Türk dramaturqu Yakub AlmeleyinOff, Off Brodvey” göstərilən pyesinin diski Bakıda təqdim olunub

 

 Azərbaycan Teatr Xadimləri İttifaqında türk dramaturqu Yakup AlmeleyinBiznesmenpyesinin diskinin təqdimat mərasimi gerçəkləşib. Pyes məşhur “Off, Off Brodvey” (“Off, Off Broadway”) Teatrında səhnələşdirilib.

Mərasim tanınmış prodüser Annie Wardın səhnələşdirdiyiBiznesmenpyesinin tamaşasının nümayişi ilə başlayıb. Daha sonra Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov çıxış edərək türkiyəli yazarın əsərinin məşhur bir teatrda səhnələşdirilməsinin böyük hadisə olduğunu diqqətə çatdırıb. İttifaq rəhbəri “Off, Off BrodveyTeatrının Brodvey Teatrına alternativ kimi yaradıldığını diqqətə çatdırıb: “Hazırda bu cür teatrlar olduqca dəbdədir. Onlar dəbdəbədən imtina edir, sadə məzmunlu tamaşalara üstünlük verirlər. Yenilik axtaran rejissorlar məhz bu səhnələrə üz tuturlar. Bu teatrlara baxmaq üçün isə neçə ay öncədən növbə gözləmək lazımdır”.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Azərbaycanda bu diskin yayılması işini rəhbərlik etdiyi qəzetin həyata keçirdiyini bundan məmnunluğunu vurğulayıb: “Biz bu işin təşəbbüskarı olan türkiyəli teatr xadimi Emre Erdemlə ilk dəfə Bakıda keçirilən Beynəlxalq Teatr Festivalında tanış olduq. Bu tanışlıq daha sonra Türkiyəyə səfər zamanı genişləndi. Diskin təqdimatının Bakıda həyata keçirilməsi təklifi gələn zaman çox məmnuniyyətlə qəbul etdik. Sözsüz ki, bu hadisə Türkiyə teatr xadimləri ilə yanaşı, Azərbaycandakı mədəniyyət adamlarını sənətsevərləri sevindirir. Türk yazarının əsərinin “Off Off Brodvey”də səhnələşdirilməsi, sözsüz ki, böyük uğurdur. Bu uğurun Azərbaycan yazarlarına da nəsib olmasını arzulayıram”.

 Bakıda qonaq olan, UNESCO-nun Teatr İnstitutunun təmsilçisi, Yakup Almeleyin yaxın dostu Emre Erdem diskin Azərbaycanda təqdimatından məmnunluğunu dilə gətirib. O, 76 yaşlı Yakup Almeleyin təşəkkürünü iştirakçılara çatdırıb Azərbaycandan dəstək görməyin onları sevindirdiyini deyib. Azərbaycan yazarlarının da əsərlərinin bu cür teatrlarda oynanılmasını arzu edən E.Erdem, bu yolda öz səylərini əsirgəməyəcəklərini bildirib.

Türk yazarının əsərinin “Off, off Brodvey”də oynanılmasından fəxrlə söz açan teatrşünas Məryəm Əlizadə bu uğurlu başlanğıcın Azərbaycan sənət mühiti üçün zəruri təkan olacağına əminliyini bildirib. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu tamaşanı türk dünyasının mədəniyyət hadisəsi kimi dəyərləndirib. Tamaşanın ölkə teatrlarında da səhnələşdiriləcəyinə inandığını dilə gətirib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 5 aprel.- S.7.