“VI Beynəlxalq Türk İncəsənəti Sərgisi” açılıb

 

 Azərbaycan Tarix Muzeyində VI Beynəlxalq Türk İncəsənəti Sərgisinin açılış mərasimi gerçəkləşib. Sərgi “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (“Miras” MİÖK İB) və Türkiyənin “Akşehir Foto İlgilileri” dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə qonaqlar və tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərginin açılışından sonra Milli Azərbaycan Tarixi Muzeyi, Miras İctimai Birliyi və “ActiveMedia Şirkətinin birgə istehsalı olan, türk obalarının mənəvi mədəniyyətində axır çərşənbənin yerindən bəhs edənAxtaçı obası: Tərəkəmə çərşənbəsifilmi təqdim olunub. Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək sərgidə Azərbaycan və Türkiyənin incəsənət xadimlərinin, sənət ustalarının müxtəlif janrlarda dəyərli sənət işləri, xalılar, rəsm əsərlərinin nümayiş olunduğunu bildirib: “Şərqdən gətirilən elementlərlə Anadolunun yerli materialları və ənənəvi texnikası formasını itirmədən birləşib. Azərbaycanın möhtəşəm incəsənət və memarlıq keçmişi də daxil olmaqla, XI əsrdən başlayaraq Anadolu memarlığında söz sahibi olan səlcuqlar məscid, mədrəsə, türbə, karvansaray, mehmanxana, hamam, saray və körpü, eləcə də bir sıra müxtəlif tikililərin əsasını qoyublar. Onlar zaman-zaman inkişaf etib və digər əsaslı dəyişikliklərə nail olublar. Zaman keçdikcə fəth edilən Anadolu torpaqlarında da bu incəsənət anlayışı işlədilib. Türk incəsənəti tarix boyunca Anadolu və Orta Asiyada memarlıqdan naxışlamağa, ev sənətkarlığına qədər bir çox sahədə öz sözünü deyib”.

 Daha sonraTürk-islam incəsənəti və memarlığı” seminarında Fariz XəlilliMədəni irsimiz: İncəsənət, memarlıq və sənətkarlıq”, Mehmet Rıhtım “İslam incəsənəti: Xəttatlıq, miniatür, təzhib”, Ahmet AytacTürk incəsənətinin Qərb mədəniyyətinə təsirivə digər mövzularda məruzələr dinlənilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 2 aprel.- S.19.