Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

 

 Gülüstansarayında Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bağlanış mərasimi gerçəkləşib. Mərasimdə Britaniya Şurasının mədəni əlaqələr üzrəCounterpointelmi-araşdırma mərkəzinin direktoru xanım Katrin Fieski Forumda müzakirə olunan ən vacib məsələlərin qısa xülasəsini diqqətə çatdırıb.

Forumun həqiqətən də çox uğurlu keçdiyini dilə gətirən xanım K.Fieski zəngin tarixə və mədəniyyətə malik olan Azərbaycanda belə möhtəşəm tədbirin həyata keçirilməsinin dünya miqyasında çox böyük hadisə olduğunu bildirib. K.Fieski Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban xanım Əliyevaya Forumun “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda üçüncü sessiyasında iştirakına və dərin məzmunlu çıxışına görə xüsusi təşəkkür edib. K.Fieski həmçinin forumun təşkilat olunmasında əməyi keçən hər kəsə minnətdarlıq ünvanlayıb.

Azərbaycanda ilk günlərdən xeyirxahlığın, səmimi qonaqpərvərliyinin şahidi olduqlarını deyən xanım K.Fieski növbəti Forumun da builki kimi müvəffəqiyyətlə baş tutacağına əminliyini bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun bütün iştirakçılarına təşəkkür edib, tədbirin gözlənildiyindən də artıq uğurlu alındığını vurğulayıb: “Bu Forumun əhəmiyyəti təkcə yeni ideyaların və təkliflərin irəli sürülməsində deyil, həm də fərqli mədəniyyətləri təmsil edən nümayəndələrin bir araya gələrək olduqca maraqlı müzakirələr, fikir mübadilələri aparmalarındadır. Forumda irəli sürülən dəyərli ideyalar müxtəlif xalqlar arasında daha yaxşı anlaşmanın əldə edilməsində, mədəniyyətlərarası əlaqələrin daha da güclənməsində böyük rol oynayacağına əminəm”.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 12 aprel.- S.7.