Milli Azərbaycan
Tarixi Muzeyində şəhidlər yad edilib
Dünən Milli Azərbaycan Tarixi Muzeyində “Şəhidlər sınmayan
vüqarımızdır” adlı
tədbir keçirilib. Mərasimi
giriş sözü ilə açan muzeyin direktoru Nailə Vəlixanlı 20
il öncə
Azərbaycan tarixinə
qanla yazılmış
faciə haqqında tədbir iştirakçıları
arasında üstünlük
təşkil edən məktəblilərə danışıb:
“20 yanvar tariximizin ən ağrılı günlərindəndir. O şənbə
gecəsi əliyalın,
köməksiz, silahsız
halda tankların önündə sipər olan insanlar sovet
rejiminin qurbanları və müstəqilliyimiz
uğrunda şəhidlər
kimi tarixə düşdülər. Şəhər başdan-başa qərənfillərə
qərq olmuşdu.
Anaların fəryadı şəhəri
başına almışdı.
Artıq 20 yanvardan 20 il keçir.
Hər il
bu günlə bağlı məktəblərdə
müəllimlər şagirdlərə
geniş məlumat verirlər. Biz hamımız
o şəhidlər kimi
Vətənimizin keşiyində
durmalı, Vətən
yolunda canlarından keçən insanları,
şəhidləri unutmamalıyıq”.
“Yeni İstedadlar”ın təmsilçisi
Cəfər Mənsimli
tədbirin əhəmiyyətindən
danışaraq, təşkilatçılara
minnətdarlığını bildirib: “Dekabr ayından fəaliyyət göstərən təşkilatımızın
əsas məqsədi
şagirdlərdə vətənpərvərlik
hissini aşılamaqdır.
Belə tədbirlər
məhz vətənpərvərliyin
təbliği kimi ali bir məqsəd daşıyır.
Gənclər bu cür mərasimlərdə fəal
iştirak etməlidirlər,
çünki keçmişimizi
bilməsək, gələcəyi
qura bilmərik”.
Tədbirdə Bülbül adına orta ixtisas məktəbinin
şagirdləri “20 Yanvar”
haqqında şeirlər
deyiblər.
Mərasimin sonunda muzeyin direktoru şagirdləri eksponatlara baxmağa dəvət edib.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.-
2010.- 20 yanvar.- S.7.