Peşəkar rejissor yazıçının təqdim etdiyiVicdan mühakiməsi

 

Yazıçı Ağalar İdrisoğlunun “Vicdan mühakiməsi” adlı kitabı işıq üzü görüb. Kitabda yazıçının ayrı-ayrı illərdə yazdığı millətimizin problemlərini, arzularını, istəklərini özündə əks etdirən hekayələrinin, povestlərinin, pyeslərinin kiçik bir hissəsi toplanıb. Müəllif kitabdakı bədii əsərlərində bu gün hamımızı düşündürən ictimai problemlərəlaqeydliyə, rüşvətə, insanın insana düşmən kəsilməsinə qarşı etirazını bildirir. Ziyalının, istedadlı insanların nadanlar tərəfindən alçaldılmasına qarşı çıxaraq, haqq səsini ucaldır, əsl həqiqəti yazaraq, bədii əsərləri vasitəsilə mübarizə aparır hamını da bu mübarizəyə səsləyir. “Önsöz əvəziyazıda müəllif xalqımız haqqındaunutqan, kin saxlaya bilməyən xalqdırkimi fikirlərilə razı olmadığını, əslində xalqımızın çox mübariz qoçaq olduğunu vurğulayır. Filologiya elmləri doktoru, yazıçı Zeydulla AğayevAğaların xarakterlər labirinti ya fəryadıbaşlıqlı yazısında müəllif Ağalar İdrisoğlunun peşəkar yazıçılığıyla yanaşı, rejissorluğundan da bəhs edir: “Yazıçılıq, dramaturqluq, publisistika onun ikinci yaradıcılıq sahəsidir. O, Moskvanın müqəddəs sənət ocaqlarından od alaraq respublikada teatr rejissoru işləyən çox az qisim sənətkarlardan biridir. Hər bir əsərinin süjet xəttini quranda sanki səhnə qurur, dəqiq mizanlar, teatrvari mühakimələr yaradır”. Z.Ağayev yazısında Ağalar İdrisoğlunun əsərlərindəki zaman, məkan müxtəlifliyindən danışır: “ Bu kitabda mövzu, məkan zaman müxtəlifliyi olsa da, əsərləri onun yaradıcı qəlbindən qopan ümumi bir fəryad birləşdirir həmin fəryadı eşitməmək mümkün deyil”.

Yazıçı qələmə aldığı hekayələr, novellalar, monoloqlar digər əsərlərdə qəhrəmanın dili ilə insanlara nəyin yanlış, nəyin doğru olduğunu çatdırır. Əsərin qəhrəmanının insan yaUçuq ev”, “Qarğalar”, “Təklənmiş aslanlar”, “Yeməkxana iti”, “Saralmış yarpaqolmasından asılı olmayaraq, müəllif insanları yalnız doğruluğa, xeyirxah əməllərə səsləyir. Kitabdakı əsərlərindən yazıçının istedadlı rejissor olduğu aydın nəzərə çarpır. Çünki yazıçı əksər qəhrəmanlarını səhnədə, ya da hər hansı əsərə quruluş verən rejissor kimi təqdim edir. Əksər əsərlərin sonluğu, demək olar ki, eynidir. Bu da müəllifin insanları həmişə mehriban, dünyanı sülh, əmin-amanlıq içində, rahat yaşamalarını görmək istəməsindən irəli gəlir. Yəni, yazıçı reallıqda görmək istədiyi cəmiyyəti əsərlərində əks etdirib. Yazıçının əsərlərində toxunduğu problemlər gündəlik həyata olduqca yaxındır. Bu da oxucunu kitaba cəlb edən əsas amillərdən biridir. Kitabda yer almış əsərlərdə sevgiyə real baxış öz əksini tapıb.

Vicdan mühakiməsiyazıçının oxucularla səkizinci görüşüdür. A.İdrisoğlunun indiyədəkİnan mənə”, “Ən xoşbəxt gün”, “Məhkəmədən əvvəl, məhkəmə ya kəfənini geymiş qoca”, “Ramiz İslamoğlu sorağında ya əkmə qəm ağacı”, “Dünya azərbaycanlıları” (müştərək), “Qaranlığı yaran işıq” (Maarif Teymurla birlikdə) Bir alim ömrünün salnaməsikitabları çap olunub.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 22 yanvar.- S.7.