“Azərbaycan”ın mart sayı oxuculara təqdim edilib
“Azərbaycan”
ədəbi-bədii jurnalının
növbəti sayı
işıq üzü
görüb. Toplunun
ilk səhifələrində şair Camal Yusifzadənin 70 illiyi münasibətilə Vaqif
Yusiflinin yazdığı
“Payızdan gələn
şair” başlıqlı
məqalə və şairin şeirləri verilib. Jurnalın “Nəsr” bölməsində
Aslan Quliyevin “Yaşıl təpələrin
üstündəki buludlar”
romanı, Xuraman İsmayılovanın “Sədaqət”,
Vüqar Tapdıqlının
“Xalis xan” hekayələri yer alıb. “Poeziya” guşəsində Əlizadə
Nurinin, Tahir Talıblının, Nəzakətin,
Zirəddin Qafarlının,
Səxavət Talıblının,
Azadə Novruzovanın,
İlham İnamın,
Nazim Əlioğlunun,
Adil Misirlinin və Səyyarə Orucqızının şeirləri
var. Sevil Gültənin
tərcüməsində Somerset Moemin “Edvard Bernardın məğlubiyyəti”
hekayəsi “Yeni tərcümələr” bölməsindədir.
Topluda görkəmli
alim Araz Dadaşzadənin 75 illiyinə
həsr edilən, İntiqam Qasımzadənin
qələmə aldığı
“Saflıq da polada bərabərdi” başlıqlı yazı
diqqəti çəkir.
Burada xalq yazıçısı Anarın
uşaqlıq dostu Araz Dadaşzadəyə yazdığı məktublar
da oxuculara təqdim olunub. Kamil Hüseynoğlunun qələmə aldığı
“Novruzun tarixi və coğrafiyası” məqaləsində qədim
bayramımıza aid ənənələrdən,
xalqımızın bu
bayramı hansı dövrdən qeyd etməyə başlamasından
geniş bəhs olunub.
“Ədəbi
gənclik” guşəsində
gənc şairlər
Şəhriyar Hacızadənin,
Zəkəriyyə Qurbanovun
və Xalid Mahmudun şeirlərinə
yer verilib. Nahid Hacızadənin şair Süleyman Rüstəmin 105 illiyi münasibətilə yazdığı
“Gəncliyindən ustad
sayılırdı” yazısı
da topluda öz əksini tapıb. Nahid Hacızadənin 75 yaşına
həsr olunmuş “Qırmızı yağışlar
altında” yazısını
isə Məmməd Oruc qələmə alıb. Jurnalın “Bizim Türk dünyamız” adlı guşəsində Tofiq Məliklinin “Nazim Hikmət Moskvada (1951-1953- cü illər)” və İmdat Avşarın “Biz gəlmədən
enmiş durnalar Ankaraya” başlıqlı
məqalələrinə yer
ayrılıb. Nərgiz
Cabbarlının “Ruhun
sarsıntı ehtiyacı,
dünyaya təkrar qayıdış və...
bir yazıçının
yenidən doğuluşu”
və Pol Balanfanın “Niyazi Misrinin mistik təlimlərində ruhani
yoxsulluq və qara işıq” yazıları “Tənqid və ədəbiyyatşünaslıq”
bölməsində oxuculara
təqdim olunub.
“Kitablar,
rəylər” guşəsində
Ataəmi Mirzəyevin
Azərbaycan milli əruzşünaslıq məktəbinin
banisi, professor Əkrəm
Cəfərin “Yandım
avazeyi-eşqinlə sənin”
kitabına “Füzulişünaslığa
qiymətli töhfə”
adlı rəyi dərc edilib.
GÜNEL
525-ci qəzet.- 2011.- 9 aprel.- S.17.