Ağalar İdrisoğlununVicdan mühakiməsi

 

Mən onun imzasını ilk dəfə teatr afişalarında görmüşəm. Özünü Sumqayıt teatrının direktoru işlədiyi vaxtlardan tanıyıram. Səliqə-sahmanı, ölçü-biçisi, ziyalı davranışları, bir qədər pafoslu təsir bağışlayan rəvan nitqi ilə diqqət çəkirdi. Elə indi həmin adamdır, təkcə saçları ağarıb, bir xeyli müdrikləşib.

Ağalar İdrisoğlu teatrı neçə il öncə tərk eləsə , indi imzası bizi onunçün darıxmağa qoymur. Afişalarda olmasa da. HazırdaAzad Azərbaycanın əməkdaşı olan dostumuzun çeşidli yazılarına qəzetin, demək olar ki, hər nömrəsində rast gəlmək olar. Kişinin ürəyi o qədər doludur ki, monoloqları, müsahibələri, hekayələri, esseləri bitib-tükənmir. Ruhu təlatümsüz deyil axı. Bulaq bulaqdırsa,hardan olsa, özünə yol tapıb üzə çıxır.

Onun ömür teatr xəritəsi Masallı-Bakı-Sumqayıt-Moskva-Ağdam-Dərbənd şəhərlərini əhatə edir. Orta məktəbi Masallıda bitirib. Sonra Bakıda incəsənət institutunun dram kino aktyorluğu fakültəsini, Moskvada isə Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirib. Qırxdan artıq rolda çıxış edib, doxsan altı tamaşaya quruluş verib. İyirmi beş il Sumqayıt Gənclər Xalq Teatrının, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının bədii rəhbəri direktoru vəzifələrində çalışıb. Bir ara Azərbaycan Teatr Xadimləri İttifaqının katibi olub.

Yazdığıİnan mənəpyesi Ümumittifaq Gənc dramaturqlar müsabiqəsinin qalibi olub. Quruluş verdiyiYanmış evin nağılıtamaşası Osman Mirzəyev adına mükafata, “Şah İsmayıltamaşası isəQızıl Dərvişmükafatına layiq görülüb.

Amma səhnə teatr yaradıcılığının ən məhsuldar dövründə Ağalar bəy nədənsə haqsız incidilib, teatrdan rəncidə salınıb kənarlaşıb (Ağsaqqal şairimiz Məmməd Aslan sanki onun kimilər üçün deyib: həssas adamların dəyən yeri yaxında olur).

O vaxta kimi ara-sıra yazı-pozu ilə məşğul olan dostumuz artıq özünü bütünlüklə bədii publisistik yaradıcılığa həsr etməyə başlayıb. On ilə qədərdir ki, sırf bu sahədə çalışır.

Onun çap olunmuşİnan mənə”, “Ən xoşbəxt gün”, “Məhkəmədən əvvəl məhkəmə ya kəfənini geymiş qoca”, “Ramiz İslamoğlu sorağında ya əkmə qəm ağacı”, “Qaranlığı yaran işıq sair kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Mənə avtoqrafla təqdim etdiyiVicdan mühakiməsiadlı yeni kitabını həvəslə oxudum.

Kitabda müxtəlif illərdə yazdığı hekayə, novella, povest pyesləri toplanıb.

Ağalar İdrisoğlu əsərlərində millətin problemlərini, arzu istəklərini yazır. Cəmiyyətin uğradığı etinasızlıq, nadanlıq, amansızlıq, yalan kimi hallara qarşı mübarizə aparır. Fikirlərini sadə dildə təbii üsullarla çatdırmağa çalışır. Buna isə nail olur da, olmur da. Mənə elə gəlir ki, o, yazılarını qələmə alarkən bəzən özü bilmədən hadisələrə keçmiş peşə vərdişinə uyğun olaraq rejissor kimi yanaşır bütün qəhrəmanlarını sanki səhnədə təsəvvür edir ki, bu da heç hər dəfəsində müəllifə uğur qazandırmır. Bir sıra hekayələr obrazların son məqamda ulu tanrının dərgahına üz tutub sual dolu ifadələr işlətməsi ilə bitir. Bu isə oxucunu əsərin bədii sonluğunun tapılmadığını ya tapılmağa cəhd edilmədiyini düşünmək zorunda qoyur. Elə müəllifin mövzuları da bəzən adamların ən adi məişət,güzəran qayğılarından bəhs edir eləcə bəsit şəkildə, bədii ümumiləşdirmə aparılmadan qələmə alınır. Halbuki yaxşı əsər hadisənin,əhvalatın sadəcə yazılması ilə deyil, məhz yüksək bədii şəkildə,cəlbedici priyomlarla, konflikt kolliziyalarla təqdim edilməsi, rəngarəng dil üslub boyaları ilə dəyər qazanır.

Amma insaf naminə demək lazımdır ki, Ağalar İdrisoğlunun əsl mənada üstündə əsdiyi,necə deyərlər, tər axıtdığı yazıları təbii olaraq publisistlikdən çıxa uğurlu ədəbi nümunə səviyyəsinə yüksələ bilib. “Qarğalar”, “Təklənmiş aslanlarpritçaları, “Məhkəmədən sonra məhkəməfaciəvi komediyası, “Vicdan mühakiməsipovesti bu kimi digər əsərləri diqqətəlayiqdir. Onun böyük həcmli əsərləri barədə isə adi bir oxucu kimi mənim deyil, məhz peşəkar ədəbi tənqidimizin söz deməsi daha məqbul olardı. Mənsə sadəcə onu demək istəyirəm ki, Ağalar İdrisoğlununVicdan mühakiməsionun doğruları yazan qələm sahibi, ədalət carçısı olduğunu təsdiqləyir.

Sonda qələm dostumu yeni sanballı kitabının çıxması nədəni ilə təbrik edir, ona böyük yaradıcılıq sevincləri diləyirəm!

 

 

Əli NƏCƏFXANLI

 

525-ci qəzet.- 2010.- 15 yanvar.- S.7.