İsrafil İsrafilov Polşada yerli teatr xadimlərilə əməkdaşlıq məsələlərini
müzakirə edir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
direktoru İsrafil İsrafilov Polşaya gedib. Bu barədə APA-ya
məlumat verən direktor deyib ki, səfər Polşa teatrları ilə əməkdaşlıq
məqsədi daşıyır.
İ. İsrafilov qeyd
edib ki, səfər çərçivəsində
o, Polşa Milli Dram Teatrı,
Polşa Krakov Teatrı, Varşavanın
İncəsənət Universitetində
olacaq. Eləcə
də Xarici İşlər Nazirliyinin
təşkilatçılığı ilə Polşanın bir sıra tanınmış
rejissor, dramaturq, tənqidçiləri ilə
dəyirmi masalar keçiriləcəyini deyib:
“Burada qarşılıqlı
rejissor mübadiləsi
haqqında müzakirələr
aparılacaq. Azərbaycanlı
rejissorların, o cümlədən Azərpaşa
Nemətovun Polşa teatrında tamaşa qoyması məsələsini
danışacağıq. Bununla
bərabər, görüşlər
zamanı müasir dramaturqlarımız Elçin,
Kamal Abdulla, Afaq Məsudun əsərlərini Polşa
səhnəsində qoyulması,
klassiklərimizin əsərlərinin
səhnələşdirilməsi yönündə söhbətlər
aparacağıq”.
Milli Dram Teatrının rəhbəri
deyib ki, bu səfər çərçivəsində
Polşa teatr rəhbərləri, eləcə də
yaradıcı heyət Azərbaycan teatrı haqqında ətraflı
bilgilər veriləcək. Onun sözlərinə görə,
qarşılıqlı əlaqələrin qurulması və
mədəniyyətlərarası mübadilənin yüksək
səviyyədə baş tutması üçün iki
ölkə teatrlarının bir-birini tanıması vacibdir.
525-ci qəzet.-
2011.- 5 aprel.- S.7.