Mərhum kino xadimi Ceyhun Mirzəyevin 65 illiyi qeyd olunub

 

Azərbaycanın tanınmış rejissoru və aktyoru mərhum Ceyhun Mirzəyevin 65 illiyi münasibətilə Dövlət Film Fondunda xatirə gecəsi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev Ceyhun Mirzəyevin həyat və yaradıcılığından söhbət açıb, xatirələrini bölüşüb. Sonra Mədəniyyət və Turizm Nazirliyi ilə Dövlət Film Fondunun birgə hazırladığı, mərhum aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

 Tədbirdə çıxış edən sənət xadimləri Ceyhun Mirzəyevin Azərbaycan kino tarixində xidmətlərindən söz açıblar. C. Mizəyevin kurs yoldaşı Ənvər Əbluc bildirib ki, məhrum aktyor az yaşamasına baxmayaraq, yaratdığı hər bir obrazla insanların ürəyinə yol tapmağı bacarıb. Tədbirdə Fuad Poladov, Samir Süleymanov, Ramiz Əzizbəyli, Elxan Qasımov, Aydın Kazımzadə, Xamis Muradov və aktyorun həyat yoldaşı məhrum sənətkarla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə C.Mirzəyevin çəkildiyi filmlərdən parçalar nümayiş etdirilib, onun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunub.

 

 

525-ci qəzet.- 2011.- 12 aprel.- S.7.