Azərbaycanda tarixi abidələr qoruqlarla bağlı dövlət proqramı hazırlanıb

 

Azərbaycanda tarixi abidələr qoruqlarla bağlı dövlət proqramı hazırlanıb. APA-nın məlumatına görə, bu barədə mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib. V. Əliyevin sözlərinə görə, sözügedən proqram rəylərin toplanması üçün Nazirlər Kabinetinə verilib. Hökumətdə müzakirələrdən sonra yaxın vaxtlarda proqramın təsdiqlənməsi gözlənilir: «Proqramda tarixi abidələrin qorunması, pasportlaşdırılması, sərhədlərinin müəyyənləşdirilməsi sairə məsələlər əksini tapır. Bu proqram qəbul olunduqdan sonra Azərbaycanın ermənilərin işğalı altındakı ərazilərində yerləşən abidələrlə bağlı ayrıca addımların atılması planlaşdırılır».

Nazir müavini əlavə edib ki, işğal olunmuş ərazilərdəki abidələrin vəziyyəti ilə bağlı UNESCO tərəfindən araşdırmaların aparılması mümkündür. Qarabağdakı tarixi abidələrin ermənilər tərəfindən dağıdılmasına saxtalaşdırılmasına dair Azərbaycanda kifayət qədər faktların olduğunu deyən V.Əliyev rəsmi Bakının beynəlxalq təşkilatları bununla bağlı araşdırmalara çağıracağını vurğulayıb.

 

 

525-ci qəzet.- 2011.- 8 aprel.- S.7.