“Baharın 60 anı” gənc fotoqrafın nəzərində
Ötən gün “Abşeron” Rəsm Qalereyasında gənc fotoqraf-jurnalist Rüstəm İsmayılovun sərgisi gerçəkləşib. “Baharın 60 anı” adlanan sərgi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və adıçəkilən rəsm qalereyasının təşəbbüsü ilə təşkil olunub. Ekspozisiyada yerləşdirilmiş 60 anı – foto-kadrı seyr edərkən tamaşaçıda ilk növbədə iki fikir yaranır. Hər bir an zamanın qiymətli hissəsi olmaqla bərabər, onu daha dolğun edir. İnsanı düşündürən ikinci fikir isə fotoqrafın yaratdığı kadrlar yalnız foto-reportyor kimi deyil, həm də əsl rəssam yanaşmasının təzahürüdür. R.İsmayılovun fərdi sərgisi Azərbaycanın qısa zaman kəsiyində zəngin və maraqlı görünüşə sahib olduğunun şahidi oluruq. Səbəbkarın ən çox üstünlük verdiyi mövzular müasir Azərbaycan mədəniyyətidir. Həm festivallar və bayram şənlikləri, həm konsertlər, opera və balet, teatr tamaşaları, həm də bədii sərgilər Azərbaycanın mədəni həyatını dolğunluğu ilə göstərir. Bu tədbirlərdən seçilmiş hər bir foto-kompozisiya sanki həmin tədbirin simvoludur. Müəllif ictimai-siyasi əhəmiyyət daşıyan tədbirləri, habelə idman yarışlarını da həvəslə lentə alır.
“Filarmoniya bağı”, “Mirvari” kafesinin dənizdən görünüşü,
“Fəvvarələr meydanının
iri şarlar üzərində əksi,
şəhərin yuxarı
hissəsinin panoramı
tamaşaçını valeh
edir. müəllifin
“Diskussiya”, “Dəcəllər
meydanı”, “Tanışlıq”,
“Rəssam Adil Ələkbərovu xatırlayarkən”
kompozisiyalarını çoxfiqurlu
janra aid etmək olar. “Gənc
skripkaçı” və
“Türkmən gözəli”
kompozisiyaları isə
müəllifin portret
yaratmaq istedadından xəbər verir. R.İsmayılovun teatr və balet tamaşalarından
çəkdiyi kadrlar
rəngkarlıq “Şəhrizad”,
“Əlibaba və qırx quldur”, “Ələddinin sehrli çırağı”, “Şeyx
Sənan” tamaşalarında
çəkilən kadrlar
bu kompozisiyanın fotoaparatla çəkilməsin
müsbət mənada
şübhə oyadır.
“Baharın 60 anı” sərgisi aprelin 18-dək davam edəcək.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 15 aprel.- S.7.