Teatra konseptual baxış

 

Ədalət VəliyevinƏqidə, Ruh Teatrmonoqrafiyası barədə düşüncələr

 

Çağdaş Azərbaycan teatrının tanınmış nümayəndələrindən biri, teatrşünas alim Ədalət VəliyevinTeatrmonoqrafiyası Türkiyədə kitab kimi nəfis şəkildə çapdan çıxıb. Kitabda iyirminci yüzilliyin ikinci yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyalarının sosial-fəlsəfi, siyasi-ideoloji modeli təqdim olunub. Zəngin ideya, elmi-fəlsəfi mülahizələri nəticələri ilə önəmli olan bu tədqiqat əsəri Azərbaycan teatr tarixinin müasir mərhələsi barədə dəyərli analitik məlumatlar verir, bizi bir daha Teatra, müqəddəs Hisslər Ruhlar Məbədinə səsləyir.

Teatrşünas Ədalət Vəliyevin monoqrafiyasıƏqidə, Ruh Teatradlı müqəddimə ilə açılır. Elə məni daha çox bu anlayışların tədqiq olunan mövzuyla dərəcədə bağlılığı maraqlandırdı. Monoqrafiyanı səbir diqqətlə oxudum. Tədqiqat əsərinin girişində müəllif qeyd edir ki, “əqidə, ruh teatrmonoqrafiyanın tarixi nəzəri kontekstlərə gömdürülmüş mövzusunun publisistik variantıdır. Sosial-fəlsəfi siyasi-ideoloji paradiqma isə müasir düşüncəmizdə getdikcə köhnələşən hardasa lap unudulanəqidəanlamının strukturudur...” Lakin müəllifin fikrincə, bu anlayışın ifadə xislətinə görə məna hüdudları daha genişdir. Əqidə insanın bütün konseptual ideyalarının sosial xislətli mənəvi-əxlaqi məzmunudur. Müəllif daha sonra yazır: “...Əgərsosial-fəlsəfi siyasi-ideoloji paradiqmaanlayışı analitik təfəkkür fəaliyyətini eyhamlaşdırırsa, əqidə ruh sferasına bağlanır; ruhla əqlin, emosiyanın birgəliyinin verbal bildiricisinə çevrilir. ... Ruh əqidənin köməyilə sosial dünyada özünü tanıtdırır. Əqidə ruh birgəliyindən, onların orqanik vəhdətindən, əqidənin fərdin duyğular aləmi ilə harmoniyasından insanın kamilliyi yaranır. Teatr isə əqidə ruhun güzgüləndiyi məkandır...”

Düşünürəm ki, bu dəyərləndirmə müəllifin teatra elmi-fəlsəfi yanaşmasının təzahürüdür. Mən teatrşünas deyiləm, teatr tənqidi məsələləri ilə bağlı dostum, görkəmli teatrşünas alim, professor İlham Rəhimlinin bir neçə sanballı kitabı məqalələri ilə tanışam. (Qeyd edim ki, Ə. Vəliyevin monoqrafiyasının elmi redaktoru sənətşünaslıq doktoru, professor Məryəm xanım Əlizadədir). Filoloji sahənin adamı kimi deyə bilərəm ki, son illər oxuduğum elmi-tədqiqat işləri arasında Ədalət Vəliyevin bu monoqrafiyasının elmi-metodik yükü daha çoxdur. üçün?

Əvvəla, monoqrafiyada Azərbaycan teatrının bu günkü durumu mənəvi-əxlaqi, bədii-estetik kulturoloji aspektlərdən, Azərbaycan mədəniyyətinin ümumi mənzərəsi müstəvisində elmi-nəzəri əsaslarla araşdırılır dəyərləndirilir.

İkincisi ən önəmlisi budur ki, tədqiqat əsərində mövzuya orijinal yeni elmi yanaşma var; müəllif düzgün olaraq qeyd edir ki, müasir teatr konsepsiyaları ənənəvilik prinsipi üzrə mədəniyyətdə özünə yer alıb. Mədəniyyətdə teatr konsepsiyalarının intensivliyi, estetik xisləti varislik prinsipi ilə şərtlənir. Üçüncüsü, tədqiqatda XX əsrin konkret bir dövründə- 50-60-cı illərində Azərbaycan teatr mədəniyyətindəşəxsiyyət kollektivqarşıdurumunun yaradıcı atmosferə təsiri problemlərinin səbəbləri açılır, konkret faktlar əsasında təhlillər aparılır. Dördüncüsü, müəllif sovet dönəmində Azərbaycan mədəniyyəti hüdudlarında gerçəkləşmiş, öz mövcudluq parametrlərini qazanmış teatr konsepsiyalarının mahiyyətini, onların ictimai-siyasi vəziyyətlə, mənəvi-əxlaqi mühitlə əlaqəsini tutarlı faktlarla əsaslandıra bilib. Kitabda mövcud teatr konsepsiyalarının milli mədəniyyətlə, milli düşüncə tərzi ilə bağlılığı barədə elmi dəyərləndirmələr yenidir. Beşincisi, teatrşünas alim milli mədəniyyətimizdə teatr konsepsiyalarının milli şüurun oyanmasına göstərdiyi təsirləri dəyərləndirir, mövcud teatr konsepsiyaları ilə dünya teatrında gedən (ilk növbədə keçmiş sovetlər Birliyində) teatral proseslər arasında paralellər, müqayisəli təhlillər aparır, oxşar fərqli cəhətlər ortaya qoyur. Altıncısı, əsərdə teatr konsepsiyalarının bədii-estetik analizi ilə dövrün ictimai-siyasi problemləri uzlaşdırılır, onların yaranma zərurəti bu aktual problemlərin birbaşa təsir göstərdiyi mədəni mühitlə, əsrin kulturoloji tələblərilə əlaqələndirilir.

Monoqrafiyanın üstün cəhətlərini artırmaq olar. Bunu da qeyd edim ki, əsərdə 70-80-ci illərdə teatr avanqardının formalaşmasının milli mədəniyyətimiz üçün prinsipial əhəmiyyəti ilə yanaşı, iyirminci əsrin sonlarında qloballaşma dövrünün mədəniyyəti milli teatrımızın mövcudluq parametrləri, eləcə XX əsrin postmodernizm mərhələsində Azərbaycan teatrı etnomədəniyyətinin xarakteristikası müəyyənləşdirilib, müxtəlif teatrlarımızda qoyulan konkret səhnə əsərlərinə istinadlar edilib.

Neçə min ildi ki, teatr öz əzəli funksiyasını qoruyub saxlaya bilib. Əgər bu gün teatr insana ruhi qida vermirsə, onun qəlbini ovundurub oynada bilmirsə, onu kədərləndirə, sevindirə bilmirsə, o teatr deyil. Bütün dövrlərdə insanlar teatra ən yaxşı qiyafədə, geyim-keçimdə, bayram ovqatıyla gəliblər; çünki insanlar teatrı xoş ovqat təəssürat yaradan bir yer sanıblar. Teatrın canı isə tamaşadır; sevincin, kədərin, faciənin, dəhşətin, qorxunun, sevginin, məhəbbətin, qəhrəmanlığın... nümayiş olunduğu tamaşa. Bu səhnələr qədər olsa belə insanlar Teatrdan-yəni Məbəddən yenə xoş ovqat, yaxşı təəssüratla ayrılmaq arzusunda olmuşlar. Teatr əqidələri, şüurları, ruhları oyadan məbəddir. Teatr həyat tamaşasıdır. Bu tamaşada biz özümüzü, məişətimizi, cəmiyyətimizi, ruhumuzu əqidəmizi görmək istəyirik. Bu tamaşada biz –altı milyard hiss duyğu, altı milyard həqiqət, altı milyard ruh əqidə görmək istəyirik. Müasir teatr budur, müasir teatrın fəlsəfəsi elə bundan ibarətdir.

Ədalət Vəliyevin fundamental tədqiqatı demək olar ki, bu fəlsəfəyə xidmət edir. Əsas nəticə isə bəllidir: sovet dönəmində Azərbaycan teatrı nəinki öz müstəqilliyini imitasiya edib, burda cərəyan edən yaradıcılığın özü imitasion xarakter daşıyıb. Lakin “...imitasiya məsələsi özünü tam şəkildə tükətmək üzrədir. Bir tərəfdən dünya, digər tərəfdən isə Azərbaycan bir-birinə qarşı açıqdılar. Belə olan bir şəraitdə imitasiya lazımsız bir şey kimi, öz tarixi missiyasını yerinə yetirəcək”.

 

 

Kamran NƏZİRLİ,

filologiya elmləri namizədi

 

525-ci qəzet.- 2010.- 16 yanvar.- S.20.