Qara Qarayev
adına IV Beynəlxalq Müasir Musiqi Festivalı davam edir
Muzey Mərkəzində Qara Qarayev adına
IV Beynəlxalq müasir
musiqi festivalı çərçivəsində elmi-praktik konfrans gerçəkləşib.
Konfransda dahi Azərbaycan
bəstəkarı Qara
Qarayevin bu sahədəki əvəzsiz
xidmətlərindən, dünya
musiqi xəzinəsinə
bəxş etdiyi ölməz sənət əsərlərindən ətraflı
danışılıb.
Rusiyalı musiqişünas alim Rauf Fərhadovun sədrliyi ilə keçən konfransda “Qara Qarayev: XXI əsrdən baxış”,
“Karlhayns Ştokhauzenin
səs dünyasında
gestalt problemi”, “Musiqidə
intertekstual problemlərə
dair”, “Messiaen: XXI yüzilliyin bəstəkarı”
və digər mövzularda məruzələr
səsləndirilib.
Konfransda Azərbaycan adına
və musiqisinə dünya şöhrəti
bəxş edən şəxsiyyətlər arasında
böyük bəstəkar,
pedaqoq və ictimai xadim Qara
Qarayevin xüsusi yeri bir daha
diqqətə çatdırılıb.
Sənətdə daim
yeni axtarışlar sorağında olan bəstəkarın dahi şair Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından
bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika Respublikası yazıçısı
Piter Abrahamsının
romanı əsasında
yazdığı “İldırımlı
yollarla” baletləri dünyanın bir sıra ölkələrində
böyük müvəffəqiyyətlə
nümayiş etdirilib.
Konfransda müasir musiqinin
elmi və nəzəri üslubları,
bu üslubların inkişaf mərhələləri
və bu inkişafa təkan verən amillər, belə musiqilərin geniş dinləyici auditoriyası qazanmasının
sirri və digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edənlər
həmçinin təşkil
olunan belə festivalların sənət
adamlarının, bəstəkarların,
musiqi nəzəriyyəçilərinin
yaxından
Adıçəkilən festival çərçivəsində daha bir konsert
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrında baş tutub. Almaniyanın “Ensemble Ascolta” ansamblı
konsert proqramı ilə çıxış
edib.
“Klangfarben und Lichtmusik” (“Tembr və işıq”)
adlı konsertdə XX
əsrin əvvəlində
çəkilmiş eksperimental
ruhlu səssiz, qısametrajlı filmlər
üçün yazılmış
xüsusi əsərlər
ifa edilib. Titus Engelin
dirijorluq etdiyi konsertdə Markus Şvind və Endryu Digbi trombonda, Hubert Steiner
bas gitarada, Martin Homan və
Boris Müller zərb
alətlərində, Florian
Holeşer pianoda, Erik Borqir violonçeldə ifa ediblər. Əvvəllər Almaniyada da bir çox festivallarda nümayiş olunan vizual elementlərlə
zəngin konsert dinləyicilər tərəfindən
böyük maraqla qarşılanıb.
Ötən gün isə Muzey Mərkəzində “Karlhayns Ştokhauzenin dünya teatrı” filminin təqdimat mərasimi gerçəkləşib. 1984-cü ildə Qərbi Almaniya radiosu (WDR) şirkəti tərəfindən
çəkilmiş ekran
əsəri XX əsrin
dahi bəstəkarlarından
olan Karlhayns Ştokhauzenə həsr edilib.
Təqdimat mərasimində K.Ştokhauzen
yaradıcılığının tədqiqatçısı Arina
Kritskaya bəstəkarın
həyat və yaradıcılığından, dünya musiqi xəzinəsinə bəxş
etdiyi ölməz sənət əsərlər
haqqında fikirlər
səsləndirilib. Çıxış edənlər K.Ştokhauzenin
hələ ötən
əsrin 60-cı illərində
dünya musiqi sənətinin qeyri-adi istedada, güclü potensiala malik şəxsiyyətlərindən biri kimi tanındığını
və ömrünün
sonunadək bu məşhurluğu qoruduğunu
diqqətə çatdırıblar.
A.Kritskaya yeddi operadan ibarət “İşıq”
heptologiyası bəstəkarın
ömrünün 25 ilindən
çoxunu sərf edərək ortaya qoyduğu və yaradıcılığının son dövrünü əks etdirən şah əsəri olduğunu çıxışında önə
çəkib. Filmdə musiqi avanqardının
sayca ikinci-”Şənbə”
operası təqdim olunur. Silsilənin dramaturgiyasına görə, şənbə
Lusiferin günüdür.
Lusifer həm silsilənin, həm də mistik və kosmik qüvvələrin üç əsas personajından (Yeva və Mixael) biridir. K.Ştokhauzenin
mifologiyasında Lusifer
“təmiz ruh”un
varlığını təsdiqləyir
və istənilən
növ maddi mövcudluğu inkar edir.
Təqdimat mərasimində həmçinin, K.Ştokhauzen
yaradıcılığının tədqiqatçısı Arina
Kritskaya bəstəkarın
dünya musiqi xəzinəsinə bəxş
etdiyi ölməz sənət əsərlərindən
danışılıb.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 6 aprel.- S.7.