Sehrbazlar dərəsihaqqındaLiteraturnaya qazeta”da resenziya dərc olunub

 

Rusiya yazarlarının nüfuzlu mətbuat orqanıLiteraturnaya qazeta”nın martın 23-də işıq üzü görmüş sayında son dövrlərdə bu ölkənin kitab mağazalarında rastlanan uğurlu nəşrlərdən söz açılır. Bunların sırasında ötən il Rusiyanın şimal paytaxtı Peterburqda nəşr olunmuşDolina Kudesnikov” (“Sehrbazlar dərəsi”) romanı haqqında ayrıca danışılır. Xatırladaq ki, görkəmli yazıçı Kamal AbdullanınSehrbazlar dərəsiromanını tanınmış rusiyalı yazar Lyudmila Lavrova rus dilinə tərcümə edib, əsər Sankt-Peterburqun məşhurZlatoustnəşriyyatında işıq üzü görüb. Rusiyanın mətbuat səhifələrində roman haqqında artıq bir neçə məqalə, araşdırma yazısı çap olunub.LQ”nin sözügedən sayındaSehrbazlar dərəsiromanı haqqında çap olunmuş resenziyada deyilir: “Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın yeni romanı fəlsəfi pritça janrında qələmə alınıb sakinləri məkanı zamanı idarə etməyə qadir olan Sehrbazlar Dərəsindəki qeyri-adi hadisələr haqqında söz açır. Bu əsər həyatında heç olmasa bir dəfə şərq nağıllarının sehrinə düşən sufi fikrinin zəngin xəzinəsi ilə maraqlanan hər kəsin xoşuna gələcəkdir. Roman kədərli hisslər doğurur, çünki burada həm haqsızlıqlar, amansızlıq qisas barədə danışılır. Göyüzünün rəngi Yerdə axan qanların rəngindən asılıdır” – əsərin qəhrəmanlarından biri belə deyir. Kitab əyani surətdə sübut edir ki, sırf realist janr kanonlarları çərçivəsində yazılmamış əsər son dərəcə ciddi, mənalı müdrik ola bilir. Burada təəccüblü heç yoxdur, axı ta qədim vaxtlardan bu yana bəşər övladının topladığı müdriklik miflərdə cəmlənmiş qorunub-saxlanmışdır. Ona görə nağıl-pritça-mif adi insan həyatı arasındakı qırılma heç kəsə xeyir gətirmir: “Ruhunu itirmiş torpaq heydən düşüb”.

 Literaturnaya qazeta”nın mütəmadi olaraq yazıçı Kamal Abdullanın yaradıcılığına müraciət etməsi əlamətdar hadisə sayılmalıdır. Bu, onun son illərdə getdikcə daha da populyarlaşan əsərlərinə verilən qiymətin təzahürüdür.

 

 

525-ci qəzet.- 2011.- 2 aprel.- S.29.