Əbədiyyətə qovuşan Koroğlunun təqdimatı olub

 

Azərbaycan Kinematoqrafçılar İttifaqında 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar anım tədbiri keçirilib. APA-nın məlumatına görə, anım tədbirində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Koroğlu Rəhimova həsr olunanƏbədiyyətə qovuşan Koroğlu” 40 dəqiqəlik sənədli filminin nümayişi baş tutub. Tədbirdə çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi, xalq artisti Rasim Balayev 20 il bundan əvvəl törədilmiş faciədən danışıb. O bildirib ki, təqdim olunan filmdə şəhid Koroğlu Rəhimovun həyatı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar yer alıb. Şəhidin oğlu Rəşad Rəhimov bildirib ki, bu film insanlarda vətənpərvərlik ruhu aşılayır. O deyib ki, bu, atası haqqında çəkilən ilk filmdir. İttifaqın foyesində şəhid Koroğlu Rəhimova həsr olunmuş foto, sənəd kitab sərgisi nümayiş etdirilib.

 

 

525-ci qəzet.- 2010.- 20 yanvar.- S.7.