Vəli Qədimov
Muğam Teatrında yad edilib
Dövlət Muğam Teatrında tanınmış klarnet ifaçısı Vəli
Qədimovun xatirə gecəsi keçirilib. Bu barədə qəzetimizə
teatrın direktoru, xalq artisti Arif
Qazıyev məlumat verib. Mərasimdə
A.Qazıyev məşhur
klarnet ustasının
həyat və yaradıcılığından söz açıb: “Vəli Qədimov görkəmli sənətkar
Baba Salahovun rəhbərlik
etdiyi ansamblda fəaliyyətə başlayıb.
Az vaxt ərzində istedadı ilə ustad sənətkarların
diqqətini cəlb edərək xalqın sevdiyi ifaçılardan olub”. Gecədə xalq artistləri Arif Babayev, Canəli
Əkbərov və V.Qədimovun digər sənət dostları, yaxınları Azərbaycan
musiqi mədəniyyətinin
inkişafında, xarici
ölkələrdə təbliğində
V.Qədimovun böyük
xidməti olduğunu vurğulayıblar, sənətkarla
bağlı xatirələrini
bölüşüblər. Mərasimdə V.Qədimovun yetirmələri
müəllimlərinə həsr
etdikləri “Xatirə”
musiqili kompozisiyasını
ilk dəfə göstəriblər.
Tanınmış müğənnilərin ifasında xalq musiqisi nümunələri,
bəstəkar mahnıları
ifa olunub. Tədbir çərçivəsində həmçinin V.Qədimovun
həyat və yaradıcılıq fəaliyyətini
işıqlandıran fotosərgi
nümayiş etdirilib.
SARA
525-ci qəzet.-
2010.- 14 yanvar.- S.7.