İncəsənət Muzeyində “Bakı: 20 Yanvar,
1990-cı il” adlı sərgi açılıb
R.Mustafayev adına
Azərbaycan Dövlət
İncəsənət Muzeyində
“Bakı: 20 Yanvar,
1990-cı il” adlı sərginin açılışı keçirilib.
APA-nın məlumatına görə,
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib
ki, həmin qanlı hadisələrdən
illər ötməsinə
baxmayaraq, xalqımız
o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə
öz dərin nifrətini bildirir: “Çox yaxşıdır
ki, İncəsənət
Muzeyində, Rəssamlıq
Akademiyasında, Rəssamlar
İttifaqında saxlanılan
əsərlərin arasında
məhz bu mövzuya həsr olunmuş çoxlu şəkillər var”. Qeyd edək ki, sərgidə Azərbaycanın tanınmış
rəssamlarının 20 Yanvar
faciəsilə bağlı
50-dən artıq əsəri
nümayiş olunur.
525-ci qəzet.-
2010.- 20 yanvar.- S.7.