III Beynəlxalq foto müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Muzey Mərkəzində mərhum heykəltəraş Müslüm Eldarovun xatirəsinə həsr olunmuşƏnənələr müasirlik – Bakı-2009” 3-cü beynəlxalq foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Monako, Türkiyə, Qazaxıstan, Latviya, Ukrayna başqa ölkələrin fotoqrafları iştirak ediblər.

Tədbirdə çıxış edənYeni qalereyasərgi salonunun direktoru Rafael Gülməmmədli tədbiri 2001-ci 2005-ci illərdə keçirilmiş eyniadlı müsabiqələrin məntiqi davamı kimi xarakterizə edib: “Bu genişmiqyaslı mədəni layihənin həyata keçirilməsinin təşəbbüskarı rəssam ictimai xadim, əsl vətənpərvər insan Müslüm Eldarov olub. Müsabiqələrin başlıca məqsədi mədəniyyət, ümumən humanitar sahələrdə qazanılan təcrübənin yayılması, mübadiləsi, xalqların ölkələrin tərəqqisi naminə beynəlxalq qüvvələrin səfərbər edilməsidir”.

Mərasimdə Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, M.Eldarovun atası Ömər Eldarov, Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Leyla Axundzadə, xalq rəssamı Ağəli İbrahimov, layihənin əlaqələndiricisi İrina Eldarova, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başqaları çıxış edərək mərhum heykəltəraşın yaradıcılıq yolundan söz açıblar: “Vaxtilə Müslüm Eldarovun rəhbərliyi altında fəaliyyət göstərmiş Bakı İncəsənət Mərkəzi bir sıra vacib siyasi-ictimai mədəni tədbirlərin mərkəzinə çevrilib. Məhz onun səyi nəticəsində Rusiya, Fransa, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri başqa dövlətlərlə əməkdaşlıq genişləndirilib, rəssamlarımızın xarici ölkələrdə əsərlərinin sərgisi baş tutub”. Tədbirdə M. Eldarova həsr olunmuş sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, 2009-cu ilin aprelində elan olunanƏnənələr müasirlik – Bakı-2009” 3-cü beynəlxalq foto müsabiqəsi 8 nominasiya üzrə keçirilib. 15 ölkədən 200-ə yaxın müəllif müsabiqəyə 2000-ə yaxın foto təqdim edib. Bu əsərlərin içərisindən ən yaxşı 50 min nüsxə ilə buraxılan kataloqda nəşr olunub. Hər nominasiya üzrə 3 qalib müəyyən edilib, onlara diplomlar verilib. MüsabiqəninQran primükafatını latviyalı Qunar Bindi qazanıb. A kateqoriyası üzrə I yeriİçərişəhərəsərilə Leyla Güləliyeva, II yeri Tahir Məmmədov, III yeri Qazaxıstan təmsilçisi Feliks Şparbert tutub.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 15 yanvar.- S.7.