Məktəbə bağlı ömür

 

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti inkişaf etdirirlər. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Uzun müddətdir ki, belə müəllimlərdən biri, qabaqcıl təhsil işçisi, Respublikanın əməkdar müəllimi Adilə xanım Orucova haqqında bir neçə söz yazmaq istəyirdim. Lakin qədər çalışsam da, onu rəhbərlik etdiyi məktəbdən ayrı təsəvvür edə bilmirdim. Ona görə bu yazımda Adilə xanımdan daha çox onun rəhbərlik etdiyi məktəbdən söhbət açıram. Mənə elə gəlir ki, bəlkə Adilə xanım özü bunu daha çox istəyərdi, çünki o, bu günlərdə 60 illiyi tamam olacaq mənalı ömrünün çox hissəsini məktəbə həsr etmişdir bəlkə o, məktəbi özündən çox istəyir. 

Adilə Murad qızı Orucova 1950-ci il yanvar ayının 1-də Yevlax şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş, 1971-ci ildə həmin universitetin fizika fakültəsini bitirmişdir. 1972-ci ildən başlayaraq bütün həyatını məktəbə bağlamışdır. Bakı şəhərinin Binəqədi rayonundakı 246 nömrəli məktəbdə fizika müəllimi direktor müavini vəzifələrində çalışmış, 1982-ci ildən isə həmin rayondakı 267 nömrəli məktəb liseyə direktor vəzifəsinə göndərilmişdir. Artıq 27 ildir ki, fasiləsiz olaraq bu məktəbə rəhbərlik edir. Adilə xanımın yorulmaz əməyi səyi nəticəsində onun rəhbərlik etdiyi məktəb qısa tarixi ərzində böyük inkişaf yolu keçmişdir. 1982-ci ildə 164 şagird 40 müəllimlə fəaliyyətə başlayan məktəbdə hazırda 1400-dən artıq şagird təhsil alır, biliklərə gedən yolda onlara 150 müəllim bələdçilik edir. Məktəbdə öz işinin ustası olan, yaradıcı fəaliyyət göstərən, dərslərini müasir tələblər səviyyəsində quran, öz işində yeni pedaqoji-metodik yanaşmalara, fəal təlim metodlarına geniş yer verən müəllimlər çoxdur. Onların əksəriyyəti ayrı-ayrı illərdə, müxtləif mövzularda keçirilmişİlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı kabineti”, “Pedaqoji mühazirələrmüsabiqələrinin qalibləridirlər, rayonun paytaxtın ən yaxşı müəllimlərindən hesab olunurlar.

İlk buraxılışı 1985-ci ildə olmuş məktəbin adlı-sanlı, bitirdikləri təhsil ocağına həmişə başucalığı gətirmiş çoxlu məzunları vardır onlardan bir çoxu indi məktəblə əlaqə saxlayır, tez-tez Adilə xanımla görüşərək məktəbdəki problemlərin həllinə kömək etməyə çalışırlar.

Məktəb bir çox beynəlxalq mədəniyyət proqramlarında da fəal iştirak edir. 2005-2007-ci illərdə Rusiya Federasiyasında keçirilən Azərbaycan günlərində rus dilinə həsr olunan tədbirlərdə nümunəvi iştirakına görə 267 nömrəli məktəb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Rusiya səfirliyinin fəxri fərmanlarına, 2008/2009-cu tədris ilində keçirilmiş müsabiqədə müvəffəqiyyət qazandığına görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı iləƏn yaxşı ümumtəhsil məktəbimükafatına layiq görülmüşdür.

Məktəb xarici dillərin, o cümlədən ərəb dili fənninin tədrisində böyük uğurlar qazanıb. Məktəbdə ərəb dili fənni xarici dil kimi 18 ildən çoxdur tədris olunur. Hazırda bu fənn 4 müəllim tərəfindən tədris edilir ki, onlardan da iki Misirin Əl-Əhrar Universitetindən dəvət edilir. Təhsil Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, hər 4 ildən bir Misirdən 2 müəllim Azərbaycana dəvət edilir onlar 267 saylı məktəbdə ərəb dilinin tədrisi ilə məşğul olurlar. Ölkəmizdə ərəb dilini mükəmməl bilən pedaqoqlar azlıq təşkil etdiyindən, Adilə xanımın təşəbbüsü ilə azərbaycanlı müəllimlər Misir Mədəniyyət Mərkəzinin xətti ilə 2 ildən bir bu ölkədə 1 aylıq təcrübəyə göndərilirlər. Misirdən Səudiyyə Ərəbistanından gətirilən dərs vəsaitləri şagirdlərin köməyinə çatır.

2008-ci ildə əsaslı təmir olunmuş məktəb-liseydə normal təhsil mühiti yaradılmışdır. Müasir tərtibatlı fənn kabinetləri, zəruri ədəbiyyatla təchiz edilmiş zəngin kitabxana, İnternetə qoşulmuş kompüter sinfi dərslərdə yeni təlim texnologiyalarının, interaktiv təlim üsullarının tətbiqinə imkan verir. Təlimin keyfiyyətini məzmununu yaxşılaşdırmaq üçün məktəb-liseydə daim aparılır, tez-tezaçıq dərslər keçirilir, dərslərdə elektron dərsliklərdən, metodik vəsaitlərdən plakatlardan geniş istifadə olunur, müxtəlif mövzulardadəyirmi masalar, metodistlərlə görüşlər təşkil olunur.

Məktəb direktoru, bacarıqlı təhsil təşkilatçısı kimi Adilə xanım müasir idarəetmə məsələlərini yaxşı bilir, bu sahədə yüksək peşəkarlığa səriştəyə malikdir, kollektivi məktəbin qarşısına qoyulmuş vəzifələrin həllinə səfərbər edir. İdarəetmə fəaliyyətində o, demokratik prinsiplərə, kollegiallığa üstünlük verir, məktəb həyatının bir sıra mühüm məsələlərinin həllində pedaqoji kollektiv üzvlərinin, şagird valideynlərin fikirlərini, rəy təkliflərini nəzərə alır. Adilə xanımın məktəb direktoru kimi uzunillik qüsursuz fəaliyyəti xidmətləri yüksək qiymətləndirilib. 2005-ci ildə ona Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar müəllim fəxri adı verilib. Elə həmin il həm Bakı şəhəri üzrəİlin ən yaxşı məktəb direktorumüsabiqəsinin qalibi olub Bakı Şəhər Baş Təhsil İdarəsi tərəfindən birinci dərəcəli diploma layiq görülüb. Şahidi olduğum bütün söhbətlərində Adilə xanım ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət qayğısını xüsusi qeyd edərək son illər Heydər Əliyev Fondunun təşəbbüsü yardımı ilə ölkədə məktəb tikintisinin geniş vüsət aldığını, məktəblərin maddi-texniki bazasının möhkəmləndiyini, bütün bunların təhsilin keyfiyyətini yüksəltməyə imkan yaratdığını bildirir. Rəhbərlik etdiyi pedaqoji kollektivin bu imkanlardan bacarıqla istifadə etdiyini, müstəqil respublikamız üçün layiqli vətəndaşlar yetişdirməyə çalışdığını söyləyir.

Bacarıqlı pedaqoq, işgüzar, yorulmaq bilmədən çalışan bir təhsil işçisi kimi Adilə xanım işinin öhdəsindən layiqincə gəlir, dünyada təhsil sahəsində baş verən yenilikləri daim izləyir özünə məxsus dərin təhlil əsasında bu yeniliklərin məktəbdə tətbiqinə çalışır. Öz işinə yüksək məsuliyyət hissi ilə yanaşan Adilə xanım idarəçilik sahəsində dərin nəzəri biliyi təcrübəsi ilə yanaşı, geniş dünyagörüşə, güclü məntiqə, nəticələri təhlil etmək qabiliyyətinə, ümumiləşdirmək bacarığına malik müəllimlərdən biridir, nəcib qayğıkeş bir insandır, şagirdlərinin həmkarlarının sevimlisidir. Pedaqoji fəaliyyətlə yanaşı olaraq o, həm rayon şəhər miqyasında keçirilən ictimai işlərdə fəal iştirak edir, dövlətin təhsil sahəsindəki siyasətinin reallaşdırılması, təhsil islahatlarının həyata keçirilməsi yeni pedaqoji təfəkkürün formalaşdırılması sahəsində bacardığı qədər səy göstərir. Dəfələrlə Azərbaycan müəllimlərinin Azərbaycan qadınlarının qurultaylarına nümayəndə seçilmişdir. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin idarə heyətinin üzvüdür.

Adilə xanım həm qayğıkeş anadır, özü sözün əsl mənasında anadır. O, öz şagirdlərini böyüdüb başa çatdırdığı üç övladı qədər sevir. Şagirdləri onu öz anaları qədər sevir, hər bir çətinlik barədə ondan məsləhət almağa çalışırlar. Təsadüfi deyil ki, şagirdlər müəllimlər onuMəktəbin anasıadlandırırlar.

Adilə xanım idarəçilik pedaqoji fəaliyyətinin ən parlaq dövrünü yaşayır. Onu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, təbiətin ən gözəl neməti olan cansağlığı, təhsilimizin tərəqqisi naminə fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Aydın KAZIMZADƏ, 

Bakı Dövlət Universitetinin kafedra  müdiri,

əməkdar elm xadimi,

professor

 

525-ci qəzet.- 2010.- 15 yanvar.- S.6.