Nizami Cəfərov: “Yaradıcılıq təşkilatları yaradıcı şəxslər haqqındaayrıca qanuna ehtiyac var

 

PARLAMENTİN MƏDƏNİYYƏT KOMİTƏSİNİN SƏDRİ HESAB EDİR Kİ, YENİ FƏALİYYƏTƏ BAŞLAMIŞ “MƏDƏNİYYƏT” KANALINDA PEŞƏKARLIQ ADDIMBAŞI YÜKSƏLDİLMƏLİDİR

 

Nizami müəllim, təxminən ay yarım öncə komitənizin müzakirəsinəMədəniyyət haqqındaqanuna böyük dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin ilkin variantı çıxarılmışdı. Ötən müddət ərzində qanun layihəsi üzərində işlər davam etdirilibmi onun yaz sessiyasının plenar iclasının müzakirəsinə tövsiyə olunması nəzərdə tutulurmu? 

Qeyd edim ki, sözügedən sənəd üzərində işlər xeyli intensivləşib. Biz onu təkmilləşdirdikdən sonra yenidən komitəmizin müzakirəsinə, sonra isə yaz sessiyasının sonlarına kimi plenar iclasın müzakirəsinə təqdim edəcəyik. Hər halda sənəd üzərində işlər davam etdirilir. 

İndiyə qədər sözügedən qanunla bağlı təkliflər, iradlar, həmin sənədə ediləcək dəyişikliklərdə tam nəzərdə tutulacaqmı, yoxsa Mədəniyyət Məcəlləsinin işlənilib hazırlanması onun parlamentin müzakirəsinə təqdim olunması variantına üstünlük veriləcək?

Biz bunu da nəzərdən keçiririk. Amma ya ola bilsin ki, müzakirəyə çıxarılacaq layihə dəyişikliklər şəklində ortaya qoyulsun, ya da ola bilsin ki, “Mədəniyyət haqqındaayrıca bir qanun layihəsi hazırlanıb təqdim olunsun. Hələlik Mədəniyyət Məcəlləsinin hazırlanması variantı üzərində konkret müzakirələr getmir. Lakin gələcəkdə bu da istisna deyil. 

Nizami müəllim, üçüncü çağırış parlamentdə birinci oxunuşun müzakirələrindən keçən, lakin sonra müzakirələri dayandırılanYaradıcılıq təşkilatları yaradıcı şəxslər haqqındaqanun layihəsi necə, gələcəkdəMədəniyyət haqqındaqanuna edilməsi nəzərdə tutulan dəyişikliklərə yaxud bu yöndə ayrıca qanun layihəsinin mətninə daxil edilə bilərmi? 

Bununla bağlı əsas məsələlər, əsas prinsiplər, təbii ki, həmin dəyişikliklərə daxil ediləcək. Ancaq mən hər halda belə hesab edirəm fikirləşirəm ki, “Yaradıcılıq təşkilatları yaradıcı şəxslər haqqındaayrıca qanuna ehtiyac var. Mənim şəxsi qənaətimcə, orada – “Mədəniyyət haqqındaqanunda cəmi bir neçə maddə ilə bu münasibətləri tənzimləmək mümkün deyil. Ona görə bu yöndə ayrıca qanuna ehtiyac duyulur. 

Ümumiyyətlə, “Mədəniyyət haqqındaqanunda nələri dəyişmək istəyirsiniz? 

– “Mədəniyyət haqqındaqanunun qəbulundan 10 ildən xeyli müddət keçir. Bu sənəd 90-cı illərin ortalarında qəbul olunub. O zaman ölkəmizin indiki kimi imkanları da mövcud deyildi. Söhbət maddi imkanlardan, dünyaya inteqrasiya imkanlarından, müasir dünyada mədəniyyət siyasəti necə yürüdülür, bu imkanlardan sairdən gedirdi. Ancaq ölkəmiz son illər bütün sahələr xeyli inkişaf etdiyinə görə indi bu sahədə imkanlarımız xeyli genişdir. Belə demək mümkünsə, daha doğrusu bir qədər dəbdəbəli çıxmasın, mədəniyyətlə bağlı prioritet sahələr əmələ gəlib. Bundan başqa, incəsənətin idarə olunması özü çox ciddi bir məsələdir. Biri var incəsənətin istehsalıbunun özü mürəkkəb bir prosesdir, hadisədir, biri var incəsənətin istehlakı məsələsi. Burada mütləq bazar iqtisadiyyatı məsələsi rol oynamalıdır, burada prodüser anlayışı çox vacibdir. Bu barədə bir çoxlarının, təəssüf ki, təsəvvürü belə yoxdur. Bununla yanaşı, sənət əsərlərinin bazara çıxarılmasının texnologiyaları var ki, onlar müəyyənləşdirilməlidir. Daha sonra yaradıcı şəxsiyyətin qorunma məsələsi burada öz əksini tapmalıdır. Bundan savayı, yaradıcılıq qurumlarının, təşkilatlarının vəziyyəti məsələsionlar şəkildə işləməlidirlər, dövlət yaradıcılıq qurumları münasibətləri, qeyri-hökumət təşkilatları yaradıcılıq təşkilatları münasibətləri məsələsi sair burada nəzərdə tutulmalıdır... 

Amma o da etiraf edilməlidir ki, bu sahədə xeyli problemlər var. 20 ilə yaxındır bazar iqtisadiyyatına keçilib, ancaq mədəniyyət sahəsi bu məsələdə hələ öz yerində sayır... 

Doğrudur, hələ , belə demək mümkünsə, bu sahədə bazar münasibətlərinə keçilmir. Hər bir yazı-pozu adamı da, açıq deyək, yardım gözləyir, dövlət mükafatları umur faktiki olaraq hər bir yaradıcı adamın yaşayışı bu gün, demək olar, dövlət tərəfindən təmin olunur. Ona görə elə bilirəm ki, bu sahədə müəyyən prinsiplər müəyyənləşdirilməlidir. Ən azından tədricən bu münasibətlərə keçilsin. Məhz bu baxımdan da prodüser, incəsənətin idarə olunması sair məqamlarınMədəniyyət haqqındaqanuna edilməsi nəzərdə tutulan dəyişikliklərə salınması gözlənilir... 

Eyni zamanda, sanki bunlar həm keçmiş sovet psixologiyasından, mentalitetindən qalma məsələləridir ki, biz bunları dəyişə bilmirik...

Əslində belədir, adətən, cəmiyyətin müəyyən sahələri olur ki, ora reformasiya bir az gec daxil olur. Mədəniyyət, incəsənət sahəsində belədir. Sovet dövründə bu sahə hakim ideologiyanın tərkib hissəsi olduğuna görə orada reformalar, dəyişikliklər özünü çox gec ləng göstərirdi. Leninin məşhur bir sözü var idi ki, ədəbiyyat partiya işinin təkərciyi vintciyi olmalıdır. İndi maşın özü dəyişib, amma bu dəfə vintcik, təkərcik öz işini normal yerinə yetirə bilmir. Dövlət sifarişləri olacaq, başqa məsələlər olacaq, amma o yaradıcılıq hadisəsinin əsas spesifikası olmalıdır ki, gəlir gətirsin... 

Sizcə, bu gün bu sahədən yaxşı gəlir götürmək imkanları mövcuddurmu? 

Elə bilirəm ki, bunun üçün müəyyən imkanlar mövcuddur. Sadəcə, bu mexanizmi işlətmək lazımdır. O mexanizmdə mürəkkəblik var ki, onu işlətməyi bacarmaq gərəkdir... 

Bəs dövlət bu işə dəstək verə bilər? 

Dövlətin layihələri ola bilər ki, yaradıcı insanlar orada iştirak edə bilsin. Yəni, dövlət sifarişləri olmalıdır. Bu, müasir dünyanın hər yerində var. İstər-istəməz təbliğatın mühüm bir forması incəsənətdir. Sənətkarlar da müəyyən oriyentasiyalara bölünürlər. Bu, bütün dünyada belədir bizdə belədir. 

Son olaraq, yeni fəaliyyətə başlamışMədəniyyətkanalı barədə fikirlərinizi bilmək istərdik, onun işindən razısınızmı? 

Mənə elə gəlir ki, başlanğıc üçün yaxşıdır. Amma peşəkarlıq hər addımbaşı yüksəldilməlidir. Bu olmasa, çətin olacaq. Hər halda bu kanalın açılması özü böyük hadisədir. Kanalın gələcək fəaliyyəti, belə demək mümkünsə, bizim yaradıcı insanlarda həmin kanalın rəhbərliyindən asılıdır. Mənə elə gəlir ki, onlara da hər cür şərait yaradılıb. Bu baxımdan, nikbin mövqedəyəm.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 6 aprel.- S.7.