Yafəs Türksəsin yeni kitabı işıq üzü görüb

 

Şair-publisist Yafəs TürksəsinBaycanın simfoniyasıadlı kitabı çapdan çıxıb. Redaktoru Vüsal Ağayarov olan kitabda şairin müxtəlif illərdə yazdığı şeirlər, müsahibələr, məqalələr bədii publisistika nümunələri yer alıb. Onun yazdığıFasiləlişeirlər, “Solaxay xəbərlər”, “Neosimfoniyalar postmodern şeirlər bu kitaba daxildir. Şair yeni kitabında valideynləri haqqında poetik dillə söz açır. O, “Anamdan xatirələrşeirindəatam öləndən sonra daha çox sevməyə başladım anamı” – deyir. Qeyd edir ki, anası həyat yoldaşını itirəndən sonra bir çox işlərlə məşğul olub, “dərzi, türkəçaraçı, yorğan sırıyan, xalça-palaz toxuyankimi tanınıb, övladlarını bir qarın çörək üçün heç kimə möhtac qoymayıb.Atamdan xatirələr anasını atasının qarasınca deyinməsini qələmə alıb atasınıAllaha yaxın, hər işi düzbir insan kimi təsvir edib.

Kitabda şairin sevgiyə aid şeirləri üstünlük təşkil edir. “Qorxu”, “Bir gecənin nağılı”, “Bir sevgi uydurmuşam”, “Etüd”, “Sevgi sürprizləri”, “Mən bu məhəbbətin sonun bilirdim”, “Daha sevmirəm səni”, “Mələk sevgisi uydururam”, “Sevgi sualları...”, “Sana ve hiç kime digər şeirlər şairin ruhundan qələminə süzülən sevgi duyğularının ifadəsidir.

Qeyrəti ayağına dolaşan oğlan”, “Hümbət nağılı”, “Şikar əfsanəsi”, “Sapand daşı”, “Baxma taleyimə, qaraçışeirləri mili ağrı-acımız olan Qarabağ, onun uğrunda qəhrəmancasına qurban getmiş şəhidlər haqqındadır. “Tomrisim şair doğulubşeiri şair Məlahət Yusifqızının yaradıcılıq gününə həsr olunub. Bu şeirdə müəllif Məlahət Yusifqızının vətəninə, doğma yurduna bağlı bir yazar kimi səciyyələndirir.

Kitabın sonundaMüsahibələr məqalələrbölümü yer alıb.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 29 yanvar.- S.7.