Bakı Dövlət Universitetində Elmi Şuranın
iclası olub
Dünən Bakı Dövlət
Universitetində (BDU) Elmi Şuranın iclası keçirilib.
Tanınmış alimlərin, təhsil işçilərinin
iştirak etdikləri iclasda çıxış edən
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
prezident İlham Əliyevin elm və təhsilin
inkişafına daim böyük önəm verdiyini
vurğulayıb. Cəmiyyətin inkişafında elm və təhsilin
mühüm rolunu xatırladan rektor BDU-da bu sahənin
inkişafı üçün həyata keçirilən tədbirləri,
qazanılan uğurlar haqda ətraflı məlumat verib.
2010-cu ildə
aparılmış elmi-tədqiqat işləri haqqında məlumat
verən BDU-nun elmi işlər üzrə prorektoru
İsmayıl Əliyev bildirib ki, universitetinin 17 fakültəsinin
126 kafedrasında, 2 elmi tədqiqat institutunda, 3 elmi tədqiqat
mərkəzində, 24 elmi tədqiqat laboratoriyasında elmin
müxtəlif istiqamətlərinə aid tədqiqatlar
aparılır.
Ötən il BDU-da təbiət
və humanitar elm sahələrini əhatə edən 81 istiqamətdə
221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilib. Hesabat
ilində universitetdə professor-müəllim heyəti və əməkdaşlar
tərəfindən 65 monoqrafiya, 101 kitab, 107 dərslik, 114 dərs
vəsaiti, 2747 məqalə nəşr edilib. BDU əməkdaşları
tərəfindən bu universitetin sahibliyi ilə 9 patent
alınıb. Ötən il universitetdə 4 daimi dissertasiya
şuralarında 8 nəfər doktorluq, 60 nəfər fəlsəfə
doktorluğu dissertasiyası müdafiə edib. BDU-da fəaliyyət
göstərən birdəfəlik dissertasiya şuralarında
6 doktorluq, 24 ixtisas üzrə fəlsəfə doktorluq
dissertasiyaları müdafiə edilib. Onlardan 3 nəfəri
xarici vətəndaşdır.
İ.Əliyev deyib ki, ötən
il BDU-nun əməkdaşları tərəfindən 35 beynəlxalq
və respublika daxili elmi layihələr həyata
keçirilib.
S.QARAYEVA
525-ci qəzet.- 2011.- 6 aprel.-
S.7.