Fərqanə Qasımova: “Atam
narahat idi ki...
“ Dünya şöhrətli muğam
ustası, xalq artisti Alim Qasımov
və qızı, əməkdar artist Fərqanə
Qasımova növbəti
qastrol səfərindən
dönüblər.
Muğam ifaçıları bu dəfə də fransızları heyran qoyublar. Səfər barədə
Lent.az-a məlumat verən Fərqanə Qasımova bildirib ki, onlar
Parisdə iki konsert proqramı ilə çıxış
ediblər. Hər iki konsert fransızların
böyük marağına
səbəb olub və alqışlarla qarşılanıb: “Çox
şükür, budəfəki
səfərlərimiz də
uğurlu keçdi. Tamaşaçılar o qədər
alqışladılar ki...
Düzdür, atam narahat idi ki, birdən
səsi sözünə
baxmaz. Çünki
bir az
nasaz idi. Amma ustalığı burda da özünü göstərdi. Qayıdan kimi
ilk növbədə konsertlərin
videoyazısını izlədik.
Əmin olduq ki, yox,
atam yenə gözəl oxuyub. Hətta anama o qədər ləzzət etdi ki,
göz yaşlarını gizlədə bilmədi”.
Fərqanə
Qasımova qeyd edib ki, bu səfər zamanı növbəti təklif
də irəli sürülüb. Onlar gələn il də
eyni ölkədə konsert verəcəklər.
525-ci qəzet.- 2011.- 5 aprel.-
S.7.