Şairə Pərvanə
Zəngəzurlunun 50 yaşı
qeyd olunub
Behbudov adına Dövlət Mahnı Teatrında şairə Pərvanə
Zəngəzurlunun 50 illik
yubileyi münasibətilə
yaradıcılıq gecəsi
təşkil olunub. Tədbirdə professor Vilayət Əliyev doğma elindən didərgin düşmüş
şairin Vətən
həsrətli şeirlərinin
hər zaman insanların ürəyini
sızlatdığını, işğal altındakı
Zəngəzura həsr
etdiyi həzin misraların aşıqların
dilinin əzbəri olduğunu deyib. Professorlar Buludxan Xəlilov, Eldar Abbasov və başqaları şairənin
kitablarının bədii
məziyyətlərindən söz açıblar: “Şairənin “Qayıt gəl”, “Dağlar yuxuma girir”, “Zəngəzur həsrəti”,
“Tanrım, məni başdan yarat”, “Vətən qürbətdə
qaldı”, “Lal haraylar” kitablarından həssas, doğma torpağına qovuşmaq
həsrəti ilə çırpınan üsyankar
bir şair ovqatı hiss olunur”. Tədbirdə “Zəngəzurun səsi” qəzetinin təsisçisi Yavər Nuriyev P.Zəngəzurluya anadan olmasının 50, yaradıcılığının 20 illiyi münasibətilə
qəzetin fəxri fərmanını təqdim
edib.
Tədbir çərçivəsində
həmçinin şairənin yeni nəşr olunmuş
“Çoxala-çoxala azalan ömrüm” kitabının və
“Zəngəzur həsrəti” diskinin təqdimatı
keçirilib. Mərasim incəsənət ustalarının
P.Zəngəzurlunun şeirlərinə bəstələnmiş
mahnıların ifası ilə davam edib.
Sonda yubilyar tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
SARA
525-ci qəzet.-
2010.- 15 yanvar.- S.7.