“Musavat” qurultayında
“MÜSAVAT” PARTİYASI –
100
Bu ilin oktyabrında “Müsavat” partiyasının yaranmasının 100 ili tamam olur. “Musavat” partiyası təkcə Azərbaycanda deyil, bütün türk və İslam aləmində yaranan ilk həqiqi demokratik istiqlalçı bir siyasi partiya idi. Qısa müddətdə Zaqafqaziyanın ən güclü siyasi partiyasına çevrilmiş “Müsavat” hər şeydən əvvəl müstəqil milli dövlətimiz – 1918-ci il 28 mayda elan edilmiş AXC-nin yaradıcısıdır. XX əsr Azərbaycan tarixi salnaməsinə “Müsavat dövrü”, “Müsavat hakimiyyəti” anlayışları təsadüfi daxil olmamışdır. Müsavatçılıq təkcə partiya anlayışı ilə məhdudlaşmır. Bu müstəqillik, müasirləşmək, azərbaycançılıq, dünyanın demokratik dövlətlər cərgəsində öz yerini tutmaq anlayışıdır. Yubileylə əlaqədar partiyanın 1919-cu ilin dekabrında – yəni müstəqillik dövründə keçirilmiş yeganə II qurultayının Ü.Hacıbəylinin redaktoru olduğu “Azərbaycan” qəzetində dərc olunmuş rəsmi hesabatları böyük maraq doğurur. Qeyd edim ki, elə qurultayı mətbuat adından da Üzeyirbəy təbrik etmişdi. Ərəb əlifbasından müasir əlifbaya çevirdiyim həmin yazıları “525-ci qəzet”in oxucularına təqdim edirəm. Transliterasiyanın redaktoru professor Şamil Vəliyevdir.
Kanuni–əvvəlin
2-si saət 7-də Türk Ədəmi-Mərkəziyyət
“Musavat” firqəsinin 2-ci qurultayı
açılmışdır. Hələ saət 5-dən
qabaq nümayəndələr və tamaşaçılar
toplanırlardı. Hamı qurultayın
açılmasını ayrıca bir maraq və intizar ilə
gözliyordu. Saət 7 tamamda böyük salon və
xanımlar lojası nümayəndə və
tamaşaçılarla dolu ikən rəisi-vükə
– Azərbaycan amalı
yalnız “Musavat”ındır demək yanlışdır. Bu ümumi bir amal və arzu idi. Ancaq onu ilk dəfə
“Musavat” üzə çıxardı. Kül
örtülü bir od idi, “Musavat”
üfürüb alovlandırdı. Şimdi bu odu
yandırdıq. Fəqət buna güvənərək rahət
oturmamalıdır. Bu hürriyyət və istiqlalı
şimdi təhkim etmək lazımdır. Biliyorsunuz ki, bu saət
yenə Azərbaycan amalı təhlükə
altındadır. Bu təhlükə məlumunuzdur ki, ən
artıq şimaldandır. Və bir günlük degil, bəlkə
uzun müddətlər çəkə bilər. Binaənileyh
qazandığınız istiqlalı əldə saxlamaq
üçün daima təhlükə qarşısına
hazırlanmalısınız. Saniyən sizin böyük vəzifənizdən
birisi də kəndinizi bütün dünyaya
tanıtdırmaqdır. Bunun üçün də hər
yerdə qeyrətlə çalışmalı, hətta
hökumət içərisindəki nümayəndələrinizə
yol göstərməlisiniz. Bir də “Musavat” demokratik bir firqə
olduğu üçün yalnız Azərbaycan degil,
ümummillətlərin həqq və hüququnun təmin
edilməsini istər. Bunun təfərrüatını, əlbəttə,
müzakirə və müvafiq qərarlar qəbul edərsiniz.
Ancaq əzcümlə ümum millətlərlə
hüsni-münasibat əmələ gətirmək, xüsusən
qonşu millətlərlə münasibətimizi
yaxşılaşdıraraq gələcəkdə bəlkə
ümumi bir Qafqasiya vətəni də təşkil etməgə
çalışmalıdır (alqış).
Qardaşlar! “Musavat”ın yaxın proqramı ilə bərabər
əqsayi-amalı da vardır. Buna da irişmək
üçün yollar düşünməlisiniz. Biz azərbaycanlı
olmaqla bərabər məəliftixar türk və müsəlmanıq.
Şübhəsiz böylə olunca müəyyən fikir və
amallarımız da var. İştə bu xüsusları da
düşünmək, müəyyən qərarlar
çıxarmaq lazım gəliyor. Bir də
biliyorsunuz ki, bizim çox bədxahlarımız da var ki, hər
yol ilə hürriyyət və istiqlalımıza zərər
yetirməklə çalışıyorlar. Əzcümlə
şaiə nəşr ediyorlar ki, azərbaycanlılar müstəqil
bir millət kibi yaşamaq istəmiyib başqa bir dövlətə
mülhəq olmaq istiyorlar. Fəqət bu doğru
degildir. Azərbaycan müstəqildir və müstəqil
olacaqdır. Biz istəriz Azərbaycan ilə bərabər
Osmanlı, Türküstan, Qırğızıstan,
Başqırdıstan müstəqil olsunlar və bunların
arasında bir rabitə olsun (alqış). Biz həmişə
demişik, bütün aləmi-islamı bir mərkəzdən
idarə etmək baştutmaz bir xəyaldır. Həmçinin
bütün türk aləmini bir mərkəzdən idarə
etmək çox müşküldür. Ona görə də
adımızı ədəmi-mərkəzçi qoymuşuz.
Qoy bunu bədxahlarımız da əməlimizdə
görsünlər və yanıldıqlarını kəndiləri
etiraf etsinlər. Şimdi hökumət naminə sizi təbrik
edərək ümidvar oluyorum ki, millət sayəsində fələyin
köməgilə bayrağımızı yüksək
saxlaya biləcəgiz (şiddətli alqış).
Əfəndilər! İstiqlalımız uğrunda mücahidə
edib Bakı alınanda şəhid düşmüş
türk qardaşlarımızın ruhuna salam və ehtiram
olmaq üzrə ayağa qalxmağınızı təklif
ediyoram. (Hamı qalxır). Şimdi mart hadisəsi
qurbanlarının tərhim-ruhu üçün ayağa
durmağınızı rica edirəm. (Hamı qalxır). Məhəmmədxan Sədulazadə-alqışlar
altında İran naminə qurultayı təbriklə
Musavatın istiqlal uğrundakı zəhmət və xidmətlərini
qeyd ediyor və sui-təhfim nəticəsi olaraq bu vəqtədək
iranlıların Azərbaycandan şübhələndiklərini
etiraf etməklə bərabər şu vəqtədək Musavatın fəaliyyətini təqiblə təhsin
və təqdis etdiklərini göstəriyor və diyor ki: –
İnanırız ki, ümummillətlərin
hüsni-münasibati və İran ilə ittifaq və
qardaşlıq hüsulu ilə istiqlalınızı təhkim
edərsiniz (gurultulu alqış). Ümidvaram ki, qardaş və
dindaşların köməgi ilə bir dəfə
qaldırmış olduğunuz bayraq həmişə yüksək
olar. Məlikaslanov Xudadad bəy-alqışlar altında
qurultayı təbriklə diyor ki, buraya çıxıb təbrik
etməkdən məqsudim və məclis hüzurunda bəyan
etmək idi ki, əgər Musavat nümayəndələri
olmasaydı, Azərbaycan bu hala gəlməzdi. Fətəlixan
Xoyski-gurultulu alqış içərisində qurultayı təbriklə
diyor ki: – Bən müxtəlif səbəblərə görə
heç bir firqəyə girməmişəm. Amma
hamısı ilə çalışmışam. Ona görə
də hər firqənin fəaliyyətini bitərəfanə
təhqiq edə bilmişəm. Bən bu gün qurultay
hüzurunda təsdiq etməliyəm ki, millət uğrunda, Azərbaycan
yolunda Musavatın xidməti ifrat dərəcədir. Bu da fəzlə millətçilikdən degil,
ondandır ki, həmişə vətən və millət mənafeini
firqə mənafeindən yuxarı tutub əvvəl öz millət
və vətəninin mənfəətini
axtarmışdır, sonra firqəsinin. Şimdi vətən
yenə təhlükədədir. Ümidvaram yenə və həmişə vətən mənafeini firqədən
uca tutarsınız. Əli Səbri Qasımov-Cənubi-qərbi
azərbaycanlılar naminə təbriklə 3 ildən bəri
qan axıtdıqlarını və faciələrinin nəhayətini
gördüklərini qeydlə qaranlıq yollarına firqədən
işıq gözlədiklərini bəyan ediyor. Sonra
Kiçikxanov – parlaman Əhrar fraksiyonu, Malxazyan – parlaman erməni
heyəti; Hacıbəyli Üzeyir bəy mətbuat; Bəhrəm
bəy Axundov – qarabağlılar; həm vilayətlər
ittifaqı; Mustafa Mahmudov – mərkəzi müəllimlər
bürosu; Rza Zaki – teatro heyəti; Ağazadə
Məhəmməd – tələbələr ittifaqı; Məhəmmədzadə
Mirzəbala – “Bəsirət”, Əli Yusif – Yaşıl Qələm
Cəmiyyəti tərəfindən və bir çox natiqlər
fəhlə, köylü və müxtəlif təşkilat
naminə təbrik ediyorlar.
“Azərbaycan” qəzeti, 4 dekabr
1919, ¹ 337
kanuni-əvvəl
–dekabr bədəlmövt-öləndən sonra məşhərdə
dirilmə 2-ci iclas Kanuni-əvvəlin 3-ü səhər saət
11-də qurultayın 2-ci iclası Rüstəmbəyli Şəfibəyin
sədarətilə açılıyor. Mərkəzi
Komitə və fraksiyanın birinci qurultaydan bəriki müddətdə
fəaliyyəti həqqində məruzədə bulunuyor.
Məruzəçi əfəndi firqənin bu
son müddətdəki fəaliyyətini 5 dövrə
ayıraraq ətraflı məlumat veriyor. Birinci dövr
olmaq üzrə birinci qurultaydan elani-istiqlal zamanınadək
Seym dövrünü götürüyor: bu dövrdə firqə
mərkəzi böyük bir faciə keçirmişdir-diyor.
Çünki bütün sabiq Rusiya və
Qafqasiyayı çulğamış anarşi Azərbaycana da
siraət ediyor, Bakıda bolşevizm xürucu başlanaraq
get-gedə dairəsini artırıyor. Millət
fəryad və istimdad ediyor; teleqraflar yağdırıyor.
Bu tərəfdən də Seym daxilindəki
böyük firqələrdən bir kömək göstərilmiyor.
Digər tərəfdən də birdən-birə
Seymdən çıxaraq fəna nətayiçinin məsuliyyətini
götürmək mümkün olmuyor. Digər
tərəfdən də millət özü Seymin bu fəaliyyətsizligini
kəndi nümayəndələrinə isnad verərək
soğuqluğa başlıyor. İkinci dövr:
Zaqafqasiyanın Rusiyadan ayrılması ilə başlanaraq
elani-istiqlal və türklərin dəvəti zamanıni təsvir
ediyor. Firqəmizin ən böyük
müşkülatı da buradan başlıyor. Bir tərəfdən
başqa-başqa firqələr “Musavat”ı Türkiyənin
ajanı kibi göstərərək ittiham ediyorlar ki, Musavat
Zaqafqasiyayı Rusiyadan ayırıb Türkiyəyə
mülhəq etmək və Zaqafqasiya demokratiyasını
türk istibdadi əlinə verməgə
çalışıyor, digər tərəfdən də
öz Azərbaycanımızda bəzi adamlar, qruplar millətin
ağır halından, dar günün vəziyyətindən
istifadə edərək “musavatçılar türklərin
Qafqasiyaya gəlmələrinə razı olmuyor, onları
qoymuyorlar” –deyə firqəyi cəmaətin nəzərindən
salıyorlar. Firqə böyük bir böhran
içərisində qalır. Fəqət
özünü itirmiyib işində dəvam ediyor. Nəhayət, gürcülərin ittifaqdan
çıxması üzərinə bütün müsəlman
firqələr nümayəndələri müttəhidən
Azərbaycan istiqlalını elan ediyorlar. Fəqət
yeni bir faciə Milli Şuramız özgələrin
paytaxtında, paytaxtımız düşmən əlində
istirdadi üçün lazım olan qüvvəmiz də
yoxdur. Binaənileyhə, türk
qardaşlarımızın yardımına müraciət etmək
lazım gəliyor, Türkiyəyə müraciət ediliyor.
Kömək alınıyor. Firqə
və fraksiya həyatının 3-cü dövri burada
başlanıyor. Adətən bir
dövri-inhitat, bir dövri-infisal açılıyor. Türk komandanlığının Gəncəyə
vürüdindən Zaqafqasiyadan qayıtmasınadək firqənin
çalışmasına imkan olmuyor. Hətta
Bakı alınandan sonra firqəmiz yarı “Türk
ocağı” kibi sırf ictimai bir təşkilat qurmaya təşəbbüs
ediyor. Buna da min dürlü əngəl
çıxıyor. Siyasi məsələdən
bəhs etmək mən olunuyor. Bu surətlə
üçüncü dövr firqə fəaliyyətinin demək
olar ki, dayandırılması və təşkilatın
yatmasından ibarət olub qalıyor. Nəhayət,
parlaman açılıyor. Firqə həyatı
tazələniyor. Birinci qədəmdə “Musavat” firqəsi
millət arasındaki fikirlərin yanlış olması, o vəqtədək
görmüş olduğu işlərin həpsini həqq
bilib məsuliyyətini də etiraf etdigini bir kərə
nümayiş etdirmək qəsdilə, həm də bundan
böylə artıq Musavat firqəsinin sözdən işə
keçib tədricən proqramına əməl etmək
fikrinə düşdügünü aydın göstərmək
üçün o vəqtədək müttəfiqən
çalışmaqda olduğu bitərəflərdən
ayrılır və sırf “Musavat” fraksiyası
açıyor. Bundan sonra Musavatın firqə məsləki
uğrunda mübarizə və məsaisi təzkar edilərək
nəhayət, əksəriyyəti-mütləqəyə
malik olmadığı halda, bir dövlət firqəsi mahiyyəti
aldığını, hökumət uğrunda nə surətlə
çalışdığını, parlaman həyatında
nə qədər müşkülatə
uğradığını təsvir ediyor. Məruzə iki saətdən ziyadə vəqt
apararaq bundan sonra 3 saətlik tənəffüs elan ediliyor.
Saət 7 radələrində
iclas açılaraq məruzə ətrafında müzakirələr
başlanıyor. Gecə saət 12-yədək
imtidad edən müzakirat əsnasında bütün natiqlər
firqənin xarici və siyasi məsələlərdə
tutmuş olduğu xətti-hərəkəti təsvib və
təqdir ediyorlar. Fəqət daxili işlər
barəsində natiqlər iki qismə ayrılıyorlar.
Birinci qism natiqlər: (Xəlil İbrahim, Məhəmmədzadə
Mirzəbala, Cabbarzadə Cəfər, Axundzadə Cavad, Məhəmmədzadə
Əbdülvahab, Seyid Həsən Münsif və sairləri)
xarici və siyasi məsələlərdə firqə mərkəzindən
və fraksiyanın fəaliyyətini təqdirlə daxili,
xüsusən təşkilat məsələsindəki işlərini
tənqid ediyorlar, daha doğrusu az hesab ediyorlar. Digər
qism isə (Rəsulzadə Məhəmmədəli,
Kazımzadə Abbasqulu, Mürsəlzadə Piri və qeyriləri)
bütün fəaliyyəti təqdir ediyorlar. Məruzəçi
bu natiqlərə ətraflı cavab verərək axırda məclisə
iki təklif varid olaraq, nəhayət, birləşdirilərək
6 adam səs verməmək üzrə 6 səs əleyhinə
əksəriyyət ara ilə şu formul qəbul olunur:
Türk Ədəmi-Mərkəziyyət firqəsi
“Musavat”ın ikinci qurultayı Mərkəzi Komitə və
fraksiya sədri Məhəmməd Əmin Rəsulzadə həzrətlərinin
firqə mərkəzi idarəsi və parlaman fraksiyonunun fəaliyyəti
həqqində olan 3 kanuni-əvvəldəki məruzəsini
dinləyib, gərək Mərkəzi Komitə, gərəksə
parlamanın Musavat fraksiyası üzvlərinə göstərdikləri
fədakarlıq, əzm və səbat üçün ürəkdən
razılıq edib tutduqları hər bir işdə məmləkət
mənfəətini hər bir şeydən yüksək
gördüklərinə təşəkkür ediyor. İstiqlalımız uğrunda bu qədər fədakarlıq
göstərən yoldaşlarımızdan qurultay
amalımızın yolunda və təşkilat işlərində
daha çox çalışmalarını arzu ediyor.
“Azərbaycan” qəzeti, 5 dekabr 1919, ¹ 338
imtidad-davam edən xüruc-üsyan inhitat-tənəzzül
infisal-ayrılma, uzaqlaşma təzkar-xatırlama təsvib –bəyənmə
3-cü iclas
Kanuni-əvvəlin 4-ü axşam saət 7-də Rəsulzadə
Məhəmməd Əminin sədarətilə 3-cü iclas
açılıyor. İbtida Bakı türk tələbələri
ittifaqı tərəfindən Hüseyn Əfəndi
qurultayı təbrik ediyor. Sonra Lənkərandan
“Musavat” ünas şöbəsi naminə Məryəm
xanım Bayraməlibəyovadan, Lənkəran zükur və
Şəki şöbələrindən alınmış təbrik
teleqrafları oxunuyor. Bədə etimadnamə
komisyonu məruzə təqdim edərək məhəldən
gəlmiş nümayəndələrin məruzələri
dinləniyor.
1 –Lənkəran şöbə
nümayəndəsi sərhəddə
kandarabadçılığın intişari çox
mallarımızın yasaq olaraq İrana və Petrovska
qaçırılması; bir çox məmurların vəzifələrinə
layiq olmadıqları; rüşvətxorluq; cəmaəti
döymək, söymək və sairə kibi fəna rəftarları;
əkinçilərin yersiz qaldıqları; məmurların
cəmaəti meşə və sulardan istifadə etməkdən
mən qılmaları; o tərəflərdə külliyyətli
miqdarda saxta pul olması; məmurların bikar (podvod)
aparmaları və nəhayət, orada bir çox
denikinçi olub açıqdan-açığa işləyərək
hətta, Kənkərudda cəmaəti əsgər verməməgə
təhrik etdikləri və müvəffəq
olduqlarını müfəssələn bəyan ediyor və
o tərəf firqə yoldaşları naminə xahiş ediyor
ki: Sərhəddə güclü xəlq ordu (qvardiyası)
bulundurulsun; Denikin agentlərilə şiddətli surətdə
mübarizə edilsin; Kənkərud məsələsinin bir
an əvvəl təsviyəsi üçün ciddi tədbirlər
görülsün; əkinçilərə yer verilsin; topraq
məsələsi üstündə kəndlilər ilə
mülkədarlar arasında ixtilaf olan yerlərdə məsələnin
qəti həllinədək toprağın əkinçilər
əlində qalmasına təşəbbüs edilsin;
qeyri-mötəbər əsirlərin tərkisilah edilməsi
Lənkəran mahalında dəmir və şose yollara və
post-teleqrafa olan ehtiyacatın ödənməsinə səy
edilsin; nalayiq məmurlarla mübarizə və onların
üstündə başçı olmaq üzrə bir mötəbər,
namuskar, iş bilən, vəzifəsini hüsni-ifa edən məmur
təyin qılınsın, orada bəzi xəstəliklər
olduğundan o yerlərdə xəstəxanələr
açılması və həkimlər, təbiblər,
feldşerlər göndərilməsi uğrunda tədbirlər
görülsün. Bir də xırda istiqraz
şöbələri açılması istənilir. Bələdiyyə idarəsinin cəmaətə
kömək etmədigi dəxi qeyd olunur.
2-Qazax şöbəsi nümayəndəsi
dəxi mahalın əhvalını ətraflıca təsvir
edərək istiqlal dövrünün ibtidasında orada
quldur, qaçaqlıq, sonra da kandarabandçılığa
mübəddəl olması o zamanlar məmurların da
kandarabandçılar ilə əlbir olduqlarını qeydlə
polis və kənd məmurlarının cəmaətə
çox əziyyət etdiklərini, rüşvətxorluq və
tədbirsizlik üzündən işləri apara bilmədiklərini,
həm də əksəriyyən məhəlli əhalidən
olan məmurlar qovumluq və dostluğu gözlədiklərini,
həm də təhti-nüfuza düşdüklərini, həm
əhalinin qorxudan şikayət belə edəmədiklərini,
məhkəmənin zəifligini bəyan edərək buna
qarşı mübarizə lazım olduğunu bəyan ediyor. İləridə əskərlik məsələsinin
məmurlar üçün bir rüşvət mənbəi
olduğunu bildiriyor və diyor ki, şimdi axır zamanlardan bəri
həm kandarabandçılıq azalmış, həm də əskərlik
məsələsi yaxşılaşmışdır.
Yayda yağmur olduğundan taxıl məhsulu
az olub ərzaq şeylərinin
çatmayacağı, eyni zamanda orada bir çox
qaçqın və 30 uşaq olduğunu qeydlə kömək
istiyor və uşaqlar üçün darüleytam
açılmaq lüzumuni göstəriyor.
Mahalda təbib və dərmana
müavinəti-tibbiyyə istiyərək nəhayət, o tərəflər
üçün can məsələsi olan maldarlığa
keçiyor, yaylaq Ermənistan qışlağında bir qismi
Gürcüstan daxilində olmaqla köçərilərin
ağır bir müşkülat altında olduqlarını bəyanla
bu məsələnin qəti surətdə həllinə
çalışmasını istiyor.
Axırda məktəb
məsələsinin də zəif bir halda olduğunu qeyd
ediyor. Diyor ki, məktəblərin
çoxu müəllimsizlikdən bağlı qalıyor.
Müəllim hazırlamaq üçün
açılmış olan kurslar da öylə yaxşı nəticə
verməmişdir. Çünki məzunlar əksərən
hazırlıqsızdır.
3-Göyçay
nümayəndəsi yenə məhəlli övzai təsviredici
müfəssəl məruzə təqdim ediyor. Yenə məmurlardan və
tacirlərdən şikayət ediyor və şu tədbirlərin
görülməsi həqqində təşəbbüsatda
bulunulmasını istiyor:
1) Göyçayda 30 nəfərlik
bir xəstəxanə açılması;
2) Şamaxı
qaçqınları və məhəlli füqara
üçün qış münasibətilə bir qədər
bez buraxılmasına çalışılması, əkinçi,
rəncbərlər üçün toxumluq verilməsinə
təşəbbüs edilməsi və nəhayət,
Göyçaydan Ağdaşa 20, Qara Məryan köyünə
22 və Ucara 17 verst olan yolların təmirinə hökumət
tərəfindən müsaidə edilməsinə
çalışılmasını təmənna ediyor.
Axırda Cavad Məlikyeqanov
Bakı və ətrafi fəhlə dairələrinin əhvali
həqqində məruzə təqdim edərək türk fəhlələrinin
arasında milliyyət və istiqlaliyyət hissinin nə qədər
möhkəmləmiş olduğunu, türk fəhlələrinin
hürriyyət və istiqlal uğrunda nə qədər fədakarlıq
göstərdiklərini, dövlət və millət mənafei
məsələləri gəldikdə öz mənfəətlərini
fəda etdiklərini, çox dəfələr türk fəhlələrinin
hökumət və millət xeyri üçün öz maddi
mənafeindən keçib hətta yabançılarla
mübarizə etdiklərini və bununla bərabər
hal-hazırda fəhlələrimizin nəhayət dərəcə
ağır halda bulunduqlarını müfəssəla bəyan
edərək diyor ki; bunca fədakarlıq himmət və qeyrət
ibraz etmiş olan türk fəhlələri bundan böylə
də həmişə milliyyət, istiqlaliyyət və
hürriyyətləri yolunda heç bir fədakarlıqdan
geri durmayacaqlarını vəd ediyorlar. Fəqət
bu qurultaydan gözlüyorlar ki, o da fəhlələrin
müşkül halını nəzərə alar və
yaxşılandırılmasına müzahirət edər.
İclas bununla qapanıyor.
“Azərbaycan” qəzeti, 8
dekabr 1919, ¹ 339
zükur-kişilər
darüleytam-yetimlər evi
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2011.- 9 aprel.- S.26-27.