“Cavad xan”ın Zaqatalada təqdimatı olub
Zaqatala rayonunun Əliabad qəsəbə mədəniyyət
evində “Cavad xan” filminin təqdimatı
keçirilib. Mədəniyyət
evindən mətbuata verilən məlumat görə, tədbiri giriş sözüylə
açan rayon icra hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə
xalqımızın qəhrəmanlıq
tarixinin əhəmiyyətli
dövrünü əks
etdirən və qorxmaz sərkərdə Cavad xan haqqında
çəkilən bu
filmi Azərbaycan kino sənəti tarixində çox uğurlu addım kimi dəyərləndirib:
“Əminəm ki, bu ekran əsəri
gənclərin vətənpərvərlik
tərbiyəsinə mühüm
töhfələr verəcək”.
Filmin ssenari müəllifi, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı çıxışında bu
ekran əsərində
xalqımıza məxsus
qəhrəmanlıq, vətənpərvərlik
hisslərinin geniş
əks olunduğunu deyib. Millət vəkili çəkilişlərə
göstərdikləri köməyə
görə hərbçilərə
və zaqatalalılara
filmin yaradıcı heyəti adından minnətdarlığını bildirib.
Filmin quruluşçu rejissoru
Rövşən Almuradlı XIX əsrin əvvəllərində
general Sisianovun başçılıq etdiyi rus
qoşunlarına qarşı oğulları ilə birlikdə
mübarizə aparan və mərdliklə həlak olan sərkərdə
Cavad xan haqqında yaradılmış bu filmin maraqlı bir
ssenari üzrə – S.Rüstəmxanlının “Ölüm
zirvəsi” romanının motivləri əsasında lentə
alındığını diqqətə
çatdırıb. R.Almuradlı filmin döyüş səhnələrinin
Zaqatala qalası ətrafında çəkildiyini, çəkilişlərdə
Daxili Qoşunların “N” saylı hərbi hissəsinin əsgərlərinin
də yaxından iştirak etdiyini vurğulayıb. Çıxışlardan
sonra film nümayiş etdirilib. Xatırladaq ki, ekran əsəri
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
“Bizim Kino” prodüser mərkəzində istehsal olunub. Filmin
çəkilişləri Bakı, Gəncə, Zaqatala, Şəki
və digər tarixi məkanlarda gerçəkləşib. Əsas
rolları xalq artistləri Nurəddin Mehdixanlı, Amaliya Pənahova,
Ramiz Novruz, Rafiq Əzimov və başqaları ifa ediblər.
SARA
525-ci qəzet.- 2010.- 15 yanvar.- S.7.