Arazdan gələn səsüçün İmza günü

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda yazıçı Şövkət Zərin HorovlununArazdan gələn səskitabının təqdimatı, müzakirəsi imza günü gerçəkləşib.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid müəllifi istedadı, məhsuldar yaradıcılığı ilə seçilən qələm sahibi kimi səciyyələndirib: “Onun yaradıcılığında Qarabağ mövzusu üstünlük təşkil edir. Elə təqdimatı keçirilən “Arazdan gələn səs” romanı da Qarabağ acılarını ədəbiyyata gətirməyə xidmət edir”. Tədbirin aparıcısı olan “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli Ş.Z.Horovlunun yaradıcılığı haqqında ətraflı məlumat verib: “Yazıçının bundan əvvəl “Çinar həsrəti”, “Mən Araz qızıyam”, “Sözün işığı”, “Dünya səndən nigaranam” kitablarında olduğu kimi, burada da Qarabağ faciələrindən, tariximizin ağrılı anlarından söhbət açılır”.

Ədəbiyyat qəzeti”nin şöbə müdiri, şair Adil CəmilArazdan gələn səskitabını acı talelər, amansız hadisələr romanı kimi qiymətləndirib: “Kitabda erməni daşnakları tərəfindən Azərbaycan xalqının yurdundan-yuvasından didərgin salınması, qız-gəlinlərimizin girov götürülməsi, əsirlərimizin başına gətirilmiş ağlasığmaz vəhşiliklər ətraflı göstərilib.

Romanda psixoloji məqamlar çox aydın boyalarla təsvir olunub”. A.Cəmil müəllifi yubileyi münasibətilə də təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Şairlər İlyas Tapdıq, Oqtay Rza da çıxış edərək, Ş.Z.Horovlu yaradıcılığı və bu kitabı haqqında fikirlərini dilə gətiriblər.

Tədbirdə Beynəlxalq Mahmud Kaşğari Fondunun icraçı direktoru, şair Elxan Zal Qaraxanlı müəllifi “San yarlığımükafatı ilə təltif edib. Mükafat yazara vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərə və “Arazdan gələn səs” romanına görə verilib. Sonda çıxış edən Ş.Z.Horovlu tədbirin təşkilatçılarına və iştirak edənlərə minnətdarlığını bildirib, şeirlərini oxuyub. Qeyd edək ki, əsasən şair kimi ədəbi fəaliyyətilə tanınan müəllifin “Arazdan gələn səs” kitabı onun irihəcmli nəsr sahəsində ilk qələm təcrübəsidir. Kitaba Musa Ələkbərli “Ehtiyacdan doğulan roman” adlı önsöz yazıb.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 13 aprel.- S.7.