Xəlil Rzanın Cavid ömrü irsi ilə bağlı fikirləri bir topluda

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mənzum dramaturgiyamızın banisi Hüseyn Cavid haqqında Xəlil Rza Ulutürkün gündəliyindən seçmələr əsasında hazırlanmışMənim tanrım gözəllikdiradlı kitab çapdan çıxıb. Kitaba Xəlil Rzanın Cavid haqqında müxtəlif illərdə yazdığı, onun yaşadığı dövr, sənətə olan vurğunluğu barədə qeydlər, həmçinin müasirlərinin sənətkara ithaf etdikləri fikirləri daxildir. Əlyazmalar toplusu içərisində o dövrün ədəbiyyatşünaslıq- tənqid məsələlərinə aid qeydlər var. Kitabda təkcə xatirələr deyil, eyni zamanda Xəlil Rzanın yazdığı elmi məqalələri öz əksini tapıb. Həmin məqalələrdə onun Hüseyn Cavid barədəki fikirləri Cavid irsi ilə bağlı aparılmış tədqiqatlara verdiyi rəylər yer alıb. Onun İki qüdrət əl-ələməqaləsi teatr tənqidinə yönəlib. Xəlil Rza bu yazını görkəmli incəsənət xadimi Mehdi Məmmədovİblisfaciəsini tamaşaya hazırlayarkən yazıb, Hüseyn Cavidlə Mehdi Məmmədovuiki qüdrətadlandırıb. 1982-ci ildə H. Cavidin nəşinin Uzaq Sibirdən Vətənə gətirilməsi ilə bağlıNur heykəli Cavidimizadlı yazı da xüsusi maraq doğurur. Belə ki, şair həmin vaxt Cavidin nəşini Bakıya gətirən Həmid Cəfərov, Telman Əliyev Zakir Nəsirovdan bu barədə bəzi mühüm faktları sənədləri əldə edə bilib. Şairin həyat yoldaşı Firəngiz Ulutürk həmin materialları şairin arxivindən çıxararaq bu kitaba daxil edib.

Topluya daxil edilən qeydlərdə M.Müşfiq, Ə.Cəfər, R.Təhmasib, R. Zəka başqaları haqqında dəyərli fikir xatirələr öz əksini tapıb. Xəlil Rzanın R. HüseynovunVaxtdan uca” , R.ZəkanınCavid sənətikitabları barədə fikirləri, Cavidlər ailəsi, onların ədəbiyyata sənətə olan münasibəti ilə əlaqəli düşüncələri bu topludadır.

Toplunun tərtib edilib ərsəyə gəlməsi şairin həyat yoldaşı Firəngiz Ulutürkün zəhməti sayəsində mümkün olub.

 

 

Günel MUSAYEVA

 

525-ci qəzet.- 2010.- 22 yanvar.- S.7.