inkişaf etməsində xüsusi rol oynamışdır. Qafqazın digər xalqlarının islama yolu məhz
Azərbaycandan keçib.
Tarixi təcrübə
göstərir ki, yalnız dərin mənəvi köklərə,
qədim milli adət-ənənələrə arxalanan mədəniyyətlər
ardıcıl surətdə inkişaf edib və özünəməxsus
xüsusiyyətlərini qoruyub saxlaya bilirlər. Hər
hansı xalqı birdəfəlik yox etmək, assimilyasiyaya məruz
qoymaq üçün isə onun dili ilə yanaşı, mənəvi
dəyərlərini əlindən almaq kifayət edər.
Xalqımıza qarşı qənim kəsilənlər
tarix boyu dəfələrlə bu məkrli siyasəti həyata
keçirməyə çalışmışlar. Ən azından vaxtilə sovet-kommunist ideologiyasının
ilk növbədə məhz mənəvi və dini dəyərlərimizə
qarşı hücuma keçdiyini tarixdən çox gözəl
bilirik.
Lakin əsrlərin
sərt sınaqlarından üzüağ çıxan
xalqımız tarixinin ən keşməkeşli, çətin
anlarında belə, insanlığın yüksəlişinə,
mənəviyyatın təntənəsinə xidmət edən
dəyərlərdən, o cümlədən dini dəyərlərdən
dönməyib, onları daim uca tutub. Çətinliklərə,
məhrumiyyətlərə baxmayaraq biz tarix boyu mənəvi
dəyərlərimizə, islama sadiq olmuş, heç bir
quruluş yad təsirlər bunu qəlbimizdən
çıxara bilməmişdir. Müqəddəs
etiqada, yüksək daxili inam və ruhi saflığa
tapınan Azərbaycan xalqının uzun əsrlər boyu
islami dəyərlərə sadiq müsəlman hümməti
kimi tanınması da məhz bu həqiqətin bariz təcəssümüdür.
Sovetlər
İttifaqının mövcud olduğu 70 il
ərzində onun ərazisində din yasaq, qadağan
edilmiş, ateizm təbliğatı aparılmışdır.
Dinə qarşı çox kəskin mübarizə
aparılmış, dini inkar etmək o illərdə kommunist
ideologiyasının əsasını təşkil
etmişdir.
Fəqət məqsədyönlü
addımlar, repressiyalar, şüurlu şəkildə
insanlarımızı öz inanclarından, adət-ənənələrindən
uzaqlaşdırmaq, mental baxışlarında dəyişikliyə
edilən cəhdlər səmərəsiz
qalmışdır. Sovet imperiyası xalqımızı tarixi
keçmişindən, dini və milli mənəvi dəyərlərindən
uzaqlaşdırmaq istəsə də, buna əsla nail ola bilmədi. Azərbaycanlılar bütün
çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən,
zillətlərdən keçərək öz dininə, mənəvi
dəyərlərinə daim sadiq olmuşdur və heç kim bunların məhv edilməsinə nail ola
bilməmişdir. Milli ruhumuzun
tapdalandığı illərdə Ulu Yaradana inamını
itirməyən xalqımız islamı yaşatmış, gələcək
nəsillərə ötürmüş, yaddaşlardan silinməsinə
imkan verməmişdir. Çünki islami
dəyərlərə sadiqlik bizim daxilimizdən gələn
bir hissdir.
İslam
insanları yüksək mənəvi dəyərlər
ruhunda tərbiyə edən, paklığa çağıran
bir dindir. Amma təəssüflə qeyd etməliyik ki, bəzən
müqəddəs dinimizlə bağlı olmayan fikirlər
eşidirik. Müqəddəs
kitabımız Qurani-Şərif heç vaxt fundamentalizmin əsasını
qoymayıbdır. Fundamentalizm və ekstremizm meyillərini
islam dinindən istifadə edərək
yaradan və inkişaf etdirənlər islamın ən əsas
prinsiplərindən uzaqlaşırlar. Biz islam
mədəniyyətini, islami dəyərləri müqəddəs
kitabımız Qurani-Kərimdə olduğu kimi qəbul
edirik. Onların təhrif olunması
böyük günahdır.
Heydər Əliyev sağlam təməl üzərində
dövlət-din münasibətlərini yaratdı
Azərbaycan
dövlət müstəqilliyini əldə edəndən
sonra ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin,
milli mentalitetin ayrılmaz hissəsi kimi qəbul edilən
islami dəyərlərimiz yenidən canlandı, hər bir azərbaycanlının
həyatının mənəvi qanunu oldu. Xalqımızın
onilliklər boyu ürəyində gəzdirdiyi ən müqəddəs
dəyərlər cəmiyyətdə özünün layiqli
yerini tutmağa başladı. Bunlar
xalqımızın islamın mənəvi dəyərlərinə
olan hörmət və ehtiramının nəticəsi idi.
Bu gün mütərəqqi islami dəyərlərə
qayıdış, milli-dini ənənələrin dirçəldilməsi
cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişində,
xalqımızın bütövlüyü və birliyində
misilsiz rol oynayan amillərdəndir. Müstəqillik illərində
islam dini bütövlükdə
xalqımıza qayıtdı. Milli bayramlarla
yanaşı, dini bayramlar da dövlət səviyyəsində
qeyd olunmağa başladı.
Azərbaycanda Prezidentin
andiçmə mərasimində Konstitusiya ilə
yanaşı, müqəddəs Qurani-Kərimə də əl
basaraq dövlətə və xalqa sədaqətlə xidmət
edəcəyinə and içməsi Azərbaycan
xalqının İslama bağlılığını ən
ali səviyyədə təsdiqləyir. Xalqımızın islami dəyərlərə
bağlılığı dövlət rəmzlərində
də özünü bariz təcəssüm etdirir. Respublikamızın üçrəngli
bayrağında yaşıl rəngin islamçılıq rəmzi
kimi yer alması da xalqımzın yüzilliklər boyu etiqad
göstərdiyi dini dəyərlərə həssas
münasibətinin ifadəsidir.
Bu gün Azərbaycan
hüquqi, dünyəvi və demokratik dövlətdir. Dinin dövlətdən
ayrı olmasına baxmayaraq, dövlətlə din arasında
münasibətlər çox möhkəmdir. Bu möhkəmliyin də əsasını ulu
öndər Heydər Əliyev qoymuşdur. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə
qayıdan ulu öndər Heydər Əliyev hüquqi, dünyəvi
və demokratik dövlət quruculuğuna başlamaqla
yanaşı, sağlam təməllər üzərində
dövlət-din münasibətlərini də yaratdı.
Ulu öndər
Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtdıqdan
sonra respublikamızda dini dəyərlərin dirçəldilməsində,
məscidlərin və digər müqəddəs ocaqların
yenidən qurulmasında xidmətləri misilsizdir. Xüsusilə qeyd etmək
istərdim ki, Azərbaycanın inkişafının məhz dərin
tarixi, mədəni və dini köklərlə sıx vəhdətdə
olduğunu ulu öndər Heydər Əliyev ölkəmizə
rəhbərlik etdiyi sovet illərində də ciddi nəzərə
almış, kommunist ideologiyasının “səlib
yürüşü” illərində dini-mənəvi dəyərlərə
çox böyük diqqət və ehtiramla
yanaşmışdır. Heydər Əliyev
çox gözəl bilirdi ki, dini dəyərlərin məhv
edilməsi, mental baxışların dəyişdirilməsi
yönündə həyata keçirilən tədbirlər
yalnız və yalnız xalqımızın mənəvi məhvinə
hesablanmış məkrli siyasətdir. Xalqın mənəvi
məhvi isə onun ən böyük faciəsi ola bilərdi. Siyasi fəaliyyətinin
əsas hissəsi sovet dövrü ilə bağlı olan
xalqımızın ümummilli lideri kommunizm
ideologiyasının şüurlara yeridildiyi bir vaxtda belə qəlbində
uca Allaha olan inamını yaşatmış, islamın və
xalqımızın bir-biri ilə uzlaşan mənəvi dəyərləri
onun həyat amalı olmuşdur.
1994-cü ildə
Səudiyyə Ərəbistanına səfər edən Heydər
Əliyev, özünün də qeyd etdiyi kimi, uzun illər qəlbində
yaşatdığı müqəddəs niyyətini
reallaşdırdı. Hər bir müsəlmanın arzusunda
olduğu müqəddəs bir ziyarət etdi. Həmin
ziyarət zamanı Mədinə şəhərindəki
Peyğəmbər məscidinin şərəf kitabında
ulu öndər özünün mənəvi
duyğularını belə ifadə etmişdir: “Müqəddəs
Mədinə şəhərini, islamın müqəddəs
abidələrini, həzrəti Məhəmməd peyğəmbərin
məqbərəsini, məscidini ziyarət etdiyim
üçün bir müsəlman kimi özümü
xoşbəxt hesab edirəm. Allaha
şükür olsun ki, uzun illər qəlbimdə yaşayan
arzuma, niyyətimə nail oldum. Bu tarixi
hadisə qəlbimdə böyük həyəcan və
rahatlıq hissi yaratdı. Bir daha islam
mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi,
elmi əsaslara malik olduğunu dərk etdim. Allahın
böyüklüyünü dərk etdim”.
Fəxarət
hissi ilə qeyd etmək istərdim ki, həmin vaxt Heydər Əliyevi
müşayiət edən Azərbaycan nümayəndə heyətinin
tərkibində mən də var idim.
Heydər Əliyev
ölkəmizdə hüquqi və dünyəvi dövlət
quruculuğunun əsasını qoymaqla yanaşı, müqəddəs
dinimizə, bütün mənəvi dəyərlərə
çox həssaslıqla yanaşır, xalqımızın
mental keyfiyyətlərini daha uca tuturdu. Ulu öndər
insanlara cürbəcür fanatizm əhvali-ruhiyyəsinə
qapılmamağı, tarixin sınaqlarından keçmiş,
yüksək mədəniyyəti və mənəviyyatı əks
etdirən bəşəri dəyərləri tövsiyə
edir, Qurani-Kərimin yüksək mənəvi
amallarını hər bir insanın əsas götürməsini
vacib bilirdi.
İslam dininin əlamətdar
günləri münasibətilə xalqa
ünvanladığı təbrik məktublarında, din xadimləri
ilə görüşlərində, müqəddəs
ocaqlarda tövsiyələrini çatdıran Heydər Əliyev
islamın bütün azərbaycanlıların mənəvi
sərvəti olduğunu və islam dəyərlərinin daim
yaşayacağını bildirirdi: “Biz müsəlmanlar Allah-təalanın
buyurduğu, peyğəmbər Məhəmməd əleyhissəlamın
bizə göstərdiyi yolla, müqəddəs
kitabımız Qurani-Şərifin verdiyi tövsiyələr
yolu ilə əsrlər boyu getmişik, bu gün də gedirik.
Bu yol sülh yoludur, bu yol mehribanlıq, dostluq, əmin-amanlıq
yoludur. Bu yol insanlara səadət gətirən
yoldur. Mən fəxr edirəm ki, Azərbaycan
müsəlmanları öz müqəddəs dininə itaət
etmək, dini ayinlərə, qanunlara-qaydalara riayət etmək
üçün indi geniş imkanlar əldə ediblər”.
Ulu öndərin nəcib əməlləri layiqincə
yaşadılır
Fərəhləndirici
haldır ki, ulu öndər Heydər Əliyevin mənəvi-dini
dəyərlərin qorunması və dövlət-din
münasibətləri ilə bağlı müəyyənləşdirdiyi
siyasi xətt Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Prezident İlham Əliyev
ulu öndərin nəcib əməllərini, əsasını
qoyduğu mütərəqqi ənənələri layiqincə
yaşadır, cəmiyyətimizdə dini-mənəvi dəyərlərin
möhkəmləndirilməsinə xüsusi diqqət və
qayğı ilə yanaşır. Təbii
ki, bütün bunlar dövlətimizin
başçısının müqəddəs dini dəyərlərimizə
son dərəcə bağlılığından irəli gəlir.
2005-ci ilin martında Səudiyyə
Ərəbistanında rəsmi səfərdə olarkən
xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva
ilə islam dünyasının müqəddəs şəhəri
olan Məkkədə Kəbəni ziyarət edən Prezident
İlham Əliyevin bölüşdüyü təəssüratlarla
xalqımız öz rəhbərinin müqəddəs dəyərlərimizə
həssas münasibətinin bir daha şahidi oldu: “Bu mənim həyatımda
çox əlamətdar, tarixi bir gündür. Mən
ikinci dəfədir ki, buranı – Məkkəni ziyarət edirəm
və müqəddəs Kəbənin içərisində
dualar edirəm. Birinci dəfə
1994-cü ildə Prezident Heydər Əliyev burada olarkən
onunla bərabər olmuşam. Bu gün isə
yenə də buradayam. Bu hissləri ifadə
etmək çox çətindir. Bunu
yaşamaq lazımdır. Mən hər bir
müsəlmana bu gözəl hissləri yaşamağı
arzulayıram. Mən bu gün çox
xoşbəxtəm. Çox şadam ki,
ürəyimdə olan niyyətlərimi ifadə etdim, dua
etdim. Hesab edirəm ki, mənim həyatımda
bu, çox böyük bir hadisədir”.
Azərbaycan
Prezidenti İlham Əliyevin dini-mənəvi dəyərlərin
möhkəmlənməsinə xüsusi diqqət və
qayğı ilə yanaşması xalqımız tərəfindən
razılıqla qarşılanır. Dini mərasimlərdə iştirak
etməsi, dindarlarla mütəmadi görüşləri, o
cümlədən hər il Ramazan
bayramı münasibətilə iftar mərasiminə getməsi,
müsəlman dövlətlərinin səfirlərini qəbul
etməsi, insanları təbrik etməsi dövlətimizin
başçısının mənəvi dəyərlərimizə
nə qədər bağlı olmasının təcəssümüdür.
Azərbaycan Prezidentinin
2009-cu il avqustun 28-də Qafqaz Müsəlmanları İdarəsinin
sədri Hacı Allahşükür Paşazadənin təşkil
etdiyi iftar mərasimində iştirakı dövlət
başçısının milli-mənəvi və dini dəyərlərə
həssas münasibətini bir daha təcəssüm etdirdi. Həmin görüşdə “Mübarək Ramazan
ayında bizim görüşlərimiz gözəl ənənəyə
çevrilibdir. Bu görüşlərdə
biz öz ürək sözlərimizi deyirik, fikir mübadiləsi
aparırıq. Bu görüşlər əslində
Azərbaycan cəmiyyətində hökm sürən
inkişafdan xəbər verir, Azərbaycan cəmiyyətinin nə
qədər vahid cəmiyyət olduğunu bir daha göstərir.
Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq, eyni zamanda, dövlət və din arasında
möhkəm birlik vardır. Bu birliyin təməlini
müasir dövrdə ulu öndər Heydər Əliyev və
hörmətli şeyx həzrətləri qoymuşlar. Onların dostluğu, onların bir-birinə olan
münasibəti və Azərbaycan naminə gördükləri
işlər bu gün də gözəl ənənə olaraq
şeyx həzrətləri və mənim tərəfimdən
davam etdirilir” – deyə Prezident İlham Əliyev
bildirmişdir.
Bu gün
ölkəmizin dörd bir yanında həyata keçirilən
tikinti-quruculuq və abadlıq işləri müqəddəs
dini ocaqlarımızdan da yan ötməmişdir. VII əsrin
yadigarı, müqəddəs qəbirlərin sayına
görə İslam dünyasının
üçüncü ziyarətgahı sayılan Bibiheybət
ziyarətgah kompleksində, Əjdərbəy və Təzəpir
məscidlərində aparılan tikinti, təmir və yenidənqurma
işləri deyilənlərin əyani təsdiqidir.
Ötən il
iyulun 12-də isə Bibiheybət ziyarətgah kompleksi təmir
və yenidənqurma işlərindən sonra yenidən istifadəyə
verilmişdir. Bu il iyulun 6-da isə Təzəpir
məscid kompleksi əsaslı yenidənqurma və təmir
işlərindən sonra istifadəyə verildi.
Açılış mərasimində iştirak edən
Prezident İlham Əliyev dövlətimizin dini və milli ənənələrə
sadiqliyini bir daha bəyan etmişdir: “Baxmayaraq ki, Azərbaycanda
din dövlətdən ayrıdır, Təzəpir məscid
kompleksinin yenidən qurulması üçün vəsait
dövlət tərəfindən ayrılıbdır. Bir il bundan əvvəl əsaslı təmirdən
və genişləndirmə işlərinin
aparılmasından sonra yenidən istifadəyə verilmiş
Bibiheybət məscid-ziyarətgah kompleksinin qurulmasına yenə
də Azərbaycan dövləti eyni qaydada vəsait
ayırmışdı. Əjdərbəy məscidinin
yenidən qurulması üçün yenə Azərbaycan
dövləti, Azərbaycan hökuməti vəsait
ayırmışdı. Bu onu göstərir ki, Azərbaycan
dövləti, müstəqil Azərbaycan öz dini və
milli ənənələrinə çox sadiqdir, islam dinini yaşatmaq, islam həmrəyliyini
genişləndirmək üçün əlindən gələni
edir. Biz bunu etməliyik və edəcəyik.
İslam dini böyük bir dindir. İslam dini dostluq dinidir, qardaşlıq dinidir, həmrəylik
dinidir”.
Əsaslı təmirdən
və yenidənqurma işlərinin aparılmasından sonra hər
iki məscidin ərazisi genişləndirilib, milli və dini dəyərlərimizi
əks etdirən gözəl komplekslər, eyni zamanda, ən
müasir standartlara cavab verən yeni gözəl şərait
yaradılıb. Komplekslərdə ibadətlərlə
yanaşı, konfransların, simpoziumların keçirilməsi
də mümkündür.
Xalqımızın
tarixi mədəniyyət abidələrinin, müqəddəs
məscid və ziyarətgahların bərpası və təmiri,
yenidən qurulması ölkədə Azərbaycan hakimyyətinin
mütərəqqi baxışlarını tam
qabarıqlığı ilə əks etdirən sağlam
dini-mənəvi durumun təzahürüdür. Demokratik
prinsiplərin bərqərar olunduğu Azərbaycanda
bütün dini ocaqlarda yüksək səviyyədə təmir
və yenidənqurma işlərinin aparılmasını
bütün ölkə ictimaiyyəti təqdir edir.
Bu gün Azərbaycan
Prezidenti İlham Əliyevin milli mədəniyyətin və
dini dəyərlərin qorunması, inkişaf etdirilərək
gənc nəsillərə çatdırılması ilə
bağlı siyasəti çağdaş dövrün
reallıqları ilə şərtlənir. Dövlət
başçısı hesab edir ki, müasir qloballaşma
dövründə elmi-texniki tərəqqinin sürətli
inkişafı real həyatda fantastik nailiyyətlərə,
mütərəqqi dəyişikliklərə yol açsa da,
bu prosesin mədəni və dini-mənəvi irsə müəyyən
təhlükə meyilləri də özünü qabarıq
göstərir. Azərbaycan Prezidenti bu
fikirdədir ki, müasir dünyada qloballaşma prosesinin nəticəsi
kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və
ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin
qorunması məsələsini çağdaş zamanın
aktual məsələlərindən birinə
çevirmişdir. Dövlət başçısı
total mədəniyyətin mütərəqqi cəhətlərinin
mənimsənilməsi tərəfdarı kimi
çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu
şərtləndirən milli və dini dəyərlərin
qorunmasını da vacib məsələ kimi önə
çəkir.
Bu gün
xalqımız cənab İlham Əliyevə etimad göstərir. Etimad isə
sınaqlardan uğurla çıxan qarşılıqlı
münasibətlərdən irəli gələn etibardır.
O, özündə müsbət xüsusiyyətlərlə
xarakterizə olunan sabit davranış formasının əlamətlərini
təcəssüm etdirir. Məhz bu cür
etimadın nəticəsi olaraq Azərbaycanın dövlət
başçısı səviyyəsində dini dəyərlərə
verilən önəm yüksək qiymətləndirilir.
Heydər Əliyev Fondu islam həmrəyliyinə
layiqli töhfələr verir
Öz vətəndaşlarına
tarixin sınaqlarından keçmiş və yüksək mədəniyyəti,
mənəviyyatı əks etdirən ümumbəşəri
dəyərləri aşılayan Azərbaycan dövlətinin
həyata keçirdiyi işlər həm də islamın
müqəddəs dəyərlərini bütün dünyada
təbliğ edir, real vəziyyəti beynəlxalq ictimaiyyətə
çatdırır. Əlbəttə, bu məsələdə
müsəlman dövlətləri arasında sıx əməkdaşlığın
olması da vacib şərtlərdəndir. Əsas məqsədləri
ulu öndər Heydər Əliyevin ölkəmizin
sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə
inteqrasiyası, xalqımızın maddi rifahının
yaxşılaşması naminə müəyyən etdiyi
siyasətin təbliğinə və ümummilli liderin
ideyalarının həyata keçirilməsinə dəstək
vermək olan Heydər Əliyev Fondunun bu istiqamətdə
göstərdiyi fəaliyyət bütün dünyaya bir
nümunədir.
Öncə qeyd etmək istərdim
ki, 2004-cü ildən fəaliyyət göstərən Heydər
Əliyev Fondunu ölkəmizdə islam
dininin nəzəriyyəsindən çıxış edərək
xeyirxahlıq ocağı da adlandırırlar. Çünki
humanizm prinsipinə söykənən praktik fəaliyyəti
ilə cəmiyyətdə böyük ictimai nüfuz
qazanmış Heydər Əliyev Fondu bu gün köməyə
ehtiyacı olan kimsəsiz insanların maddi-mənəvi hamisi
rolunda çıxış edir, xalqın sosial müdafiəsi
sahəsində çox geniş və təsirli tədbirlər
həyata keçirir. Heydər Əliyev
Fondu insanlara ən müxtəlif səviyyələrdə
yardım göstərməklə cəmiyyətdə
yalnız sağlam ənənələrin, zəngin əxlaqi
dəyərlərin möhkəmlənməsinə
çalışır. Mehriban xanım Əliyevanın
özünün də bəyan etdiyi kimi, Fondun çoxşaxəli
fəaliyyətinin bir əsas məqsədi var – insanlara təmənnasız
yaxşılıq!
Fondun prezidenti
məhz bu amalla ona üz tutmuş insanların himayədarı,
qayğıkeşi kimi çıxış edir, imkan daxilində
onların problemlərinin həllinə
çalışır. Müxtəlif strukturların laqeydliyinə
və biganəliyinə dözməyib Heydər Əliyev
Fonduna üz tutmuş hər bir vətəndaşın
müraciətinə böyük həssaslıq və diqqətlə
yanaşılır, imkan daxilində onun problemlərinin həllinə
yardım göstərilir. Bu həm də
Fondun insan hüquq və azadlıqlarının müdafiəsində
layiqincə dayanan ictimai təşkilat olduğunu göstərir.
Ümummilli
liderimizin humanist ideyalarını rəhbər tutan Fondun hər
bir vətəndaşın müraciətinə fərdi
qaydada baxması və ona cavab göndərməsi
respublikamızda fəaliyyət göstərən digər
qeyri-hökumət təşkilatları, o cümlədən
hakimiyyət orqanları üçün də örnək
sayılmalıdır. YUNESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun vətəndaşlara hər
zaman diqqət və qayğı ilə
yanaşacağını əminliklə vurğulayır.
“Bəzən cəmiyyətdə insan elə bir
vəziyyətə düşür ki, bütün
döydüyü qapılar onun üzünə bağlı
qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına
qalır və ona elə gəlir ki, heç bir şey və
heç kəs ona kömək edə bilməz. Bu halda o, üzünü bizim Fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun
bütün problemlərini həll edirik. Amma
o insan burada nə biganəliklə, nə soyuq münasibətlə
rastlaşmaz və hökmən onun problemlərinin həlli
üçün mümkün olan bütün vasitələrdən
istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik,
insansevərlik, mərhəmət Azərbaycan xalqının
mentalitetinə, mədəniyyətinə, əsrlər boyu
formalaşan ənənələrimizə xas olan gözəl
keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev
Fondu olaraq bu ənənələri davam etdirməyə
çalışırıq”.
Bu fikirlər
YUNESKO-nun xoşməramlı səfirinin yüksək
humanizminin və insanpərvərliyinin əyani təcəssümüdür.
Heydər Əliyev Fondunun həyata
keçirdiyi çoxşaxəli fəaliyyətin bir istiqamətini
də məhz islam dəyərlərinin
dünyada təbliği və islam həmrəyliyinin möhkəmləndirilməsi
təşkil edir. Bu məqsədlə fondun təşəbbüsü
və təşkilatçılığı ilə indiyədək
bir neçə mühüm beynəlxalq tədbir
keçirilmişdir. Heydər Əliyev Fondunun Pakistanda həyata
keçirdiyi orta məktəbin yenidən qurulması layihəsi
də məhz islam həmrəyliyinə
xidmət edir.
Xalqlararası
və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək,
ona dəstək vermək, bütün insanların gələcəyi
naminə mədəniyyətlərin və dinlərin
qarşılıqlı dialoquna nail olmaq bu gün bütün
dünyanı düşündürən aktual məsələlərdən
biridir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın
dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi
tanınmasında Heydər Əliyev Fondu da yaxından
iştirak edir. 2008-ci ildə Bakıda Mehriban xanım Əliyevanın
təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi
ilə keçirilən “Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi”
mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası
dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas
nöqtələrinin tapılması, ümumbəşəri
konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət
kəsb etmişdir.
Məhz sivilizasiyalararası
dialoq daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə, islam aləmində görülən işlərə
böyük dəstəyinə görə Heydər Əliyev
Fondunun Prezidenti Mehriban xanım Əliyeva hələ
2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı
səfiri adına layiq görülmüşdür.
Son illərdə
Heydər Əliyev Fondunun səyləri ilə Azərbaycanla
İslam Konfransı Təşkilatı ölkələri
arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın
genişləndirilməsi istiqamətində mühüm
addımlar atılmışdır. Respublikamızın müsəlman
dövləti kimi islam dəyərlərinə
hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini
qoruyub saxlaması bu əməkdaşlıq üçün
ciddi zəmin yaradır. İKT-da daim fəallığı
ilə fərqlənən ölkəmiz bu məsələdə
müsəlman dövlətlərini həmrəyliyə səsləməklə
yanaşı, praktik fəaliyyətini də uğurla həyata
keçirir. Azərbaycan gənc, müstəqil dövlət
olmasına baxmayaraq, müqəddəs dinimizi dünyada
layiqincə təbliğ etdiyinə və islam
dəyərlərinə sadiqliyinə görə bütün
müsəlman dünyasının dərin hörmətini
qazanmışdır. İKT-nin 2009-cu ildə Bakı
şəhərinin “İslam mədəniyyətinin
paytaxtı” elan etməsi də bunu təsdiqləyir.
Xalqı milli-mənəvi
və dini dəyərlər qədər birləşdirən
ikinci qüvvə yoxdur. Azərbaycan xalqını vahid ideologiya ətrafında
birləşdirən onun zəngin mədəniyyəti, mənəvi
dəyərləri, adət-ənənələri ilə
yanaşı, həm də islam dinidir. Bütün bunların dəyərləndirildiyi
dövlətimizdə funksional imkanların işə
salınaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin
qorunması istiqamətində ardıcıl addımların
atılması ölkə ictimaiyyəti tərəfindən razılıqla
qarşılanır. Xalqın tarixi
yaddaşının, dini və milli-mənəvi irsinin
mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin
həyata keçirilməsi Prezident İlham Əliyevin
dövlət başçısı kimi daim diqqət mərkəzində
saxladığı məsələlərdir.
Hadi RƏCƏBLİ,
Milli Məclisin Sosial
siyasət
komitəsinin sədri,
siyasi elmlər doktoru
525-ci qəzet.- 2010.- 13 yanvar.- S.4.