Azərbaycan pianoçusu Emil İbrahim Almaniyada vəfat edib

 

Azərbaycanın tanınmış musiqiçisi, pianoçu, Bakı Caz Mərkəzinin art-direktoru Emil İbrahim dünən səhər saatlarında 37 yaşında dünyasını dəyişib. Bakı Caz Mərkəzindən APA-ya verilən məlumatına görə, gənc musiqiçi Berlində dünyasını dəyişib. Onun Almaniyaya səfəri uzun müddət idi ki, əziyyət çəkdiyi xərçəng xəstəliyinin müalicəsi ilə bağlı olub. Lakin müalicə nəticəsiz qalıb. E.İbrahimin dəfn mərasimi bugünə nəzərdə tutulub. Emil İbrahim (Məmmədov) Bakı şəhərində anadan olub. O, bəstəkar İbrahim Məmmədovun oğludur. Qardaşı, klassik pianoçu Elçin Məmmədov da Azərbaycan caz musiqisinin tanınmış simalarındandır.

 

 

525-ci qəzet.- 2011.- 15 aprel.- S.7.