“Qobustan” sənət
toplusunun yeni sayı oxuculara təqdim olunub
Toplunun ilk səhifəsində
ustad Aşıq Ələsgərin şeirləri verilib. Jurnalın
bu sayında Rahid Uluselin “Mədəniyyətin klassika özəyi
və meyarı”, Həşim Paşayevin “Əyyub Məmmədovun
yaradıcılığında Qarabağ mövzusu”, Ziyadxan Əliyevin
“Səttar Bəhlulzadə romantizminin fəlsəfəsi”
adlı tədqiqat və təhlil yazılarına yer
ayrılıb. Əli Kərimin 80, İsa İsmayılzadənin
70 illik yubileyi münasibətilə şairlərin xatirəsi
toplunun “Anım” guşəsində yad edilib, Əli Kərimin
“Mənim ömrüm” və “Muğamı dinləyirəm” ,
İsa İsmayılzadənin “Gözləyin, dünyaya
qayıtmağım var” və “Füzuli zirvəsi” şeirləri
oxuculara xatırladılıb.
Xanəndə Elnarə Abdullayeva ilə müsahibə maraq doğurur. İsrafil İsrafilovun
“Milli teatr fəlsəfəsinin konsept müxtəlifliyi”
yazısı Ədalət Vəliyevin “Teatr” kitabı
haqqında təəssüratlar üzərində qurulub. Konya
Səlcuq Universiteti Pedaqoji fakutləsinin magistratura tələbəsi
Dərya Uzunun görkəmli rəssam Əzim Əzimzadə
haqqında yazdığı “Əzim Əzimzadə məktəbi”
məqaləsi də toplunun bu sayındadır. “Musiqi” bölməsində
Günay Məmmədovanın “Naxçıvanın musiqi
folkloru” yazısı öz əksini tapıb. Əməkdar
artist Əjdər Həmidovla söhbət “Qafqazın Mister
Bini” başlığı altında verilib. Əsəd
Quliyevin əməkdar rəssam İsmayıl Məmmədov
yaradıcılığı haqqında yazdığı “Rənglərin
nəğməsi” adlı məqaləsi “Rəngkarlıq”
guşəsindədir. Toplunun “Teatr” bölməsində Ələkbər
Qasımovun “Kuklaları dilləndirən xanım, yaxud bir
teatrın nağılı” yazısı var. Yazı
Naxçıvan Dövlət Kukla Teatrının aktyoru Vəsmə
Quliyeva haqqındadır. Esmira Nəzərlinin “Kaskadyorun bir
günü”, Atababa İsmayıloğlunun “Döyülən
qapıların sədası”, Tahirə Həsənzadənin
“Avropalı səyyah və diplomatlar Təbriz şəhəri
haqqında”, Paşa Əlioğlunun “Rəssam Yaqub
İmdadian”, Vəfa Allahyarovanın “ Akvarel haqqında”, Kamil Əfsəroğlunun
“Əfsanə qadın”, Məmməd Məmmədovun
“Naxçıvan buzxanası”, Gülxani Pənahın “Misgər
babaların misilsiz yadigarları” və başqa məqalələr
də toplunun yeni sayında dərc edilib.
GÜNEL
525-ci qəzet.-
2011.- 13 aprel.- S.7.