“Azərbaycan teatrı ilə
tanışlıq mənə mədəni və mənəvi
zənginlik bəxş edəcək”
Türkiyənin ünlü
iş və mədəniyyət adamı Yakup Almelek “525-ci qəzet”
vasitəsilə Azərbaycan Mədəniyyətini ürəkdən
salamlayır. İlk dəfə “Off Off Broadway”də səhnələşdirilən
bir türk tamaşası olan “Biznesmen- İş adamı”
adlı əsərinin videodiskini “525-ci qəzet”in oxucuları
və Azərbaycanın bütün mədəniyyət-sənət
və mətbuat dünyası ilə paylaşır. Almelek Türk teatr dünyasının Amerikada kəşf
edilən bir önəmli dram yazarıdır. Mədəniyyət,
sənət, təhsil xadimi və iş adamı Yakup Almelek
Cümhuriyyətin ilk dövründə – 30-cu illərdə
Ankarada dünyaya gəlib. Yenidən qurulan,
demokratikləşən bir ölkədə kiçik Yakupun
müvəffəqiyyətə doğru gedən yolu maraq
doğurur. Çox dəyərli yazar, şair,
tamaşalar müəllifi Yakup Almelek bizlərdən biridir,
ancaq əldəki nailiyyətləri, əsərləri və
yaradıcılıq əzmiylə bizlərə örnək
olacaq bir insandır...
– Uşaqlıq
dövrünüzdə də sanki bir böyük kimi,
yetkinliklə hərəkət etmisiniz... Sizdən
öyrənə bilərikmi, kimdir Yakup Almelek?
– 1936-cı ildə Ankarada
dünyaya göz açmışam. 3 il
sonra müharibə başladı. Müharibənin
gətirdiyi ağrı-acıların bir qismini biz də ailəlikcə
çəkdik. Çörəyin talonla
paylandığını gördüm. Həmin
o illər anamın da, atamın da bizləri yetişdirmək
üçün necə mücadilə etdiklərinin
şahidi oldum. Bütün bu
sıxıntılara, çətinliklərə baxmayaraq kitab
əllərindən düşmürdü. Hər ikisi davamlı mütaliə ilə məşğul
olan insanlar idi. Bu xüsusiyyət
uşaqlara da təcrübə və həssaslıq
aşılayır. İllər keçsə
də, kitab ailə üçün heç vaxt dəyərini
itirməyəcək “sevimli əşyaya” çevrilir.
– Türkiyə
Cümhuriyyətinin qurulub möhkəmlənən
dövründə doğulan Yakup Almelekin gözündə
Cümhuriyyət nəslinin bir fərdi olmanın
üstünlükləri nələrdir?
– Mənim nəslimin ən
böyük şansı Cümhuriyyət dövrünün
nümayəndəsi olmaq, xüsusilə də
Atatürkün rəhbərliyini görmək olub. Osmanlı İmperiyasından sonra Türkiyə
Cümhuriyyəti müasirliyə qədəm qoyaraq, incəsənət
aləmində də yeni-yeni uğurlar əldə etdi. Bunun üstünlükləri
saysız-hesabsızdır. Əlifba dəyişikliyi, seçki
islahatı və başqa yenilikçi addımlar...
– Mədəniyyət, təhsil
və sənət sahəsinə yönlənməyinizdə
ailənizin nə kimi rolu olub?
– Ailəlikcə mədəniyyət
mərkəzlərinə gedərdik. Dünyaşöhrətli
pianoçu İdil Bireti də ilk dəfə ailəmlə
dinləmişəm. Teatrı da belə
sevmişəm. Bu gözəl xüsusiyyətləri
də məhz ailəmdəki mühitə borcluyam.
– Siz bu cür sənətə
bağlı olduğunuz halda, rahat, zadəgan tipli
yaşamı seçmək əvəzinə, təməli
riyaziyyata bağlı bir təhsil alıb, İstanbul
Universitetinin qapılarını açdınız. Ankaradan sonra mədəni sahədə
İstanbuldakı fəaliyyətləri və inkişafı
necə qiymətləndirərdiniz?
– Ankarada ailə daxilində
həmişə iş həyatı ilə bağlı fərqli
məqamlar görmüşəm. Atamın
heç vaxt ticarətə marağı olmayıb. Bir-iki cəhdi də uğursuzluqla nəticələnmişdi.
Bunun ardınca da o vaxtlar ən ciddi kitabxanalardan
biri olan AKBA müəssisəsində
çalışmağa başlamışdı. Mən
isə iş həyatımla yanaşı, çox sevdiyim ədəbiyyata
da laqeyd yanaşmırdım. Ancaq güzəran
qurmaq naminə iqtisadi təhsil almağa qərar verdim. Və elə bu səbəbdən 1955-ci ildə ailəlikcə
İstanbula köçdük. Atam ora
çatar-çatmaz özünə iş tapdı. Mən də o vaxtkı adıyla desək, Yüksək
İqtisad və Ticarət Okuluna getməyə başladım.
Biz
– Təhsilinizlə
yanaşı, həyat məktəbinizdə də öndəriniz
olaraq sizi yetişdirən ustadlarınız kimlər olub?
– Dayılarım mənə
ticari baxımından dəstək olublar, bilgi veriblər. Çətinliyə düşdüyüm zamanlarda
da elə onlara müraciət etmişəm.
– İş və bitmək
bilməyən sevimli sənət! Bu
doyumsuzluğun altında nə gizlənir?
– Çox sevilən şeylər
insanda doyumsuzluq yarada bilər. İş həyatı
insanı və onun ailəsini dolanışıq baxımından
təmin etdiyi kimi, mədəni fəaliyyətlər də
insanda ruh yüksəkliyi yaradır.
– Həyat yoldaşınız Ester Almelek də sizin kimi öz sənətinə bağlı insandır. Almelek Sanat Qalereyası da bambaşqa bir dəyərə malikdir. 20 ili arxada qoyan bu müvəffəqiyyət hekayəsini bizlərə xülasə şəklində açıqlaya bilərsinizmi?
– Ailə qurduğumuz zaman həyat yoldaşımın xüsusilə rəsm sənətinə marağının şahidi oldum və şərait yaranan kimi Almelek Sənət Qalereyasını yaratdıq.
– Ailə şirkəti, ailə qalereyası, ailənin övladları, mədəniyyət və sənət... Övladlarınızı da bu minvalla tərbiyələndirmisiniz?
– Mən uşaq vaxtı yaşadıqlarımı öz övladlarıma da aşılamağa çalışdım. Onları incəsənət sahəsində çalışmağa sövq edim. Qızım bu gün İzmirdə, 9 Eylül Universitetində mədəniyyət tarixindən dərs verir. Oğlum da ticarət və sənaye şirkətində baş müdirdi. Övladlarım musiqiyə də xüsusi həvəs göstərirlər, özlərinin bəstələri var.
– Köşə yazılarınız, qısametrajlı filmlər, tamaşalar, musiqi mətnlərilə Yakup Almelek öz oxucularına bu fərqli sahələrdə nələri izah etməyə çalışır?
– Ədəbiyyat ürəkaçan bir məşğuliyyətdir. Təbii ki, yazarkən oxucuya nəsə çatdırmağa səy göstərirsən. Bu da oxucunun qavramaq, götürmək qabiliyyətinə görə dəyişir.
– Teatr istəyi sizin üçün dərin bir bağlılıqdır. Amma nəyə görə məhz teatr?
–
Çünki teatr həyatın böyük bir hissəsidir. Şekspirin dediyi kimi həyat
böyük bir səhnədir. Pərdə
açıldığı zaman o səhnəni və orada
özünü görürsən. Mən
də yazarkən özümün və başqalarının
xəyalından keçənləri nümunə
götürürəm. Və beləcə,
gerçəkliklə təmasda olmaq istəyirəm. Oxuculara da bu hissi daddırmaq arzusundayam.
– Tamaşalarınızda ən
çox hansı mövzulara üstünlük verirsiniz?
– Əsasən iş həyatı
ilə bağlı mövzular diqqətimi daha çox çəkir.
Şübhəsiz ki, bunun başlıca səbəbi mənim
də iş dünyası içində olmağımdır.
– Əsasən
nələri hədəfə alırsınız? Tamaşa qəhrəmanlarınız
kimlərdir? Sizə bənzər qəhrəmanlardır,
yoxsa daha çox təsəvvürlərinizdə, xəyalınızda
canlandırdığınız insanlardır?
– İnsanları hədəfə alıram. Qəhrəmanlar isə həqiqi də ola bilər, xəyali qəhrəmanlar da. Bu günə qədər yalnız təsəvvürlərimdən yararlandığımı desəm, yanılmış olaram.
– Türkiyədə çeşidli teatrlarda tamaşalarınız səhnələşdirilib. Rejissorların yozumunu necə qiymətləndirirsiniz?
– Rejissorların yozumunda tamaşaya bağlılıq hiss olunur, bu da məni olduqca məmnun edir.
– Ardınca bir röyanız gerçəyə çevrildi. Dünyanın teatr nəbzinin vurduğu “Off Off Broadway” teatrında tamaşanız səhnələşdirildi... bu proses necə gerçəkləşdi? Bu müvəffəqiyyəti addım-addım təsvir edə bilərsinizmi?
–
Tamaşalarımın dünyanın hər yerində səhnələşdirilə
biləcəyinə və böyük marağa səbəb
olacağına əmin idim. “Off Off Broadway” teatrında Richmond Shepard truppası da bu
ilki mənə yaşatdı. İndi də bir
çox fərqli ölkələrdən məlumatlar
alıram. Bunlardan biri də çox məşhur
Azərbaycan teatrı tərəfindən reallaşdı.
– Premyera günü və
sonrakı günlər həyəcanlı olub... Axı ilk dəfə bir türk sənətçinin
əsəri bu mərtəbəyə ucalmışdı.
İlk olmaq – Teatr və kinonun World Trade Centerinədə.
Bu necə bir duyğudur?
– Mən deyərdim ki, bu
tayı-bərabəri olmayan qeyri-adi bir duyğudur. Tamaşanız oynanılır və siz də bunu
seyr edərkən mərhələ-mərhələ,
olub-keçənləri yada salıb qürur duyursunuz.
– Biz də bu müvəffəqiyyətinizi
Azərbaycan teatr dünyasına daşıyaraq, sizi və əsərlərinizi
tanıtmaq istədik. Doğrusu, sizi Bakıda
hansı tamaşayla görəcəyimizi səbirsizliklə
gözləyirəm. Siz Bakıya və Azərbaycan
teatrına dair nələr deyə bilərsiniz?
– Azərbaycan teatrı ilə
tanışlıq mənə mədəni və mənəvi
baxımdan zənginlik bəxş edəcək. Ürəyimdən
bunlar keçir: Bakıya gəlmək və orada
mümkün olduğu qədər çoxlu tamaşa izləmək.
Hətta bundan əlavə, Azərbaycan musiqisi və rəsm əsərləri
ilə də yaxından
- Uğurlarınız daimi
olsun. Təşəkkürlər, hörmətli Yakup Almelek!
525-ci qəzet.- 2011.- 2 aprel.- S.16-17.