Doğma yurda həsr olunmuş söz abidəsi
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü Bəhruzər Rüstəmovun
Qarğınsız adlı kitabı işıq üzü
görüb.
Kitab Şəmşədil
sultanlığının tarixi
ərazisi, ermənidə
qalan torpaqlar, Göyçə mahalı,
Qaraqoyunlu dərəsi,
Şəmkir çayının
sağ sahilindən Qərbə və Ağstafada Həsənsu boyunca Cənuba doğru uzanan İcevan rayonu barədə söz açılır. B.Rüstəmov XVIII əsrə qədər Gürcüstanın da xeyli hissəsinin Şəmşədil sultanlığının
ərazisinə daxil olduğunu göstərib.
Müəllif mənfur
qonşularımız tərəfindən
qəsb edilən Şəmşədil ( tovuzluların Qalakənd,
ermənilərin Berd adlandırdığı rayon) torpağını,
Ceyrançölü, Murğuz
yaylağını və
bu yerlərdə baş verən maraqlı əhvalatları
kitaba daxil edib. Qoturbulaq, Molla qayası,
Çoban dağı,
Metex- Mehdi qalası ilə bağlı əfsanələr
xüsusilə maraqlıdır.
Metex- Mehdi qalası barədə əfsanədə heç kimin qaça bilmədiyi bu qaladan Mehdi adlı bir qaçağın necə qurtulmasından bəhs edilir. Toplunun Qaçaqlar adlı hissəsində müəllif Ceyrançölün Bozalqanlı Qara Tanrıverdi, Qandal Nağı, Qaçaq Mehdi, Yaqublu Məcid Ağa və 30-dan artıq mövcud rejimə qarşı təhlükə sayılan qaçaqları olduğunu vurğulayıb. İgidlər, ərənlər yaylağı olan Yaqublu ( el arasında Yağıflı adlanan) kəndinin bədii təsviri də öz əksini tapıb. B.Rüstəmov özünün də mənsub olduğu Yasovullu nəslinin şəcərəsini kitaba daxil edib. Bundan başqa yazarın vaxtilə Tovuz qəzetində dərc edilmiş Dünya səndən kimlər keçdi, Müharibə gedir, Qarğınlar?, Bilirsinizmi, Müharibə oyunu, Tovuzlu gözü ilə dünyaya baxış və digər məzmunlu məqalələri, Tovuz və Şəmşədil camaatı ilə bağlı məzəli əhvalatlar da topluda yer alıb.
Kitabda Mülkülünün Qızıl qayasının, Koroğlu qayasının, Dəyirman gərdəyinin, Öysüzlünün Qulaqca və Plov dağının, Sultan körpüsünün, Sultan mədrəsəsinin, Şəmşədil sultanlığının ailə məqbərəsinin, Qərib Seyid və Alı Dədə ziyarətgahlarının və müəllifin ata yurdunun fotoları verilib.
Günel MUSAYEVA
525-ci qəzet.-
2010.- 22 yanvar.- S.7.