Biblioqrafiyaya haqqı olan alim

 

Ciddi elmi lüğətlərdən birində “biblioqrafiya” sözünün semantikası belə açılır: “biblioqrafiya – kitabların elmi təsviri, əsərlərin göstəricilərinin sıralanması”. Biblioqrafiya mətbu, yazılı əsərlər haqqında informasiyanın hazırlanması onun ötürülməsi ilə bağlı filoloji kitab faktıdır. Biblioqrafiya mətbu əsərləri növlərinə, sahəsinə, janrına, dövrünə s. istiqamətlərinə görə toplayır, qruplaşdırır, şərh edir s. İlk baxışda adi görünə biləcək bu termin altında çox dərin məzmun qatı dayanır. Biblioqrafiya hər hansı bir alimin əsərlərinin göstəricisi, ünvanıdır. Yəni biblioqrafiya alim həyatının alim fəaliyyətinin elə bir yaradıcılıq dövrünü əhatə edir ki, geniş ictimai mühit bu yaradıcılığın elmi-ədəbi məhsulu ilə kompleks tanışlığa ehtiyac duyur. Bəri başdan deyək ki, biblioqrafik göstəricinin tətbiqi bu fenomenal nəşrdə əsərləri toplanan alimdən həm məhsuldar yaradıcılıq, həm əsərlərinin hər dəfə işıq üzü görəndə ictimai marağa səbəb olması faktını tələb edir. Bütün bunlar biblioqrafiya faktı haqqında belə bir nəticəyə gəlməyə imkan verir ki, bu tipoloji kitab faktının meydana gəlməsinə yaradıcı şəxsiyyətin elmi, mənəvi, ictimai haqqı olmalıdır. Biblioqrafik nəşr haqqında bu düşüncələr akademik, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun elmi yaradıcılığını əks etdirən belə bir kitabın nəşri ilə tanışlıqdan doğdu. Son vaxtlar heç bir ictimai maraq kəsb etməyənelmi əsərlərtoplusu kimi tərtib təqdim edilən maraqsız biblioqrafiyalar seli qarşısında akademik Abel Məhərrəmovun yaradıcılığını əks etdirən bu kitaba alimin iki mühüm səbəbdən haqqı var: birincisi, ömrünün 60 yaşına çatmış bir ünlü alimin əsərlərinə elmi-ictimai maraq faktı kimi, ikincisi, elmi titulun ən yüksək statusu olan akademikliyin akademik hesabatı kimi.

Abel Məhərrəmov ayrı-ayrı elm xadimlərinin yubiley mərasimlərində bir fikri həmişə xüsusi vurğulayır: Alimin yubileyi, hər şeydən əvvəl, onun ictimaiyyət qarşısında elmi hesabatıdır. Bakı Dövlət Universitetinin rektoru, akademik, kimya elmləri doktoru Abel Məhərrəmovun da yanvarın 5-də 60 yaşı tamam oldu. Təntənəli yubiley tədbirindən qəti şəkildə imtina edən universitet əməkdaşları ilə universitet yeməkxanasında sadəcə çay süfrəsi arxasında görüşən Abel müəllimmən ahıllar sırasına qoşuldumdedi 60 yaşın özü üçün ciddi bir hesabat olduğunu vurğuladı. Alimin bu hesabatı tamamilə yenidən qurduğu universitet dünyasıdır, səviyyəli, müasir tədris prosesidir, xalq dövlət qarşısında xidmətləridir, nəfis şəkildə təzəcə çap olunmuş beş cildlik əsərləri külliyatıdır bir nəşrinə, tərtibatına təqdiminə tam haqqı olan biblioqrafiyasıdır. Akademikin beş cildlik əsərləri tamamilə onun kimya elmindəki əsərləridir, bu əsərlərə qiymət vermək kimya mütəxəssislərinin işidir. Əsərlərinin biblioqrafik göstəricisinin tərtibi isə birbaşa jurnalist işidir bu üzdən ona qiymət jurnalistin vəzifəsidir.

Haqqında bəhs etdiyimiz biblioqrafiya Abel Məhərrəmovun elmi ictimaiyyətə, akademik mühitə ömrünün böyük bir hissəsinin yaradıcılıq hesabatıdır. Üç cilddəAzərbaycan, rus ingilis dillərində tərtib olunmuş bu hesabat təxminən 42 çap vərəqi həcmindədir. 512 səhifəlik biblioqrafiyanın daha böyük hissəsi Azərbaycan dilindədir həcmin bu böyüklüyü A.Məhərrəmovun necə məhsuldar alim olduğunun sübutu kimi səslənir. Biblioqrafiyada akademikin müxtəlif dillərdə 9 monoqrafiyası, 50-yə yaxın dərslik, dərs vəsaiti digər kitabları, 600-dən çox məqalə tezisi, 50-yə yaxın patenti (ayrı-ayrı müəlliflərlə birlikdə), rəhbərlik etdiyi-yetişdirdiyi 30-dan çox elmlər doktoru elmlər namizədi, redaktoru olduğu onlarca kitab, ictimai-siyasi fəaliyyəti ilə bağlı məqalə, müsahibə çıxışları, alimin özü haqqında yazılmış məqalələrin siyahısı bir çox digər göstəricilər daxil edilmişdir. Bu əsərlərin hər biri istər kitabda, mətbuatda işıq üzü gördüyü zaman, istərsə bu gün öz elmi aktuallığını saxlayır.

Biblioqrafiyada AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun A.Məhərrəmovun elmi ictimai-siyasi fəaliyyəti haqqında yığcam, lakin çox tutumlu bir məqaləsi yer alıb. Bu məqalə lakonik bir tərzdə A.Məhərrəmovu bir alim-vətəndaş, alim-dövlət xadimi, alim-insan kimi xarakterizə edir. Abel Məhərrəmovu bir alim-vətəndaş kimi xarakterizə edən müəlliflər sırasında dünyanın V.A. Sadovniçinin (MDU-nun rektoru, akademik), İ.İliyeskunun (Rumıniyanın sabiq prezidenti), K.Matsuuranın (YUNESKO-nun Baş direktoru), A.Kvasnevskinin (Polşanın sabiq prezidenti), N.S. Zefirovun (akademik), N.Paşayevanın (MDU Bakı filialının rektoru), M.Mərdanovun (təhsil naziri), V.Məmmədəliyevin (akademik) bir çox digər dövlət xadimləri alimlər var.

Bu elmi, ictimai şəxslərin A.Məhərrəmovun fəaliyyətinə qiymətləri universitet əməkdaşlarının müxtəlif yığıncaqlarda iştirakı ilə baş vermişdir.

Biblioqrafiya Abel Məhərrəmovun akademik elmi statusunun tam hüquqi-mənəvi təsdiqi kimi qiymətlidir. Biblioqrafiya AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunub. Kitabı Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimova universitetin mətbuat informasiya şöbəsinin mütəxəssisi Anzulə Əmirova tərtib ediblər. Bu yerdə mütləq qeyd etməliyik ki, kitab biblioqrafiyanın bir nəşr formatı kimi tipoloji parametrlərinə səriştəli elmi yanaşmanın məhsuludur. Pərvanə İbrahimova Anzulə Əmirovanın elmi bacarığı biblioqrafiyanın nəşrinin mükəmməliyini təmin etmişdir. Biblioqrafiyanın tipoloji nəşr kimi meydana çıxmasında onun redaktoru Fikrət Şiriyevin, elmi redaktorları Mirzə Allahverdiyevin, Polad Məmmədovun, ixtisas redaktorları Namiq Şıxəliyevin İnarə Nağıyevanın da əməyi yüksək qiymətləndirilməlidir. “Çaşoğlunəşriyyatında çap olunmuş bu kitab ömrünü elmə, müəllimliyə, dövlət işinə həsr etmiş alimin, akademikin 60 yaşında bütöv bir millət qarşısında samballı hesabatıdır.

 

 

Könül NiftƏliyeva,

fəlsəfə doktoru

 

 525-ci qəzet.- 2010.- 14 yanvar.- S.6.